Icma.az
close
up
RU
Trampın gəlişi ilə Bayden dövründən qalan bəzi problemlər gün üzünə çıxa bilər

Trampın gəlişi ilə Bayden dövründən qalan bəzi problemlər gün üzünə çıxa bilər

Icma.az, Aznews.az portalına istinadən məlumatı açıqlayır.

“ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın vəzifəsinin icrasına başlamasına 14 gün qalır. Bəzi ekspertlərin fikrincə, yanvarın 20-dən etibarən dünyada müəyyən dəyişikliklər olacaq. Hətta hazırkı Prezident Co Baydenin də səlahiyyətinin bitməsinə sayılı günlər qalmasına baxmayaraq Trampa bəzi “sürprizlər” hazırladığını iddia edənlər var”.

“Biz məsələyə çox dar çərçivədən baxırıq. Yəni bir az siyasəti, xüsusən də beynəlxalq siyasət anlamaq üçün ona geniş prizmadan yanaşmaq və öyrənmək lazımdır. Amerika Birləşmiş Ştatlarında prezidentin dəyişməsi ilə hadisələrin kökündən dəyişəcəyini düşünməyimiz sadəcə siyasətdən xəbərimizin olmaması anlayışını ifadə edə bilər. Nəzərə almalıyıq ki, hakimiyyətin başında olan dəyişir, bürokratik sistem olduğu kimi qalır”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib.

Siyasi şərhçi qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının istər Donald Tramp, istər Bayden və digərləri dövründə ümumi strateji konsepsiyası eynidir.

“Sadəcə, müxtəlif formalarda bu rolu icra edirlər. Trampın hakimiyyətə gəlişi, Baydenin hakimiyyətdən gedişi ilə də hansısa bir ciddi dəyişikliyin olacağını düşünmürəm. Ola bilsin ki, bəzi dövlətlərə baxış bucağında müəyyən fərqlər, yanaşmalar ola bilər. Ancaq Baydendən sonra Trampın hakimiyyətə gəlməsi Amerika xarici siyasətinin kökündən dəyişəcək deyə bir anlayış yoxdur. Düşünürəm ki, müəyyən mənada Amerikanın xarici siyasətinə təsir edəcək. Amma bu tamamilə xarici siyasəti dəyişəcək anlamını ifadə etmir. Odur ki, “sürpriz” hazırlaya bilər. Trampın gəlişi ilə Bayden dövründən qalan bəzi problemlər gün üzünə çıxa bilər”.

Rəfiqə NAMAZƏLİYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 08 Yanvar 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Konfrans Liqası: Çelsi səfərdən darmadağınla qayıdır günün nəticələri

11 Aprel 2025 00:57see199

Yaşı 40 dan yuxarı olan şəxslər üçün XOŞ XƏBƏR

10 Aprel 2025 21:06see199

İtaliya klublarının hədəfindədir

10 Aprel 2025 20:56see136

Osteoartritin inkişafına səbəb olan risk faktorları…

10 Aprel 2025 22:07see135

İmamoğlu həbsxanadan bunları yazdı FOTO

10 Aprel 2025 21:47see129

UEFA Konfrans Liqası: Fiorentina dan vacib səfər qələbəsi

11 Aprel 2025 01:20see129

PSJ nin 55 milyon avroluq hesabı Mbappeyə olan borcuna görə donduruldu

10 Aprel 2025 21:17see123

Diyetik qida sağlamlıq üçün riskə çevrilə bilər

11 Aprel 2025 07:00see122

Stepanyandan etiraf: Qarabağda üstünlük onlarda idi

10 Aprel 2025 23:33see120

Tramp Meksikanı 1944 cü il su müqaviləsini pozduğuna görə sanksiyalarla hədələyib

11 Aprel 2025 06:58see119

Qərbi Azərbaycanın toponimləri: Milli kimliyin izləri

10 Aprel 2025 23:59see119

Kreditlə alınan xoşbəxtlik uçuruma aparır? Toydan sonra illərlə borc ödəyirlər

10 Aprel 2025 22:02see119

Squid Game in 3 cü mövsümü yayımlanacaq

10 Aprel 2025 10:11see117

Zabrat sakinlərinin nəzərinə Su olmayacaq

10 Aprel 2025 10:21see116

Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru mövzusunda beynəlxalq forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub

10 Aprel 2025 11:30see114

Bakı və Lissabon arasında növbəti siyasi məsləhətləşmələr...

10 Aprel 2025 21:59see113

Bürclərin ən sirli əlamətləri

10 Aprel 2025 18:39see113

İstanbul görüşündə bu da razılaşdırıldı

10 Aprel 2025 23:13see112

Ermənistan vətəndaşından məhkəmədə etiraf: Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim

10 Aprel 2025 21:06see110

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri