Trampın iqamətgahında həyəcan İki nəfər saxlanıldı
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Vaşinqtonda yol-nəqliyyat hadisəsi və Ağ Evin mühafizə olunan ərazisinə daxil olmaq cəhdindən sonra ABŞ Məxfi Xidməti prezident iqamətgahında təhlükəsizlik tədbirlərini gücləndirib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "The New York Post" məlumat yayıb.
Qeyd olunub ki, avtomobil Ağ Evin şimalında yerləşən Lafayet parkının yaxınlığında səkiyə çıxaraq yol nişanına çırpılıb. Hadisədən sonra sürücü Məxfi Xidmət və Milli Qvardiyanın əməkdaşları ilə mübahisə edib və saxlanılıb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib. İnternet mağaza
Hadisə yerli vaxtla saat 10:00 radələrində baş verib. Təxminən eyni vaxtda başqa bir şəxs prezident iqamətgahından iki kvartal aralıda yerləşən hasardan aşaraq əraziyə daxil olmağa cəhd edib. O da saxlanılıb.
Hadisələrdən sonra Ağ Evə giriş müvəqqəti məhdudlaşdırılıb, yaxınlıqda olan jurnalistlər isə binanın içərisinə keçirilib.
İki hadisənin bir-biri ilə əlaqəli olub-olmadığı hələlik məlum deyil. Hadisələr zamanı ABŞ Prezidenti Donald Tramp Ağ Evdə olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 09 Noyabr 2026 23:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















