Trampdan Moskva və Kiyevə enerji jesti Avropa qəzəbləndi
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Amerika, Avropa və Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, təklif ABŞ nümayəndələri Cared Kuşner və Stiv Uitkoff tərəfindən sentyabr ayında Moskva və Kiyevə səfərləri zamanı irəli sürülüb. Plan Rusiya qazının Avropaya Amerika vasitəçisi üzərindən satılmasını və bu prosesdən ABŞ investorlarının da gəlir əldə etməsini nəzərdə tutur.
Amerikalı danışıqçıların fikrincə, Rusiyanın Avropa qaz bazarına qayıtması Vladimir Putini razılaşmaya sövq edə biləcək mühüm stimul ola bilər. Eyni zamanda, Ukrayna tranzit haqları hesabına əlavə gəlir əldə edə bilər. Vaşinqton hətta Rusiyanın qaz satışından əldə edəcəyi vəsaitlərin müharibənin maliyyələşdirilməsində istifadə olunmaması üçün xüsusi depozit hesabına köçürülməsini təklif edib.
Lakin bu təşəbbüs Avropada ciddi müqavimətlə üzləşir. Avropa İttifaqının mövcud qərarlarına əsasən, Rusiya qazının idxalı 2027-ci ilin sonunadək tam dayandırılmalıdır. Brüssel hesab edir ki, hətta sülh sazişi əldə olunsa belə, Moskva ilə enerji əməkdaşlığının bərpası gündəmə gəlməməlidir.
Avropalı rəsmilər bu təklifi sərt tənqid edərək, onun Ukraynaya qarşı müharibədən sonra Rusiyaya iqtisadi güzəşt edilməsi anlamına gələcəyini bildirirlər. Şimali Avropa ölkələrindən birinin yüksək vəzifəli nümayəndəsi belə bir addımın Avropanın müdafiə etdiyi dəyərlərə zidd olduğunu vurğulayıb. Digər bir avropalı diplomat isə təşəbbüsü keçmiş Britaniya baş naziri Nevil Çemberlenin Hitlerlə razılaşmaq üçün Çexoslovakiyanı qurban verməsi ilə müqayisə edib.
Bununla belə, Vaşinqton hesab edir ki, Ukraynanın da razılaşmanı dəstəkləməsi Avropanın mövqeyinə təsir göstərə bilər. Xüsusilə qış aylarında Ukraynanın enerji infrastrukturuna hücumların elektrik kəsintilərinə və humanitar böhrana səbəb olması ehtimalı bu müzakirələri daha da aktuallaşdırır.
Məlumata görə, noyabrın ortalarında Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır. Tərəflərin daha genişmiqyaslı “enerji atəşkəsi” məsələsini də müzakirə edə biləcəyi bildirilir. Lakin Rusiya hələlik Vaşinqtonun bu istiqamətdəki təşəbbüslərini qəbul etmir.
Digər tərəfdən, “Financial Times” ABŞ və Ukraynanın Avropanı danışıqlarda Böyük Britaniya, Fransa və Almaniyanın təmsil etməsini nəzərdən keçirdiyini yazıb. Paralel olaraq, Vaşinqton və Moskvanın Rusiyanın milyardlarla dollarlıq aktivlərə malik Birbaşa İnvestisiyalar Fonduna qarşı ABŞ sanksiyalarının mümkün ləğvini də müzakirə etdiyi bildirilir.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 02 Noyabr 2026 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















