Icma.az
close
up
RU
Trampın içdiyi dərmanlar Şəxsi həkimi açıqladı

Trampın içdiyi dərmanlar Şəxsi həkimi açıqladı

Icma.az, Modern.az saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Trampın şəxsi həkimi dövlət başçısının “əla sağlamlıq vəziyyətində” olduğunu və ali baş komandan vəzifələrini tam yerinə yetirə bildiyini açıqlayıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı yekun rəy Ağ Ev tərəfindən Trampın Milli Hərbi Tibb Mərkəzində keçdiyi növbəti tibbi müayinədən sonra dərc olunub.

Bu, son 13 ay ərzində prezidentin keçdiyi üçüncü əyani tibbi müayinə olub. Yayımlanan memoranduma əsasən, Tramp ürək-damar sistemi, ağciyərlər, görmə qabiliyyəti və digər orqan sistemlərini əhatə edən geniş tibbi yoxlamadan keçib.

Prezidentin həkimi Şon Barbabellanın sözlərinə görə, müayinələrin nəticələri ümumilikdə normal olub. Qeyd edilib ki, Trampda aşağı ətraflarda yüngül şişkinlik və əl nahiyəsində göyərmələr müşahidə olunub. Həkim bunu tez-tez əl sıxması və ürək-damar xəstəliklərinin profilaktikası məqsədilə aspirin qəbul etməsi ilə əlaqələndirib.

Hesabatda bildirilib ki, çəkisi 108 kiloqram olan prezidentin istirahət vəziyyətində ürək döyüntüsü dəqiqədə 73 zərbə təşkil edir.

Tramp nevroloji müayinədən və koqnitiv testlərdən də keçib. Həkimin sözlərinə görə, prezident mümkün 30 baldan 30 bal toplayaraq normal göstəricilər nümayiş etdirib.

Barbabella bildirib ki, Tramp xolesterinin nəzarətdə saxlanılması və ürək-damar xəstəliklərinin profilaktikası üçün dərman preparatları qəbul edir. Prezidentin profilaktik müayinələr və vaksinasiya qrafikinə uyğun hərəkət etdiyi də vurğulanıb.

Həkim dövlət başçısına pəhrizə riayət etməyi, fiziki aktivliyi artırmağı, çəki azaltmağa davam etdirməyi və aşağı dozalı aspirin içməyi tövsiyə edib.

Son illər Trampın sağlamlıq durumu ictimaiyyətin diqqət mərkəzində olub. Xüsusilə sağ əlində müşahidə olunan göyərmələr və bəzi ictimai tədbirlərdə yorğun görünməsi müzakirələr yaratmışdı. Ağ Ev əvvəllər də bu halları tez-tez əl sıxması və qan durulaşdırıcı preparatların qəbulu ilə izah edib.

Bundan əvvəl administrasiya Trampa ayaqlarda şişkinliyə səbəb olan və həyat üçün təhlükəli sayılmayan xroniki venoz çatışmazlıq diaqnozu qoyulduğunu açıqlamışdı.

İyun ayında 80 yaşı tamam olacaq Donald Tramp ABŞ tarixində prezident vəzifəsinə başlayan ən yaşlı şəxs hesab olunur. Tramp özü dəfələrlə fiziki və əqli vəziyyətinin əla olduğunu bildirib.

Son tibbi yoxlamadan sonra o, sosial şəbəkədə paylaşım edərək müayinənin “ideal keçdiyini” və heç bir problemin aşkarlanmadığını yazıb.

Prezidentin həkimi vurğulayıb ki, Tramp ürək-damar, tənəffüs və sinir sistemləri üzrə yaxşı göstəricilər nümayiş etdirməyə davam edir və ümumi fiziki sağlamlığını qoruyub saxlayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 May 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri