Icma.az
close
up
RU
Artıq peşəkar taksi sürücüləri və kuryerlər fəaliyyətə başlayacaq “Bolt”dan YENİLİK VİDEO

Artıq peşəkar taksi sürücüləri və kuryerlər fəaliyyətə başlayacaq “Bolt”dan YENİLİK VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkəmizdə uzun müddətdir sürücülərin taksi fəaliyyəti ilə məşğul olması zamanı bir sıra problemlər ortaya çıxır. Ötən həftə şəhərdə təşkil edilən sorğularda müşahidə olunub ki, sərnişinlərin bir qismi sürücülərdən, sürücülərin bəziləri isə sərnişinlərdən narazıdır. Bu narazılıqlar bir sıra hallarda nağd və kart ödənişləri, məsafə, gedilcək ünvanın hara olması və s. məsələlərə görə yaranır.

Avtosfer.az xəbər verir ki, taksi fəaliyyətində keyfiyyəti yüksəltmək məqsədilə “Bolt” şirkəti öz yeniliyini təqdim edib. Artıq həm taksi, həm də kuryerlərin daha peşəkar olması və sabit gəlirli iş imkanının yaradılması üçün “Bolt Akademiyası”nın növbəti layihəsi başlayır.

Avtosfer.az saytının baş redaktoru nəqliyyat eksperti Elməddin Muradlı saytın sosial şəbəkə hesablarında yeni yaradılan Akademiya ilə bağlı məlumat verib. O bildirib ki, taksi sürücüləri və kurlerlərin peşəkarlaşması müştərilərlə münasibətlərin qaydaya düşməsinə gətirib çıxaracaq:

“Bolt Akademiya layihəsini təqdim edir. Layihənin əsas məqsədi sürücülərə və kuryerlərə rəsmi fəaliyyətə başlamaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və daha sabit gəlir imkanları əldə etmək üçün dəstək göstərməkdir.

İyul ayından fəaliyyətə başlayan “Bolt Akademiya” çərçivəsində artıq bir sıra layihələr uğurla həyata keçirilir”.

Elməddin Muradlı onu da qeyd edib ki, “Bolt” daha əvvəl Akademiyanın layihəsi çərçivəsində “Bolt Accelerator” proqramını təqdim edib:

“İlk lahiyyə olaraq Akademiyanın tərkib hissəsi olan “Bolt Accelerator” proqramı sürücü və kuryerlərin sahibkarlıq bacarıqlarını inkişaf etdirmək məqsədilə həyata keçirilir. Artıq seçim mərhələsi başa çatıb və seçilmiş iştirakçılar üçün təlimlər davam edir.

Qeyd edək ki, “Bolt Accelerator” proqramı SUP VC şirkəti ilə tərəfdaşlıq çərçivəsində icra olunur və yekunda ən güclü ideyaların müəllifləri 36,500 AZN məbləğində mükafat fondu uğrunda mübarizə aparacaqlar.

Gündəlik olaraq Bolt tətbiqi vasitəsilə hal-hazırda fəaliyyət göstərən və yeni qoşulmaq istəyən sürücülərə müxtəlif dəstək mexanizmləri təqdim olunur.

Bolt Akademiyası necə kömək edir?

- Təlim sertifikatı dəstəyi - Rəsmi taksi fəaliyyəti üçün sürücülər ilkin olaraq təlim və imtahandan keçərək Təlim Sertifikatı almalıdırlar. Bolt bu prosesdə təlim xərclərini qarşılayır və sürücülərə imtahanı uğurla keçib platformada qeydiyyatdan keçənədək dəstək göstərir;

- Sürücülərin avtoparklarla əlaqələndirilməsi – “Bolt Akademiya” sertifikatlı sürücülərə uyğun şərtlərlə əməkdaşlıq edə biləcəkləri avtoparklarla əlaqə yaratmağa kömək edir;

- Sertifikatlı sürücülər üçün sərfəli lizinq imkanları - Avtoparkla işləmək istəməyən və fərdi sahibkar kimi xidmət göstərmək istəyən sürücülər üçün “Bolt Akademiyası”, “Leops” lizinq şirkəti ilə yeni əməkdaşlıq çərçivəsində, sərfəli avtomobil lizinqi və əlavə dəstək xidmətləri təklif edir;

- Avtoparklar üçün peşəkar və sertifikatlı sürücü tapmaq imkanı - Əgər avtopark sertifikatlı sürücülər tapmaqda çətinlik çəkirsə, onlar əməkdaşlıq şərtlərini Bolt Akademiya ilə paylaşa bilər. Bolt komandası isə dövlət tələblərinə cavab verən sürücüləri müvafiq şərtlərə uyğun avtoparklarla əlaqələndirir.

“Bolt Akademiyası bizim üçün yalnız başlanğıcdır. İlk mərhələ — sürücülərə dəstək təşəbbüsü bu istiqamətdə atılan ilk addımdır və biz bu proqramı daha da genişləndirərək kuryerlərə dəstək layihələrini də yaxın aylarda təqdim etməyi planlaşdırırıq.

Bu kimi təşəbbüslər Azərbaycanda taksi sənayesinin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və peşəkar sürücülük mədəniyyətinin formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır.”, – Bolt nümayəndəsi bildirib.

Bolt Akademiyanın məqsədi həm sürücülər, həm də avtoparklar üçün qarşılıqlı faydalı əməkdaşlıq mühiti yaratmaq, rəsmi taksi fəaliyyətinə keçidi daha asan, sürətli və əlçatan etməkdir. “Instagram” və “TikTok”da “bolt.akademiya” yazaraq yeniliklərlə bağlı məlumat bilərsiz.

Əlaqə:

Ünvan: 4 Bəşir Bünyadov, Bakı

WhatsApp: +994 55 213 93 89”

Elməddin Muradlının “Bolt” şirkətinin təqdim etdiyi yeniliklərlə bağlı şərh verdiyi həmin videonu sizə təqdim edirik:

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Oktyabr 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri