Trampdan qəribə Milad təbriki Çin əsgərlərinə, Kanadaya söz atdı, ada bizim olacaq dedi
Icma.az, Azpost saytına istinadən bildirir.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Truth Social” səhifəsində növbəti dəfə Kanada, Qrenlandiya və Panama kanalının adını çəkib.
Azpost bildirir ki, Tramp qeyri-adi milad təbriki yazıb.
“Hər kəsə, o cümlədən Panama kanalını məhəbbətlə, lakin qeyri-qanuni şəkildə idarə edən Çinin gözəl əsgərlərinin Milad bayramı mübarək olsun.Halbuki, biz 110 il əvvəl bu kanalın tikintisində 38.000 insanı itirmişik. Bundan başqa ABŞ bu kanalın “təmiri”nə milyardlarla dollar pul qoysa da bu barədə heç bir fikir bildirə bilməyib.
Həmçinin Kanada Qubernatoru Castin Trüdonu təbrik edirm. Onun ölkəsində vətəndaşlara qoyulan vergilər çox yüksəkdir. Əgər Kanada bizim 51-ci ştatımız olarsa, vergiləri 60%-dən çox azalacaq. Biznesləri dərhal ikiqat artacaq. Onlar hərbi cəhətdən qorunacaqlar.
Eyni şey ABŞ-ın milli təhlükəsizlik məqsədləri üçün ehtiyac duyduğu və ABŞ-ın orada olmasını istəyən Qrenlandiya xalqına da aiddir. Biz də orada olacağıq!…
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 26 Dekabr 2024 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















