Icma.az
close
up
RU
Trampın dərin dövlət ilə savaşı nəzarətdən çıxır: Daxili xaos mərhələsi reallığa çevrilir

Trampın dərin dövlət ilə savaşı nəzarətdən çıxır: Daxili xaos mərhələsi reallığa çevrilir

Icma.az, Olke.az saytına istinadən bildirir.

Ağ Ev sahibi ABŞ cəmiyyətinə “Amerikanı siyasi-iqtisadi cinayətkarlıqdan, terrora meyilli radikal solçulardan və xaosdan bəslənən qlobalistlərdən yalnız mən qoruyuram” mesajı verməyə çalışır... Ancaq bütün bunlar ABŞ siyasi elitasını, eləcə də, cəmiyyətini daha da dərin parçalanmaya sürükləyir, nəticədə ABŞ prezidenti Donald Tramp özünün də "dərin dövlət" adlandırdığı səhnə arxası güclərin birbaşa hədəfinə çevrilmiş olur...

ABŞ-da son günlər baş verən siyasi-ictimai xarakterli zorakılıq hadisələri bu superdövlətin ölkədaxili siyasi mühitində gərginliyin yeni dalğasını ortaya çıxarır. Prezident Donald Trampın Memfis şəhərinə Milli Qvardiya göndərmək niyyəti, tanınmış sağçı bloqer Charlie Kirkin qətli və Ağ Ev sahibinin dünyaca ünlü milyarder Corc Sorosun əleyhinə sərt bəyanatları, ABŞ-ın siyasi məkanında güc savaşının indi daha da kəskinləşdiyini göstərir. Bütün bu ziddiyyətli hadisələrə paralel olaraq, intensivləşən ictimai müzakirələrin mərkəzinə bir sual yerləşib. Və mütləq əksəriyyət prezident Donald Trampın niyə ABŞ-ın “dərin dövlət”inin hədəfinə çevrildiyini anlamağa çalışır.

Onu da qeyd etmək lazımdır ki, prezident Donald Tramp “Fox News”a verdiyi açıqlamada Tennessi ştatının Memfis şəhərinə Milli Qvardiya göndərmək niyyətində olduğunu şəxsən bəyan edib. O, bu qərarını həmin ştatda cinayətkarlığın artması ilə izah edir. Əslində isə Ağ Ev sahibinin bu addımı yalnız ölkədaxili təhlükəsizliklə bağlı deyil, həm də siyasi mesaj xarakteri daşıyır. Və prezident Donald Tramp daxili auditoriya ilə yanaşı, siyasi rəqiblərinə qətiyyətli davranacağı barədə birbaşa xəbərdarlıq edir.

Məsələ ondadır ki, prezident Donald Tramp özünü ABŞ cəmiyyətinə ictimai təhlükəsizliyi bərpa edən güclü dövlət lideri kimi təqdim etməyə çalışır. Ağ Ev sahibi demokrat mer və qubernatorların nəzarətində olan şəhərlərdə cinayətkarlığın artmasını xüsusi vurğulamaqla, rəqib Demokratlar Partiyasının zəif idarəçiliyini qabardır. Və bu baxımdan, Milli Qvardiyanın müxtəlif şəhərlərdə yerləşdirilməsi həm praktik təhlükəsizlik tədbiri, həm də “qanun və qayda” platformasının sərt şəkildə qorunacağı barədə açıq mesajdır.

Ancaq bütün bunlara baxmayaraq, ABŞ-da ölkədaxili gərginliyin atmaqda, siyasi-ideoloji zorakılığın yeni mərhələyə keçməkdə olduğu da müşahidə edilir. Hər halda, ABŞ-da tanınmış ultrasağçı bloqer və prezident Donald Trampın qatı tərəfdarı olan siyasi-ictimai fəal Charlie Kirkin qətli ölkədə siyasi qarşıdurmanın dərinləşməsinin yeni "simvol"una çevrildi. Polis bu dəhşətli hadisə ilə bağlı Yuta ştatının 22 yaşlı sakini Tyler Robinsonu saxlayıb. Və bəzi məlumatlara görə, qatil cinayətini atasına etiraf edib, o isə oğlunu hüquq-mühafizə orqanlarına təhvil verib.

Maraqlıdır ki, bu terror aktı hakimiyyətdə olan respublikaçıların düşərgəsində ciddi narahatlıq və kəskin rezonans doğurub. Belə ki, ABŞ-ın mühafizəkar sağçı dairələri bu cinayəti “əks fikir daşıyıcılarına qarşı siyasi terror” kimi təqdim edirlər. Onlar iddia edirlər ki, müxalifətdə olan demokratların siyasi ritorikası ölkədə ictimai radikallaşmanı stimullaşdırmaqda davam edir. Və nəticə etibarilə, bu, ABŞ-da siyasi-ideoloji qütbləşməni daha da kəskinləşdirə biləcək prosesin tərkib hissəsidir.

Onu da qeyd etmək lazımdır ki, prezident Donald Tramp mövcud situasiyanı dəyişmək üçün ilk növbədə “qlobalistlərə” qarşı sərt mübarizəni vacib hesab edir. Ona görə də, Ağ Ev sahibi "rəngli inqilablar" texnoloqu, milyarder Corc Sorosu və onun ətrafını “Amerikaya zərər vuran psixopatlar qrupu” adlandıraraq, bu şəxslər barədə dərin araşdırmaya çağırıb. prezident Donald Tramp Corc Sorosu “radikal gəncləri maliyyələşdirməkdə və zorakı etirazları təşviq etməkdə” suçlayır.

Əslində, Corc Soros uzun illərdir ki, ABŞ-ın sağçı düşərgəsinin əsas hədəflərdən biri olaraq, qalmaqdadır. İndi isə onun "liberal dəyərləri və vətəndaş cəmiyyəti təşəbbüsləri"ni maliyyələşdirməsi Tramp administrasiyası tərəfindən “daxili sabitliyi pozmaq” cəhdləri kimi dəyərləndirilir. Və bu kəskin qarşıdurma hazırda Bu ritorika Tramp administrasiyasına yaxın  anti-qlobalist siyasi-ictimai cərəyanları tədricən gücləndirir.

Maraqlıdır ki, vaxtilə prezident Donald Trampa atəş açılması və indi ultrasağçı siyasi-ictimai fəal Charlie Kirkin qətli bəzi çevrələrdə eyni “gizli qüvvənin” sifarişi kimi təqdim olunur. Üstəlik, ABŞ siyasi məkanında “dərin dövlət” anlayışı Ağ Ev sahibi Donald Trampın ən çox ön plana çəkməyə çalışdığı faktorlardan biridir. Və bu, Ağ Ev sahibinin ABŞ-da "dərin dövlət"in mövcudluğu, eləcə də, konstitusion idarəçilik sisteminə kobud kənar müdaxilə barədə iddialar ilə yeni narrativlər yaratmaq maraqlarına cavab verir.

Ancaq hüquq-mühafizə orqanlarının indiyə qədər ictimaiyyətə açıqladığı istintaq materialları bu cinayət hadisələrinin koordinasiyalı şəkildə eyni sifarişçi tərəfindən törədildiyini təsdiqləməyib. Hər iki hadisədə müxtəlif şəxslər saxlanılıb, motivlər fərqli olub və ortada onları birləşdirən sübutlar da mövcud deyil. Və həm federal, həm də yerli orqanlar bu istiqamətdə rəsmi açıqlama verməyə qətiyyən həvəs göstərməyiblər.

Bununla belə, rəqib düşərgənin fəaliyyəti ilə bağlı “dərin dövlət” arqumenti prezident Donald Trampın siyasi strategiyasının mühüm elementi olaraq qalır. O, öz seçici bazasına mesaj verir ki, qarşısında təkcə demokratlar deyil, həm də sistemin "dərin strukturları" dayanır. Və bu, Ağ Ev sahibi üçün ABŞ cəmiyyətini, eləcə də bəzi narazı tərəfdarlarını yenidən öz ətrafında səfərbər etmək üçün güclü emosional vasitələrdən biri kimi görünür.

Bütün bunlar prezident Donald Trampın daxili siyasətdə üç əsas istiqamət üzrə ABŞ cəmiyyətinə xitab etmək strategiyası qurduğunu göstərir. Birinci önəmli istiqamət ölkədə qanun və qayda – kriminallaşmaya qarşı sərt və radikal addımların atılması barədə mesajlardır. İkinci istiqamət üzrə Ağ Ev sahibi ABŞ-da siyasi-ideoloji qütbləşməni – siyasi zorakılıq hadisələrini opponentlərin radikallaşdırıcı təsiri ilə izah etmyə üstünlük verir. Nəhayət, Ağ Ev sahibi məqsədyönlü şəkildə qlobalistlərin düşmən obrazını yaradır. İlk növbədə Corc Soros və onun ətrafını əsas hədəf seçərək, "dərin siyasi manipulyasiya sistemi"nə qarşı mübarizə ritorikasını gücləndirir.

Bütün bunları nəzərə aldıqda, prezident Donald Trampın ABŞ cəmiyyətinə verdiyi mesajları anlamaq qətiyyən çətin deyil. Ağ Ev sahibi “Amerikanı siyasi-iqtisadi cinayətkarlıqdan, terrora meyilli radikal solçulardan və xaosdan bəslənən qlobalistlərdən yalnız mən qoruyuram” deməyə çalışır. Ancaq bütün bunlar ABŞ siyasi elitasını, eləcə də, cəmiyyətini daha da dərin parçalanmaya sürükləyir. Və nəticədə ABŞ prezidenti Donald Tramp özünün də "dərin dövlət" adlandırdığı səhnə arxası güclərin birbaşa hədəfinə çevrilmiş olur.(musavat.com)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Sentyabr 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see257

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see225

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see209

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see206

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see179

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see170

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see164

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see145

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see140

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see137

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see133

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see129

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see127

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see127

Millimizin üzvü əməliyyat edildi

12 Dekabr 2025 12:41see127

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see125

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see123

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see122

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri