Trampın ətrafı maliyyə naziri postu uğrunda mübarizə aparır KİV AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp komandası daxilində maliyyə naziri postu uğrunda gedən mübarizədən narazıdır.
APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” nəşri məlumat yayıb.
Nəşr bu rola əsas iddiaçılar kimi Trampa yaxın olan investor Skott Bessent və Respublikaçılar Partiyasının keçid komandasının liderlərindən olan Hovard Lutnikin adını çəkir.
Nəşrin məlumatına görə Trampın qərargahı Maliyyə Nazirliyinin rəhbəri vəzifəsi üçün alternativ variantlar axtarmağa başlayıb.
İndi potensial namizədlər arasında ilk Tramp administrasiyasında ABŞ-ın baş ticarət müzakirəçisi Robert Laythayzer, Tennessi ştatından respublikaçı senator Bill Hagerti və “Apollo Global Management”in baş direktoru Mark Rovan var.
Hazırda maliyyə naziri Canet Yellendir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 18 Noyabr 2024 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















