Icma.az
close
up
RU
Trampdan sadiq tərəfdarına YÜKSƏK VƏZİFƏ

Trampdan sadiq tərəfdarına YÜKSƏK VƏZİFƏ

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Keşyap Pateli Federal Təhqiqat Bürosunun direktoru vəzifəsinə təklif edib.

Modern.az xəbər verir ki, bu barədə amerikalı siyasətçi sahibi olduğu “Truth Social” sosial şəbəkəsində yazıb.

“Qürurla Keşyap “Keş” Patelin FTB-nin növbəti direktoru olacağını elan edirəm. Keş parlaq hüquqşünas, müstəntiq və “Öncə Amerika” mübarizidir, o, öz karyerasını korrupsiyaya qarşı mübarizəyə, ədaləti müdafiə etməyə və Amerika xalqını qorumağa həsr edib. O, “Russia, Russia, Russia Hoax”u ifşa etməkdə mühüm rol oynayıb və həqiqətin, məsuliyyətin və Konstitusiyanın müdafiəçisi kimi çıxış edib”, – respublikaçı qeyd edib.

“Russia, Russia, Russia Hoax” Donald Trampın 2016-cı il seçkilərinə Rusiyanın müdaxiləsi və onun kampaniyasının Moskva ilə əlaqələri barədə araşdırmaları təsvir etdiyi ifadədir. Tramp iddia edirdi ki, bu araşdırmalar siyasi “əcinnə ovu”nun bir hissəsi idi və prokurorluğun təqdim etdiyi sübutlar isə saxta idi.

Tramp FTB-nin yeni direktoru ilə “Amerikada cinayətkarlıq epidemiyasına son qoyacağına, miqrantlardan ibarət cinayətkar qruplaşmaları zərərsizləşdirəcəyinə və ABŞ sərhədindən keçən narkotik və insan alverini dayandıracağına” əminliyini ifadə edib.

44 yaşlı Patel Trampın keçid komandasının üzvüdür və növbəti administrasiyada əsas vəzifələrə namizədlərin müzakirəsində iştirak edir. NBC telekanalının qeyd etdiyi kimi, Patel “Trampın maksimum sadiq tərəfdarı” hesab olunur və o, 2020-ci il seçkilərində qələbənin demokrat Cozef Bayden tərəfindən “oğurlandığına” əmindir. Trampın məğlubiyyətindən sonra Patel “Amerika vətəndaşlarına yalan danışan və Baydenə seçkilərin nəticələrini saxtalaşdırmağa kömək edən” məmurlar və jurnalistlərlə məşğul olacağına söz verib.

Əvvəllər Patel Ağ evin Milli Təhlükəsizlik Şurasında işləyib, milli kəşfiyyat direktorunun vəzifəsini müvəqqəti icra edənin müşaviri olub və Trampın prezidentlik müddətinin sonunda ABŞ müdafiə nazirinin aparatına başçılıq edib. “Associated Press”ə görə, Konqresin Senatı tərəfindən onun namizədliyi təsdiq edilərsə, Patel büronun işində radikal dəyişikliklər edəcək. Agentlik xatırladır ki, əvvəllər Patel FTB və ABŞ Ədliyyə Nazirliyində təmizləmələrin aparılmasını dəstəkləyib və büronun Vaşinqtondakı qərargahının bağlanmalı və orada “Dərin Dövlət muzeyi”nin təşkil edilməli olduğunu bəyan edib. ABŞ-də “dərin dövlət” dedikdə böyük təsirə malik olduğu düşünülən kölgə bürokratik strukturlar nəzərdə tutulur. “Dərin dövlət” anlayışı XX əsrdə Türkiyədə yaranıb və hərbi qüvvələr, xüsusi xidmət orqanları və bürokratiyanı əhatə edən, demokratik nəzarətdən kənar fəaliyyət göstərən gizli hakimiyyət strukturlarını təsvir etmək üçün istifadə olunub. Bu termin rəsmi qurumları kənarda qoyaraq siyasətə təsir göstərə bilən gizli şəbəkələri ifadə edir. ABŞ-də bu termin XXI əsrin əvvəllərində, xüsusilə Donald Trampın prezidentliyi dövründə siyasi diskursda populyarlaşıb.

Patel FTB direktoru vəzifəsində Kristofer Reyi əvəz edəcək. Rey bu vəzifəyə 2017-ci ildə Trampın ilk prezidentlik müddətində təyin edilmişdi. Büro rəhbərinin səlahiyyət müddəti 10 il təşkil edir, lakin “Associated Press”in qeyd etdiyi kimi, Reyin ehtimal olunan istefası gözlənilməz olmayacaq, çünki Tramp onun işindən çoxdan narazıdır. Respublikaçı dəfələrlə bəyan edib ki, xüsusi xidmət orqanı öz vəzifələrinin öhdəsindən gələ bilmir və onun rəhbərliyi araşdırmaları siyasiləşdirir. Noyabrda “The Washington Post” qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Rey “2025-ci ilin əvvəlindən sonrakı dövr üçün iş qrafikini tərtib edir və istefaya getmək niyyətində olduğuna dair heç bir əlamət göstərmir”.

Xatırladaq ki, daha əvvəl Britaniyanın “The Guardian” qəzeti Trampın ona “sadiq olanlara səxavətlə mükafat verəcəyini, düşmənlərindən isə amansız qisas alacağını gizlətmədiyini” yazmışdı. Belə ki, köşə yazarı Arva Mahdavi Trampın keçmiş tənqidçilərinin birdən-birə onun haqqında “yanıldıqlarını” başa düşdükləri vəziyyəti qeyd edərək bunu “yaltaqlığın qızıl çağı” kimi təsvir etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Dekabr 2024 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see362

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see358

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see339

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see338

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see336

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see310

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see308

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see308

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see299

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see294

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see294

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see289

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see285

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see277

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see254

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see240

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see231

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see229

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see201

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri