Icma.az
close
up
RU
“Zəfər tariximizin fatehləri” kitabının təqdimatı keçirilib

“Zəfər tariximizin fatehləri” kitabının təqdimatı keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 28 oktyabr, AZƏRTAC

Zəfər Günü ərəfəsində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Saatlı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Milli Elmlər Akademiyasının İdarə Heyəti və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Modern İnkişaf və Ailə” İctimai birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü, tanınmış ictimai-siyasi xadim Zərifə Quliyevanın müəllifi olduğu “Zəfər tariximizin fatehləri” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları rayon mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyduqdan sonra, Saatlı Tarix-Diyarşünaslıq Muzeyi və Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Sonra geniş oxucu kütləsi ilə görüş keçirilib.

Tədbir Ulu Öndər Heydər Əliyev və Vətənin müdafiəsi uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Dövlət Himni səsləndirilib.

Kitabın redaktoru və ön sözün müəllifi, jurnalist Əliqismət Bədəlovun əsər haqqında məlumatından sonra Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sürəyya Zeynalova, Saatlı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi Fərhad Mürsəlov, Azərbaycan Yazıçılar Birliynin üzvü, tanınmış şair Qənbər Əhməd, rayon ziyalılar cəmiyyətinin sədri Lətif Şimşəkov, şəhid atası Əlizamin Nəsirov, şəhid anası Nahidə Şıxıyeva, şəhid bacısı Zülfiyyə Səfərova, “Modern İnkişaf və Ailə” İctimai birliyinin şöbə müdiri Cəmilə Fəyyaz, həmçinin tədbirdə iştirak edən qazilər çıxış edərək Zəfər Günü ərəfəsində belə bir kitabın təqdimatının keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

Sonra kitabın müəllifi Zərifə xanım Quliyeva tarixi Zəfər Gününü təntənə ilə qeyd etməyə hazırlaşdığımız vaxtda belə tədbirin təşkil olunmasını xüsusi vurğulayıb və təşkilatçılara minnətdarlığını bildirib. O, Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın müharibə dövründə və müharibədən sonrakı fəaliyyətlərindən, Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən söhbət açıb. Vurğulayıb ki, hazırda Qarabağ və Şərqi Zəngəzur dünyanın nüfuzlu tədbirlərininin keçirildiyi məkana çevrilib. Digər uğurlardan söhbət açan müəllif bütün bunların kitabda öz əksini tapdığını bildirib.

Sonda Z. Quliyeva rəhbərlik etdiyi “Modern İnkişaf və Ailə” İctimai birliyi adından Tarix-Diyarşünaslıq Muzeyinə hədiyyə təqdim edib və muzeyin xatirə kitabına öz ürək sözlərini yazıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2025 08:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri