Icma.az
close
up
RU
Trampın Çin və Rusiya ilə diplomatik addımları: Birgə hərbi təlimlər İrana nə verəcək?

Trampın Çin və Rusiya ilə diplomatik addımları: Birgə hərbi təlimlər İrana nə verəcək?

Icma.az bildirir, News24 portalına istinadən.

“The Wall Street Journal” dərgisinin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə iyun ayında görüşməyi planlaşdırır. Bu mövzuda müzakirələr başlayıb. Donald Tramp həm Moskva, həm də Pekinlə dialoqu genişləndirməyə çalışır. 

News24.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidentinin bu görüşlərdən bir neçə məqsədi var. 

"Birincisi, Tramp Rusiyaya qarşı sanksiyaları yumşaltmaq və bu ölkə ilə ortaq iqtisadi layihələr reallaşdırmaq istəyir. 

Elxan Şahinoğlu

İkincisi, Tramp nüvə silahlarının azaldılması ilə bağlı Rusiya və Çinlə razılaşma əldə etmək istəyir. Məsələ burasındadır ki, “soyuq müharibə” illərində nüvə silahlarının azaldılması ilə bağlı danışıqlar yalnız ABŞ-la keçmiş SSRİ ilə arasında gedirdi. Bu müddətdə Çin də nüvə arsenalını gücləndirdi. Hazırda nüvə silahlarının sayına görə Çin ABŞ və Rusiyadan geri qalmır. Buna görə də Vaşinqton nüvə arsenalının azaldılması məqsədilə Pekinlə də saziş imzalamaq istəyir. Ancaq bunun mümkün olub-olmayacağı sual altındadır", - deyə o əlavə edib. 

Bu arada, Rusiya, Çin və İranın Çabahar limanı yaxınlığındakı sularda “Təhlükəsizlik əlaqəsi - 2025” adlı birgə hərbi dəniz təlimləri Vaşinqtonun diqqətini cəlb edib. Hərbi təlimlərdə 3 dövlətin hərbi gəmiləri iştirak edir. Təlimlər iştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı etimadın və əməkdaşlığın dərinləşdirilməsinə xidmət etməlidir.

E.Şahinoğlu vurğulayıb ki, Rusiya, Çin və İran Hind okeanının şimalında keçirilən bu hərbi təlimlər vasitəsilə ABŞ-a mesaj göndərirlər. 

"Vaşinqton İrana təzyiqi artırmağı planlaşdırır. ABŞ İran neftini daşıyan tankerləri okean və dənizlərdə saxlayaraq yoxlamalar həyata keçirəcək. Bu İranın neft satışında problemlər yaradacaq. Ağ Evin də məqsədi budur ki, İran böyük həcmdə neft satışı həyata keçirə bilməsin və bu onun iqtisadiyyatına mənfi təsir etsin. Görünür, Vaşinqton bu yolla İranın ABŞ-ın şərtlərini qəbul edəcəyini düşünür. Ancaq İranın mühafizəkar dairələri Vaşinqtonun tələblərini yerinə yetirməyəcəklər, ali dini lider Əli Xamneyi Prezident Məsud Pezeşkiana ABŞ-la danışıqlar aparmağı qadağan edib. Bunun müqabilində mühafizəkar dairələr İranın Rusiya və Çinlə hərbi ittifaqı gücləndirməyi lazım biliblər. Ancaq bu ittifaq İranın iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətinə problemlər yaradacaq. Vaşinqton İrana qarşı sanksiyaları sərtləşdirməklə bu ölkə üzərindən yük daşımalarına mane olmağa çalışacaq. Digər tərəfdən Şimal-Cənub nəqliyyat dəhlizinin iştirakçılarından biri Hindistandır. Bu ölkə İranın Çabahar limanını icarəyə götürüb. Aydındır ki, Çin Hindistanın iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətində maraqlı deyil. Həmin dəhliz Çinin “bir kəmər, bir yol” dəhlizinə alternativdir. Bu baxımdan ABŞ-ın Çabahar limanının fəaliyyətini ənəglləməyə çalışması Çinin maraqlarına uyğundur. İran limana yaxın sularda Rusiya və Çinlə birgə hərbi təlimlər keçirməklə Pekinin işini asanlaşdırır. Halbuki, ABŞ və ya İsrail İrana zərbə vurarlarsa, Rusiya və Çin İranın köməyinə gəlməyəcəklər, ancaq bəyanat verəcəklər.  Ona görə Rusiya və Çinlə birgə hərbi təlimlərin İrana faydasından çox zərəri var", - deyə o, fikirlərini yekunlaşdırıb.

Aynurə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 Mart 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hidayət Məhərrəmli yarım milyonumu ələ keçirtdi, məni dəfələrlə döydü Fotolar

11 Sentyabr 2025 16:54see189

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see163

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see150

Yeni telefon modelləri Azərbaycanda təxminən neçə manata satışa çıxacaq?

11 Sentyabr 2025 16:00see144

İsrail bununla islam dünyasına müharibə elan etdi HƏMAS

11 Sentyabr 2025 19:27see141

Təcrübəli futbolçularımız da sözlərini dedilər Rüstəm Məmmədov

12 Sentyabr 2025 00:01see135

Ermənipərəst senatorun həyat yoldaşı da məhkum edilib

11 Sentyabr 2025 22:12see134

“Çarli Kirk cəmiyyətin qəlbini qazandığı üçün öldürülən lider“ “Washington Examiner“

11 Sentyabr 2025 21:02see134

Arıqlamağa kömək edən İÇKİ Effekti təsdiqləndi

12 Sentyabr 2025 03:32see134

Məcburi köçkünləri təhqir etdiyi üçün işindən azad edildiyi deyilən aparıcıdan AÇIQLAMA

12 Sentyabr 2025 00:00see129

Amerikada qızılcaya yoluxan uşaq ölüb

12 Sentyabr 2025 15:13see128

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see127

Orban: Ursula fon der Leyen istefa verməlidir

11 Sentyabr 2025 14:47see124

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see123

Heç vaxt icazə verməyəcəyik ki, bir əsgər belə... Salvini

12 Sentyabr 2025 01:45see123

Paketadan ayrılıq qərarı

12 Sentyabr 2025 14:29see121

Bir sıra QHT lər qanunla qadağan olunan fəaliyyətə yol verir BƏYANAT

11 Sentyabr 2025 19:02see121

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see120

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see118

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri