Icma.az
close
up
RU
Trampın alçaltdığı düşmən indi də Azərbaycanı “vurur” KONKRET

Trampın alçaltdığı düşmən indi də Azərbaycanı “vurur” KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan ABŞ-ın federal məhkəməsində CNN-ə qarşı iddia qaldırıb. Məhkəmə iddiasına səbəb Azərbaycana qarşı əsassız və təxribat xarakterli iddiaların yer aldığı məqalənin dərc edilməsidir. CNN ümumilikdə çox mübahisəli və hətta ABŞ Prezidenti Donald Trampın belə “feyk nyus ünvanı” adlandırdığı bir media qurumudur.

CNN-nin Bakını hədəfə alması hansı dairələrin maraq və tapşırıqları əsasında həyata keçirilir?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, CNN və bu qəbildən olan bəzi media qurumları Azərbaycana qarşı əsassız, heç bir reallığa söykənməyən ittihamlar irəli sürürlər:

“Bəzi media qurumları real, səhih və mötəbər məlumatların yayılması, insanların informasiya ilə təmin olunması və cəmiyyətin məlumatlandırılması fəaliyyəti ilə məşğul olurlar. Lakin bir sıra media qurumları, o cümlədən CNN kimi media platformaları sanki ittiham və şantaj xarakterli fəaliyyət ortaya qoyurlar.

Onların gündəlik yaydığı xəbərlərə diqqət yetirdikdə görürük ki, digər media platformalarından fərqlənməyə çalışırlar. Lakin təqdim etdikləri fərqli məlumatların dəqiqliyi və səhihliyi çox zaman şübhə doğurur.

Bu, daha geniş çərçivədə müəyyən qrupların və qüvvələrin maraqlarına xidmət edən fəaliyyətdir. Bu fəaliyyətin hədəfində olan dövlətlərdən biri də müstəqil siyasət yürüdən Azərbaycandır. Azərbaycan dövlətinin atdığı addımlarla bağlı onlar həmişə fərqli mənzərə və görüntü yaratmağa çalışıblar”.

Ekspert qeyd edib ki, belə media qurumlarının fəaliyyətinin şəffaflığına, media prinsiplərinə zidd hərəkətlərinə və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməsinə hüquqi qiymət verilməsi tamamilə qanunauyğundur:

“Burada hansı formada hüquqi mühakimənin tətbiq olunmasından asılı olmayaraq, media mənsublarına və media platformalarına yaraşmayan, onların peşə prinsipləri ilə üst-üstə düşməyən fəaliyyətə qarşı belə bir iddianın qaldırılması, məncə, təbiidir və qanuna uyğundur.

Bütün dünyada medianın fəaliyyət istiqamətləri, prinsipləri və informasiya yayma qaydaları müəyyən olunub. Ona görə də bizim tərəfimizdən qaldırılan bu məsələni haqlı iddia hesab edirəm.

Anti-Azərbaycan mövqeyi ilə seçilən bu media platformasının hansı qüvvələrə xidmət etməsindən asılı olmayaraq, xoşniyyətli fəaliyyət ortaya qoymadıqları görünür. Kimlərinsə maraqlarına xidmət edərək Azərbaycanın atdığı addımları kölgə altına salmaq və hər addımımıza qarşı əsassız ittihamlar irəli sürmək niyyəti daşıyırlar.

Hesab edirəm ki, bu, bir presedent yaradacaq. Azərbaycanın qaldırdığı bu iddia, düşünürəm ki, bir sıra dövlətlərin, hətta bəzi dövlətlərin ürəyindən olacaq. Çünki Azərbaycan hər zaman belə addımları ilə fərqlənməyə çalışıb: ölkəmizə qarşı fəaliyyət göstərən istənilən dövlətə, media platformasına və ya hər hansı instituta qarşı öz mövqeyini ortaya qoyub.

Ona görə də bu məsələdə bizim tənqidi mövqeyimiz əslində onların xeyrinədir. Azərbaycan müstəqil siyasət yürüdür və media qurumlarının şantaj xarakterli fəaliyyətindən təəssüf edir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Avqust 2026 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri