Icma.az
close
up
RU
Trampın 2025 addımları qlobal ticarət sistemini DƏYİŞİR

Trampın 2025 addımları qlobal ticarət sistemini DƏYİŞİR

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-ın sabiq prezidenti Donald Trampın 2025-ci ildə həyata keçirdiyi iqtisadi siyasət dünya iqtisadiyyatında qeyri-müəyyənliyi artırır. 2017–2021-ci illərdəki kimi Tramp yenidən yüksək gömrük rüsumları tətbiq etməyə başlayıb. Məqsəd – ABŞ sənayesini qorumaq və xarici ticarət kəsirlərini azaltmaqdır. Xüsusilə Çin, bu siyasətin əsas hədəf ölkəsi olub. Pekinə qarşı əlavə vergi və ticarət məhdudiyyətləri yenidən gündəmə gəlib.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir. 

Tramp administrasiyası mövcud ticarət sazişlərini "Amerikanın maraqlarına uyğunlaşdırmaq" məqsədilə yenidən müzakirəyə çıxarıb. USMCA sazişi yenidən danışıqlara açılıb. Avropa İttifaqı ilə də yeni razılaşma əldə edilib – iyul ayında qarşılıqlı 15%-lik gömrük rüsumlarını nəzərdə tutan ilkin razılaşma imzalanıb. Bu addım, daha əvvəl gündəmə gəlmiş 30%-ə çatan tarif risklərini neytrallaşdırıb. Eyni zamanda, ABŞ enerji və sərmayə sahələrində Aİ-dən mühüm öhdəliklər alıb.

Aprel 2025-də tətbiq edilən "Azadlıq Günü Tarifləri" (Liberation Day Tariffs) çərçivəsində isə süni intellekt, 5G texnologiyaları və yarımkeçiricilər kimi strateji sahələrə aid məhsullar üzrə 50-dən çox ölkəyə 10%-dən 50%-ə qədər dəyişən yeni idxal vergiləri tətbiq olunub.

Trampın iqtisadi strategiyasının mərkəzində yerli istehsalı canlandırmaq durur. Yüksək tariflər və istehsal təşviqləri ilə ABŞ-ın xarici asılılığı azaldılmaq və təchizat zəncirlərinin ölkə daxilində formalaşdırılması hədəflənir. Bu isə beynəlxalq təchizat sistemində ciddi dəyişikliklərə yol aça bilər.

Trampın birtərəfli tarif qərarları ABŞ ilə Dünya Ticarət Təşkilatı (WTO) arasında yeni gərginliklərin yaranmasına səbəb olub. İnkişaf etmiş ölkələr buna qarşı tədbirlər görür, inkişaf etməkdə olan ölkələr isə yeni bazarlar axtarmağa məcbur qalır. Nəticədə qlobal ticarət daralır və inflyasiya təzyiqləri artır.

2025-ci ilə gəldikdə Trampın iqtisadi yanaşmaları yalnız ABŞ-ı deyil, qlobal ticarət sistemini də dəyişməyə başlayıb. Korumacılıq, yüksək rüsumlar və milli maraqlara əsaslanan razılaşmalar yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir.

Xeyrənsə Piriyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 İyul 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri