Icma.az
close
up
RU
Trampı kədərləndirən və qəzəbləndirən iyrənc qətl

Trampı kədərləndirən və qəzəbləndirən iyrənc qətl

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp tanınmış sağ-mühafizəkar fəal Çarli Kirkin qətlə yetirilməsi ilə bağlı xalqa müraciət edib. Dövlət başçısı öz çıxışını şəxsi sosial şəbəkə hesabında paylaşaraq baş verən hadisəni “iyrənc qətl” adlandırıb və bunun bütün millət üçün böyük itki olduğunu bildirib.

“Çarli milyonlarla insana ilham verirdi. Onu tanıyan və sevən hər kəs bu gün şok və dəhşət içindədir. Mən kədər və qəzəb içindəyəm. O, ölkəsini dərindən sevən və həyatını açıq debatlara həsr edən əsl vətənpərvər idi”, – Tramp qeyd edib. Prezident faciənin xatirəsinə ABŞ-da dövlət bayraqlarının endirilməsinə çağırış edib.

Rəsmi məlumatlara görə, 31 yaşlı Kirk 11 sentyabrda Yuta Vadisi Universitetində çıxış edərkən öldürülüb. Polisin açıqlamasına görə, atəş qonşu binanın damından açılıb. Şübhəli şəxs hələ də azadlıqdadır, istintaqı Federal Təhqiqatlar Bürosu aparır.

Çarli Kirk uzun illərdir respublikaçılar arasında ən tanınmış simalardan biri idi. O, 2016-cı ildə Respublikaçılar Partiyasının qurultayında çıxış etmiş, Trampın tərəfdarı kimi ictimaiyyətə tanınmışdı. Onun sosial şəbəkələrdə, ümumilikdə 100 milyona yaxın izləyicisi vardı. Kirk “Charlie Kirk Show” adlı proqramı ilə də geniş auditoriya toplayırdı.

Siyasi fəal ABŞ-ın xarici siyasətində Ukraynaya hərbi dəstəyin əleyhinə çıxış edir, münaqişənin yalnız hakim dairələr və hərbi-sənaye kompleksi üçün sərfəli olduğunu bildirirdi. O, Krımın zorla qaytarılmasının mümkün olmadığını, bu bölgənin Rusiyanın bir hissəsinə çevrildiyini deyirdi.

Çarls Ceyms Kirk 1993-cü il oktyabrın 14-də İllinoys ştatının Arlinqton-Hayts şəhərində doğulub. Harper Kollecində təhsil alsa da, oranı tamamlamayıb. 2012-ci ildə biznesmen Uilyam Montqomeri ilə birlikdə “Turning Point USA” adlı təşkilat yaradıb və qurumun baş direktoru vəzifəsində çalışıb. Daha sonra o, “Turning Point Endowment” (2017), “Turning Point Action” (2019) və “Turning Point Faith” (2021) kimi qurumların əsasını qoyaraq konservativ ideyaların ABŞ təhsil sistemində və kilsələrdə təbliği ilə məşğul olub.

2020-ci ildən radio aparıcısı kimi fəaliyyət göstərən Kirk 2025-ci ildə Tramp tərəfindən ABŞ Hərbi Hava Qüvvələri Akademiyasının İzləyici Şurasına təyin edilmişdi. Bu ilin fevralında isə o, “Trinity Broadcasting Network” telekanalı ilə gündəlik “Charlie Kirk Today” verilişini aparmaq üçün müqavilə imzalamışdı. Beş kitab müəllifi olan Kirk 2019-cu ildə Lberti Universiteti tərəfindən fəxri humanitar elmlər doktoru adına layiq görülmüşdü. Onun “YouTube” kanalının 3,83 milyon abunəçisi vardı.

Çarli Kirkin qəfil ölümü ABŞ siyasi həyatında ciddi rezonans doğurub. Mühafizəkar düşərgə onun itkisini “böyük boşluq” kimi qiymətləndirir, demokrat düşərgə isə qətl faktının ölkədə siyasi ekstremizmin artmasına dair təhlükəli siqnal olduğunu bildirir.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Sentyabr 2025 01:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri