Icma.az
close
up
RU
Trampın işini çətinləşdirmək üçün imzalanan SAZİŞ Bayden Blinken tandeminin növbəti RİYAKARLIĞI

Trampın işini çətinləşdirmək üçün imzalanan SAZİŞ Bayden Blinken tandeminin növbəti RİYAKARLIĞI

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-a səfəri və burada dövlət katibi Entoni Blinkenlə görüşü çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlıq sazişi də imzalanıb. Sazişdə iqtisadi, təhlükəsizlik əlaqələri, nüvə energetikası, islahatlar, demokratik dəyişikliklər məsələsi yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:
Son 60 GÜN... – Tramp Baydenin “III Dünya Müharibəsini başlatmaq” qərarını LƏĞV EDƏCƏK?


Bundan əlavə, ABŞ sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq məqsədilə Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək.
Bayden-Blinken tandeminin növbəti riyakarlığı.
Ermənistanla sazişin imzalanması ilk növbədə Bayden administrasiyasının necə ikiüzlü, dağıdıcı siyasət yürütdüyünün növbəti göstəricisidir. 4 illik iqtidarları dönəmində Bayden-Blinken tandemi dünyanın müxtəlif bölgələrində münaqişələri qızışdırmaqla məşğul olublar. Həm Ukraynada, həm də Qəzzadakı savaşda ən böyük qızışdırıcı faktor məhz hazırki ABŞ iqtidarı olub. Xüsusilə də, özünü “sülh göyərçini” kimi təqdim etməyə çalışan Blinken riyakar addımları ilə minlərlə insanın qanına bais olub.
Blinkenin simasızlığı ABŞ-ın Cənubi Qafqaz siyasətini də fiaskoya uğradıb. Məhz bu ağılsız davranışlarının nəticəsində ABŞ Azərbaycan-Ermənistan danışıqlarından uzaq qalıb. Çünki Blinken yalnız özünü sülh mələyi kimi reklam etməklə məşğul olurdu. Onu nə Azərbaycan, nə də erməni xalqının taleyi maraqlandırırdı.
Göründüyü kimi, Bayden administrasiyası özlərindən sonra da gərginliyin qalmasında maraqlıdırlar.  Məhz buna görə, Ermənistanla saziş Bayden adminstrasiyasının hakimiyyəti təhvil verməsinə bir neçə gün qalmış imzalanıb. Bu isə o deməkdir ki, Bayden həmin sənədin icrasını yeni gələn Prezident Trampın üzərinə atmaq istəyir.
Bəs sözügedən sənədin Tramp dönəmində hər hansı önəmi olacaqmı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, Bayden adminstrasiyasının İrəvanla bağladığı strateji tərəfdaşlıq sazişi Tramp tərəfindən yenidən qiymətləndiriləcək.
“Bayden adminstrasiyasının hakimiyyətinin sonuna bir neçə gün qalmış tələm-tələsik Ermənistanla strateji tərəfdaşlıq haqqında sənəd imzalamasının hansı hüquqi öhdəlik və məsuliyyət yaratdığı şübhəsiz ki, Tramp adminstrasiyası tərəfindən yenidən qiymətləndiriləcək. Nəticə etibarı ilə bu sənəd dövlətlərarası sənəd deyil. İki dövlət xidməti, yəni hər iki ölkənin xarici işlər nazirləri arasında imzalanmış ratifikasiya edilməmiş bir sənəddir.
Beynəlxalq hüquq nöqteyi-nəzərindən dövlətlərarası heç bir öhdəlik daşımır.
Amma müəyyən qayda və şərtlər formalaşdırır ki, bu ABŞ-ın daha çox Rusiyadan boşanmaqda olan Ermənistana öz nüfuzunu yayması hesab edilə bilər. Çünki sənədin imzalanması bir qədər sonraya qalacaqdısa və 2025-ci ildə Şərqi Avropada müharibənin yekunlaşması və ya passiv mərhələyə keçməsilə bağlı qəralar qəbul ediləcəksə, o zaman artıq Rusiya belə bir sənədin imzalanmasına və Amerikanın sərhəd-mühafizə qruplarını Ermənistana göndərməsinə maneə ola bilərdi”.
Azərbaycana gəlincə...
Azərbaycana gəldikdə, deputat qeyd edir ki, Tramp dövründə Bakı ilə Vaşinqton arasında bənzər sənədin imzalanması ilə bağlı real şərtlər formalaşa bilər:
“Ölkəmiz ABŞ-la münasibətlərə daima böyük diqqət yetirib. Tramp adminstrasiyası dövründə bənzər sənədin imzalanması ilə bağlı real şərtlər formalaşa bilər. Azərbaycan Prezidenti yerli mediaya müsahibəsində bunun anonsunu edib. Qeyd edib ki, ABŞ-la münasibətlərimizi strateji tərəfdaşlıq münasibətləri səviyyəsinə qaldırmağa hazırıq. Əminik ki, Tramp adminstrasiyası ilə gələcəkdə ölkəmizi işgüzar, qarşılıqlı, bərəbərhüquqlu tərəfdaşlıq gözləyir”.Bayden administrasiyasının sonuncu “xidməti”
Göründüyü kimi, Bayden administrasiyası hakimiyyətin son günlərində də öz əsl simasını nümayiş etdirdi. Şübhəsiz ki, Bayden-Blinken cütlüyü uzun illər xatırlanacaq, tarixdə qalacaqlar. Ancaq onları bütün dünya mənfi obrazda, lənətlə xatırlayacaq. Çünki bu illər ərzində dünyanın müxtəlif bölgələrində baş verən xaos, böhran və insanlıq faciələrinin əsas müəllifləri məhz onlar idi...
Rüfət Sultan, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Yanvar 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri