Icma.az
close
up
RU
Trampdan SƏRT ADDIM Rusiyadan sonra hədəfdə bu ölkələr var SİYAHI

Trampdan SƏRT ADDIM Rusiyadan sonra hədəfdə bu ölkələr var SİYAHI

Icma.az bildirir, Bizim media portalına istinadən.

Artıq Rusiya ilə işgüzar münasibətlər quran, ticarət əlaqələrində olan ölkələr də ABŞ-ın sanksiyalarına məruz qalacaq.
Tramp bildirib ki, respublikaçılar partiyasından olan qanunvericilər sözügedən məsələ ilə bağlı olduqca sərt bir qanun layihəsi üzərində çalışırlar:
“Eşitmişəm ki, bu işlə məşğuldurlar və bu, məni qane edir. Respublikaçılar çox sərt bir qanun layihəsi hazırlayırlar. Bu layihə Rusiya ilə ticarət aparan istənilən ölkəyə qarşı sanksiyaları nəzərdə tutur”.
Tramp əlavə edib ki, sanksiya mexanizminə İranın da daxil edilməsi mümkündür:
“Onlar bura İranı da əlavə edə bilərlər, bilirsiniz ki, bunu mən təklif etmişəm. Beləliklə, Rusiya ilə iş görən hər bir ölkə çox ciddi sanksiyalarla üzləşəcək”.
Görəsən, Trampın dəstəklədiyi bu qanun layihəsi konkret hansı ölkələrə şamil ediləcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Trampın “Rusiya ilə ticarət edən ölkələr də sanksiyaya məruz qalacaq” mesajı əslində ABŞ-ın yeni administrasiyasının geosiyasi iradəsini nümayiş etdirən sərt siqnaldır.
Ekspertin fikrincə, bu bəyanatın hədəfi hər hansı konkret ölkə deyil, bütövlükdə Rusiyanın enerji və ticarət kanallarını daraltmaqdır:
“Praktik planda isə söhbət ən çox Hindistan, Çin və qismən də BRİKS çərçivəsində Moskva ilə yaxın iqtisadi xətt saxlayan dövlətlərdən gedir. Tramp burada açıq şəkildə göstərir ki, ABŞ artıq “dolayı əməkdaşlıq” modelinə dözümlü yanaşmayacaq və Rusiyanın iqtisadiyyatını sıxışdırmaq üçün təzyiq mexanizmlərindən istifadə edəcək”.
Ticarət diplomatiyanın sərt aləti rolunda
 

Politoloq deyir ki, bu siyasətin effektiv tərəfi Trampın ticarəti diplomatiyanın sərt alətinə çevirməsindədir:


“Onun güclü tərəfi də məhz budur. O, məsələyə ideoloji yox, praqmatik yanaşır və Rusiya kimi aqressiv aktorların iqtisadi dayaqlarını zəiflətmək üçün qlobal ticarət asılılıqlarını hədəfə alır. Bu, siyasi cəhətdən düşünülmüş addımdır və Moskvanın özünü “enerji şantajı” ilə geosiyasi oyun qurmağa öyrəşdiyi sistemə əsaslı zərbə vurur”.
Kimlər geri addım atacaq?
Vaşinqtonun bu təzyiqi fonunda kimlərin geri çəkiləcəyinə gəldikdə, həmsöhbətimiz Hindistanın müəyyən dərəcədə geri addım ata biləcəyini düşünür:
 

“Çünki ABŞ-la ticarət əlaqələri və texnoloji asılılıq bu ölkəyə manevr üçün geniş məkan qoymur. Çin isə Trampa qarşı dirənəcək əsas aktordur, çünki həm iqtisadi tutumu, həm də geosiyasi iddiası buna imkan verir. Digər BRİKS ölkələri isə vəziyyətdən asılı olaraq ya tarazlıq siyasəti seçəcək, ya da Vaşinqtonun yaratdığı risklər fonunda ehtiyatlı davranacaq.


Yekun olaraq deyə bilərik ki, Tramp oyun qaydalarını dəyişmək iradəsi göstərir, Rusiya isə dəyişən qaydalara adaptasiya olmaq bacarığı göstərmir. Bu da qarşıdakı dövrdə balansın Vaşinqtonun xeyrinə dəyişə biləcəyinin göstəricisidir”.
Rüfət Sultan, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri