Icma.az
close
up
RU
Trampın Yaxın Şərq planı: Yeni müharibə başlayır?

Trampın Yaxın Şərq planı: Yeni müharibə başlayır?

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“Trampın Qrenlandiya, Kanada, Panama kanalı ilə bağlı mövqeyi və indi Qəzza ilə bağlı fikirləri sözün əsl mənasında çaşqınlıq yaradıb. Hakimiyyətə gəlişi halında müharibələrə son qoyulacağı vədini verən Tramp indi ABŞ ərazilərinin genişləndiriləcəyi və bunun nəyin bahasına olursa olsun ediləcəyi ilə bağlı mövqe ortaya qoyur. Şübhəsiz ki, Trampın Qəzza ilə bağlı mövqeyi Həmas və İsrail arasında əldə edilmiş kövrək sülhü təhlükə altına qoyacaq və Yaxın Şərqdə gərginliyi artıracaq”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib. 

Politoloq Qəzzanın Fələstin torpağı olduğunu və Fələstinin, eləcə də Qəzza insanlarının razılığı olmadan Trampın istədiklərini həyata keçirməsinin  ancaq güc yolu ilə mümkün olacağını vurğulayıb:

 “Güc tətbiqi ilə Qəzzada nəzarəti ələ götürmək isə faktiki olaraq işğaldır. Fələstin Muxtariyyəti artıq Trampın təklifinə münasibət bildirib və bunu “beynəlxalq hüququn ciddi şəkildə pozulması” kimi qiymətləndirib. İndi Tramp ABŞ-ın Qəzza üzərində nəzarəti öz əlinə almaq istəməsini orada iqtisadi inkişaf imkanları yaratmaq niyyəti ilə, məhdudiyyətsiz iş yerlərinin yaradılacağı və bölgənin əhalisi üçün yaşayış binaları tikəcəyi ilə izah edir və ardınca da qeyd edir ki, Qəzza zolağı sülh insanları üçün evə çevriləcək. Amma Tramp bölgə əhalisi deyəndə kimi nəzərdə tutduğunu demir. Əgər Qəzza əhalisinin İordaniya, Misir və digər ölkələrə köçürülməsi və həmin ərazilərdə anklav sakinlərinin məskunlaşması üçün “beş-altı zona” yaradılması nəzərdə tutulursa o zaman bu o deməkdir ki, Qəzzada məskunlaşdırılacaq əhali artıq yerli əhali olmayacaq. Tramp deyir ki, insanların Qəzza zolağına qayıtması onların ölümünə gətirib çıxaracaq. Bunun təhdid olub-olmadığı da anlaşılan deyil”.

Y.Bağızadə əlavə edib ki, Misir də İordaniya bu planı dəstəkləmədikərini, fələstinliləri qəbul etməyə razı olmayacaqlarını bəyan ediblər:

 “Misir müharibədən sonrakı bərpanın “fələstinlilərin Qəzza Zolağından çıxarılmadan” həyata keçirilməsinin vacibliyini vurğulayıb. Səudiyyə Ərəbistanı Trampın Qəzza ilə bağlı açıqlamasına reaksiya verərək, Fələstin dövlətinin yaradılmadığı təqdirdə İsraillə diplomatik münasibətlər qurmayacağını və bu mövqenin danışıqlar üçün açıq olmadığını bəyan edib. Amma bütün bunlara baxmayaraq Tramp israrla deyir ki, onlar bunu qəbul edəcəklər. 

Hətta həmin ölkələr bunu qəbul etsə də Qəzza sakinlərinin həmin ərazilərə köçürülməsi necə olacaq? İnsanlar öz vətənlərini tərk etməyə razı olacaqlarmı? Getmək istəməyənlər nə olacaq? ABŞ Adminstrasiyasının indi ilk növbədə bu suallara aydınlıq gətirməsi lazımdır.

Bütün bu cavabsız sualları nəzərə aldıqda Trampın Qəzza ilə bağlı planlarını anlamağın və həzm etməyin nə qədər çətin olduğu ortaya çıxır. Əgər Tramp bu planda israr edəcəksə regionda yeni xaosun qaçılmaz olacağı şübhəsizdir”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Fevral 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see270

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see188

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see188

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see187

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see179

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see178

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see177

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see176

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see176

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see176

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see175

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see172

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see172

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see171

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see170

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see168

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see167

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see167

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri