Icma.az
close
up
RU
TRAMPIN ARXASINDAKI QÜVVƏNİN ƏSL NİYYƏTİ VƏ YENİ HƏDƏFİ... Növbədə kimdir?

TRAMPIN ARXASINDAKI QÜVVƏNİN ƏSL NİYYƏTİ VƏ YENİ HƏDƏFİ... Növbədə kimdir?

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İki qlaobal güc nəyin davasını aparır?

ABŞ-nin Venesuela Prezidentinə qarşı həyata keçirdiyi əməliyyatın əsl məğzi birbaşa Maduronun şəxsiyyəti və onun yürütdüyü siysətlə bağlı deyil. Dünyada nə baş verdiyini anlamayan keçmiş avtobus sürücüsü Nikolas Maduro nəhəng qlobal güclər arasındakı çəkişmədə yalnız kiçik bir elementdir. Ancaq hər necə olsa da, bu personanın ətrafında qoparılmış fırtınanı hesabdan silməməliyik...

Maduronun ABŞ-nin “Delta force” xüsusi təyinatlıları tərəfindən oğurlanraq Nyu-Yorka aparılması təbii ki, beynəlxalq hüquq normalarının pozulmasıdır. ABŞ öz maraqları naminə beynəlxalq hüquq normalarını elə əvvələr də kobud şəkildə pozub. ABŞ 1965-1973- cü illərdə Vyetnama,1983-cü ildə Qrenadaya,1990-cı ildə Panamaya və 2001-2021-ci illərdə Əfaqnıstana müdaxilə etməyibmi? Əlbəttə, ABŞ-nin müdaxilələri heç də həmişə birbaşa ordu yeridilməsi olmayıb, çox vaxt siyasi-iqtisadi təsir mexanizmləri və kəşfiyyat əməliyatları ilə də həyata keçirilib.

ABŞ-ni ittiham edənlər Maduronun öz xalqına qarşı törətdiklərini və bu əməllərin beynəlxalq insan hüquqlarına zidd olmasını da yaddan çıxarmasınlar. Madurodan əzabkeş obrazı yaratmaq əbəsdir. O hakimiyyət başına keçəndən sonra Venesuela səfalətə sürüklənmiş, milli valyuta bolivarın məzənnəsi daima yerlərdə sürünmüş, ən zəruri tələbat malları qıtlığa çıxmışdı. Bu ölkədə etiraz edənlərə motesikletçi “kolekktivas” cəza dəstələri divan tutublar. Nikolas Maduronun yürütdüyü siyasət və radikal eksperimentlər ucbatından Venesuela əhalisinin 30 faizi (8 milyon nəfər) ölkəni tərk edib.


Hakimiyyətini saxlamaq üçün Maduroya mütləq xarici düşmən lazım olub. O, elə zənn edirdi ki, Rusiya, Çin, İran və Şimali Koreya kimi dövlətlərlə müttəfiqlik etməklə ABŞ-yə meydan oxuya bilər.

Təbii ki, Venesuelanın ABŞ-yə qarşı çıxmasının pərdəarxası səbəbləri var. Planetin gələcək siyasi-iqtisadi və maliyyə arxitekturasının necə olacağını müəyyənləşdirmək uğrunda mübarizə əslində elə məhz ABŞ-nin içində gedir, kənarda baş verənlər isə həmin mübarizənin görünməyən təzahürləridir. Trampın arxasında dayanmış qlobal millətçi sağ radikal qüvvə sol qlobalistlərdən fərqli olaraq, bir qütblü dünya qurmaq niyyətindədirlər.

ABŞ-dəki sağ qlobalistlər dünyanı makrozonlara bölmək istəsələr də, hər şeyə özləri nəzarət etməyi düşünürlər. Qlobalist sağ millətçilərin başlıca məqsədi müasir dövrün çağırışlarını nəzərə almaq şərtilə mahiyyət baxımından Roma imperiyasını yeni formatda dirçəltməkdir. Yəqin ki, onlar yeni dünya nizamını da məhz bu formata uyğunlaşdırmaq istəyirlər.


Donald Tramp belə bir niyyətdə olduğunu açıq söyləyib: "ABŞ müasir dünyada güc baxımından Roma sivilizasiyanın və Qədim Roma İmperiyasının yeganə varisidir".

Ancaq bu planın həyata keçirilməsinə qarşı ABŞ-nin özündə ciddi müxalifət var və bunlar sol ifrat qlobalistlərdir. Hazırda ABŞ-də ideoloji cəhətdən bir-biriylə kəskin ziddiyyət təşkil edən bu iki qüvvə arasında mübarizə gedir.

Trampın hakimiyyət başında olmasına baxmayraq, sol qlobalistlərin zəifləyib ortadan qalxdığını zənn etmək səhv olardı. Məsələn, hazırda sol qlobalistlərin dərin kök saldığı ölkələrdən biri Kanadadır. Kanadanın milli dövlət sistemi illərdir ki, qəsdən dağıdılır və ABŞ-nin şimalında sol ifrat qüvvələrin “şitilliyi” yaradılıb.

ABŞ-nin və dünyanın maliyyə mərkəzi Nyu-Yorkun meri Zöhran Məmdani də solçu qlobalistlərin adamıdır. Digər tərəfdən, sol qlobalistlərin qəyyumluğunda olan bir çox dövlətlər bu mübarizədə cilid dəyişdirərək mövqelərini və niyyətlərini gizlətməyə başlayıblar.

Ukrayna-Rusiya müharibəsi, Çin-Tayvan gərginliyi, İrandakı iğtişaşlar, İsrailin Yaxın Şərq siyasəti və sairə münaqişə ocaqlarının pərdə arxasında bu iki qüvvənin dünyanın gələcəyini necə görmək uğrunda apardıqları amansız mübarizə dayanır.

Sol qlobalistlərin siyasətində ön planda duran əsas məsələ ABŞ dollarının mövqeyinin sarısdılması və onun yerinə qlobal xüsusiyyət daşıyan yeni valyutanın gətirilməsidir. Amma buna nə qədər cəhd etsələr də hələ ki, nəticə hasil edə bilməyiblər.

Trampı önə verən milliyətçilər isə geostrateji mövqelərdə möhkəmlənmək yoluyla dünyanı ABŞ-nin milli maraqlarına uyğun dizayn etməyə çalışrlar.

Bu yaxınlarda ABŞ öz milli təhlükəsizlik strategiyasını açıqlayıb və bir çox analtiklərin fikrincə, Tramp məhz bu istiqamətdə fəaliyyət göstərcək. Ancaq ABŞ ola bilər ki, bu sənəddə qeyd edildiyi kimi hərəkət etməsin və bu, sadəcə fikir yayındrmaqdır. Ola bilər ki, Tramp daha sərt fəaliyyət proqramı əsasında siyasət yürütsün. O, Hind-Sakit okean bölgəsini Çinə güzəştə getmək fikirində deyil.


Sol qlobalistlərin dəstklədikləri Çin ABŞ önündə real güc qoya biləcək səviyyədən uzaqdır. Çinin daxilində baş verən iqtisadi geriləmə prosesi onun qlobal mübarizə aparmaq imkanlarını məhdudlaşdırır

Donald Tramp ölkəsinin maraqlarını təmin etmək üçün ən radikal addımlar atacağını gizlətmir. Onun başlıca məqsədi Monro doktrinasını müasir dövrümüzün şərtlərinə uyğunlaşdırmaqla Amerika qitəsini, daha doğrusu isə Qərb yarımkürəsini ABŞ-nin nəzarəti altına salmaqdır. Bu, ABŞ-nin dünya çapındakı perspektiv planının bir hissəsidir.

Cənubi Amerikada ABŞ-yə hipotetik olaraq müqavimət göstərəcək yeganə qüvvə Braziliyadakı sol qüvvələr ola bilər. Hazırkı Prezident Lulanın seçiklərdə yerini ABŞ-yə rəğbətlə yanaşan sağlar tuta bilər. Əgər həqiqətən də Vaşinqton Amerika qitəsini geostrateji, iqtisadi və maliyyə baxımdan vahid və işlək bir strurktur halına gətirə bilərsə, onda yeni dünya düzənində birmənalı hegemon ABŞ olacaq. Belə halda isə heç bir çoxqütblü dünyadan söz gedə bilməz.

ABŞ bütün Amerika qitəsinin qəyyumu olmaq üçün geostrateji nöqtələri birbaşa öz ixtiyarına və nəzarətinə keçirməyə başlayacaq və bunun siqnalları artıq verilir. İndi “növbədə kimdir?” sualı təsadüfən verilmir. Yəqin ki, ABŞ növbəti mərhələdə Kanadanı ram etmək və Qrenlandiyanı ələ keçirmək istiqamətində tədbirlərə baş vuracaq.

Vaqif Nəsibov

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Yanvar 2026 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri