Trampın iqamətgahında zərərsizləşdirilən gənc rəssam imiş
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Trampın Floridadakı Mar-a-Laqo şəxsi iqamətgahına girməyə cəhd etdiyi üçün zərərsizləşdiriən şəxs 21 yaşlı rəssam Austin Taker Martin olub.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Onun qolf meydançalarının mənzərələrini çəkməkdən zövq aldığı şəxsi səhifəsi izlənərkən üzə çıxıb. Nəşr bildirir ki, hadisədən bir gün əvvəl ailəsi gəncin itkin düşməsi barədə sosial mediada məlumat yayıb.
Qeyd edək ki, Austin Taker Martin ABŞ Prezidenti Donald Trampın iqamətgahının ərazisinə ötən gün səhər daxil olub. O, Məxfi Xidmət agentləri tərəfindən aşkar edilib. Bildirilir ki, onun əlində ov tüfəngi və çanta olub, Məxfi Xidmət əməkdaşlarının “silahı at” tələbinə cavab olaraq çantanı atsa da, silahı atmayıb və ona görə də öldürülüb.
Ümumi məlumat isə əslində Martinin silah deyil, malbert və rəssam çantası daşıdığı ehtimalını da irəli sürməyə əsas verir. Nəzərə alaq ki, Tramp qolf həvəskarıdır və onun iqamətgahında rəssam Martini özünə cəlb edəcək gözəl qolf meydançası var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 23 Fevral 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















