Icma.az
close
up
RU
Trampdan Netflix ə xəbərdarlıq: “Onu işdən çıxarın

Trampdan Netflix ə xəbərdarlıq: “Onu işdən çıxarın

Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.

Donald Tramp (Donald Trump) “Netflix”in idarə heyətində olan ABŞ-ın Demokrat partiyasının keçmiş rəsmisi Süzen Raysın (Susan Rice) vəzifədən uzaqlaşdırılması çağırışı ilə texnologiya və media nəhəngini birbaşa hədəfə alıb. Marja xəbər verir ki, Trampın çıxışı sektorda davam edən böyük satınalma rəqabəti və federal yoxlama prosesi ilə eyni dövrə təsadüf etməsi diqqət çəkib.

“Truth Social”dan mesaj

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tramp "Truth Social" platformasında etdiyi paylaşımında Süzen Raysı “Tramp əleyhdarı” və “siyasi fiqur” kimi xarakterizə edib. Rays vəzifədən uzaqlaşdırılmasa, "Netflix"in “buna görə cavab verməli olacağını” (nəticələrinə qatlanacağnı) deyən Tramp, keçmiş demokrat rəsmisini “tamamilə siyasi” olmaqda ittiham edib.

Trampın açıqlamaları, əvvəl media nəhənglərinin satınalma proseslərinə müdaxilə etməyəcəyini bildirməsinə baxmayaraq, birbaşa mövqe ortaya qoyması səbəbilə yeni müzakirələr yaradıb.

Süzen Raysın açıqlamaları gərginliyi artırıb

Keçmiş prezident Barak Obama dövründə milli təhlükəsizlik müşaviri və ABŞ-ın BMT-də daimi nümayəndəsi vəzifələrində çalışan Süzen Rays, Co Bayden (Joe Biden) administrasiyasında da daxili siyasət şurasında yer alıb. Daha əvvəl "Netflix" idarə heyətində fəaliyyət göstərən Rays, 2023-cü ildə bu vəzifəyə yenidən təyin olunub.

Süzen Raysın bir proqramında səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. Demokratların yenidən hakimiyyətə gələcəyi təqdirdə “Trampa yaxın olan şirkətlərin hesab verəcəyi”ni deyən Rays, şirkətlərin hüquqi proseslərə hazırlaşmaları lazım olduğunu bildirib. Bu ifadələr respublikaçılar arasında  “siyasi qisas təhdidi” kimi qiymətləndirilib.

Gərginlik "Warner Bros. Discovery" üçün davam edən milyard dollarlıq satınalma mübarizəsi ilə eyni dövrə təsadüf edib. "Netflix"in studiyanı satın almaq planı da rəqabət hüququ baxımından ilkin mərhələdə qiymətləndirilir.

Sektor ekspertləri siyasi açıqlamaların davam edən antiinhisar proseslərinə dolayı yolla təsir göstərə biləcəyinə diqqət çəkirlər.

Trampa yaxınlığı ilə tanınan Laura Lumer "Netflix"i sərt ifadələrlə tənqid edib. Lumer şirkəti “Amerika əleyhinə” olmaqda ittiham edərək, mümkün satınalmadan sonra platformanın demokratlara yaxın məzmunlarla doldurulacağı iddiasını gündəmə gətirib.

Son hadisələr yalnız media sektorunda böyük birləşmə yarışını deyil, Vaşinqtondakı siyasi qütbləşməni də yenidən gündəmin ön sıralarına çıxarıb. Analitiklər media nəhənglərinin artan bazar gücü ilə siyasi gərginliyin bir-birinə qarışmasının yaxın dövrdə daha çox müzakirə yaradacağını bildirirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://marja.az
archiveBu xəbər 23 Fevral 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see400

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see357

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see322

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see316

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see292

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see271

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see231

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see208

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see205

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see202

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see189

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see182

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see176

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see166

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri