Icma.az
close
up
RU
Trampın “işlək əsas” kimi qəbul etdiyi İranın şərtləri məlum oldu

Trampın “işlək əsas” kimi qəbul etdiyi İranın şərtləri məlum oldu

Icma.az bildirir, Marja.az portalına istinadən.

ABŞ Prezidenti Donald Trump çərşənbə axşamı bildirib ki, İranın infrastrukturuna planlaşdırılan hücumları iki həftə müddətinə dayandırmağa razılaşıb və İranın “bütün sivilizasiyasını” məhv etməklə bağlı sərt təhdidlərindən geri çəkilib.

Bu addım — ABŞ və İsrailin müharibəyə başlamasından beş həftədən çox vaxt keçdikdən sonra — onun “Truth Social” platformasında yazdığına görə, “İran İslam Respublikasının Hörmüz boğazını TAM, DƏRHAL və TƏHLÜKƏSİZ şəkildə açmağa razı olması” şərti ilə atılıb.

Trump qeyd edib ki, qərar Pakistanın Baş naziri Shehbaz Sharif və feldmarşal Asim Munir ilə aparılan danışıqlara əsaslanır.

“Bu, iki tərəfli ATƏŞKƏS olacaq!” – deyə o bildirib.

Bu açıqlamadan sonra neft qiymətləri 16%-ə qədər kəskin ucuzlaşıb, ABŞ fond bazarının fyuçersləri isə yüksəlib.

İranın xarici işlər naziri Abbas Əraqçi ayrıca bəyanatda bildirib ki, iki həftəlik müddət ərzində gəmilər boğazdan təhlükəsiz keçə biləcək. Bu proses İran Silahlı Qüvvələri ilə koordinasiya və texniki məhdudiyyətlər nəzərə alınmaqla həyata keçiriləcək.

Trampın açıqlaması, İran üçün müəyyən etdiyi son tarixə – yəni Hörmüz boğazını açmaq daxil olmaqla razılaşma əldə etmək və ya mülki infrastruktura qarşı geniş hücumlarla üzləşmək – cəmi iki saat qalmış verilib.

ABŞ-ın Şərq vaxtı ilə saat 20:00-a təyin olunmuş ultimatum, Trampın bazar günü sosial şəbəkədə İranı aqressiv şəkildə “boğazı açmağa” çağırmasından sonra ABŞ-da və dünyada ciddi narahatlıq yaratmışdı.

Tramp çərşənbə axşamı səhər daha da sərt çıxış edərək belə yazmışdı: “Bu gecə bütün bir sivilizasiya )mədəniyyət) yox olacaq və bir daha geri qayıtmayacaq.”

Pakistanın Baş naziri Şərif həmin gün Trampdan İran üçün verilmiş müddətin iki həftə uzadılmasını xahiş edib. O, eyni zamanda İran rəhbərliyini “xoş niyyət jesti” kimi boğazı iki həftəlik açmağa çağırıb.

Şərif bildirib:

“Bütün münaqişə tərəflərini iki həftəlik atəşkəsə riayət etməyə çağırırıq ki, diplomatiya müharibənin yekun şəkildə başa çatmasına nail ola bilsin və regionda uzunmüddətli sülh və sabitlik təmin edilsin.”

Həm ABŞ, həm də İran bu inkişafı öz qələbəsi kimi təqdim edib.

Tramp bəyanatında bildirib ki, ABŞ planlaşdırılan hücumları dayandırmağa razılaşıb, çünki:

“Biz artıq bütün hərbi məqsədlərə nail olmuşuq və İranla uzunmüddətli sülh barədə qəti razılaşmaya çox yaxınlaşmışıq.”

O əlavə edib:

“İrandan 10 maddəlik təklif almışıq və bunu danışıqlar üçün işlək əsas hesab edirik.”

Tramp qeyd edib ki, əvvəlki fikir ayrılıqlarının əksəriyyəti artıq razılaşdırılıb və iki həftəlik müddət sazişin yekunlaşdırılması üçün kifayət edəcək.

Sonradan İranın Mehr xəbər agentliyi İranın Ali Milli Təhlükəsizlik Şurasının katibliyinin bəyanatını yayıb. Bəyanatda bildirilir ki, ABŞ “bu prinsipləri danışıqların əsası kimi qəbul edib və İran xalqının iradəsinə təslim olub.”

Bəyanatda deyilir:

“Əgər düşmənin meydanda təslim olması danışıqlarda həlledici siyasi nəticəyə çevrilsə, biz bu böyük tarixi qələbəni birlikdə qeyd edəcəyik. Əks halda, İran xalqının bütün tələbləri yerinə yetirilənə qədər mübarizəni davam etdirəcəyik.”

Bildirilir ki, İran və ABŞ yaxın günlərdən etibarən Pakistanın paytaxtı İslamabadda iki həftə davam edəcək danışıqlara başlayacaq.

İranın 10 maddəlik təklifinə aşağıdakılar daxildir:

•ABŞ hərbi qüvvələrinin regiondakı bütün bazalardan çıxarılması

•Bütün sanksiyaların ləğvi

•Xaricdə dondurulmuş İran aktivlərinin qaytarılması

•Müharibə zərərlərinin tam ödənilməsi

•Hörmüz boğazından nəzarətli keçid üçün mexanizmin yaradılması

Tramp bazar ertəsi İranın təqdim etdiyi atəşkəs təklifini “əhəmiyyətli, lakin yetərli deyil” kimi qiymətləndirmişdi. Lakin son saatlarda hansı səbəbdən bu təklifi “işlək əsas” kimi qəbul etdiyi aydın deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://marja.az
archiveBu xəbər 08 Aprel 2026 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see321

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see289

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see288

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see286

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see276

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see260

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see253

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see241

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see239

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see235

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see235

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see232

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see217

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see216

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see216

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see214

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see211

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see207

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see193

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri