Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Trampın Çin səfəri: İranın şərtləri müharibə başladacaq

Trampın Çin səfəri: İranın şərtləri müharibə başladacaq

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Trampın  Çinə xeyli müddətdir gözlənilən rəsmi səfəri başlayıb.

İran ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar əvvəllər təxirə salınan səfər nəhayət reallaşıb. İranda 38 gün intensiv davam edən müharibə nəticəsində Hörmüz boğazında yaranmış böhrana son qoyulması məhz ABŞ və Çin liderləri arasında aparılacaq danışıqlardan asılı olacaq. Donald Trampla Si Tszinpinin görüşündə bir çox ikitərəfli və regional məsələlərin müzakirə olunacağı gözlənilsə də, üç əsas mövzunun daha çox diqqət mərkəzində olacağına dair məlumatlar üstünlük təşkil edir. Dövlət başçılarının ABŞ və Çin arasında ticarət müharibəsi kimi qiymətləndirilən idxal-ixrac əməliyyatlarında yüksək tariflər barədə danışacağı deyilir. Lakin ekspertlər tariflərlə bağlı hər hansı böyük irəliləyiş gözləmirlər. Tramp və Si Tszinpin ötən ilin oktyabr ayında Cənubi Koreyada keçirilən görüşdə ticarət məhdudiyyətləri ilə bağlı ilkin razılaşmalar əldə ediblər və bu razılaşmaların müddətinin uzadılması gözlənilir.

Digər vacib mövzu isə Tayvan məsələsi ilə bağlıdır. ABŞ və Çinin bir-birinə qarşı geosiyasi təzyiq aləti kimi istifadə etdiyi Tayvan probleminin həlli ilə bağlı Tramla Tszinpinin ortaq mövqeyə gələcəyi inandırıcı görünmür. Tərəflər, həmçinin Tayvan məsələsi ilə bağlı müzakirə qapısını qarşılıqlı əlaqə üçün  qismən açıq saxlayırlar. 

Nəhayət, Donald Tramp və Si Tszinpin ABŞ və İran arasında potensial münaqişə, eləcə də Hörmüz boğazı ətrafındakı vəziyyəti müzakirə edəcəklər. Hörmüz boğazının iki istiqamətdən bağlı qalması Çinə neft ixracının dayanmasına səbəb olub.

Xüsusilə, ABŞ-nin Hörmüz boğazını blokadaya alması Çinə İrandan ucuz neft ixracının qarşısını kəsib. Eyni zamanda, rəsmi Pekin ABŞ-nin başlatdığı müharibə ilə əlaqədar ərəb ölkələrindən də Hörmüz boğazı vasitəsilə neft, sıxılmış qaz, helium və digər məhsullar ala bilmir. Rusiyadan idxal edilən neftin qiymətinin 90 dollara qədər bahalaşması Çin üçün əlverişli deyil. Bu isə Çinin sənaye istehsalına ciddi zərbə vura bilər.

Ona görə də yaranmış vəziyyətə görə ABŞ-ni ittiham edən Çin İranı güzəştə vadar etmək üçün təzyiq göstərmək istəmir. Pezident Tramp isə Hörmüz boğazının blıokadasını Çinlə danışıqlar masasında əsas təzyiq “kart”ı kimi istifadə etməyə çalışır. Beynəlxalq ekspertlərin fikrincə, Tramp Pekindən İrana hərbi dəstəyi dayandırmasını tələb etmək niyyətindədir.

Çin tərəfinin reaksiyasının necə olacağı hələlik məlum deyil. Ötən həftə İranın xarici işlər naziri Abbas Əraqçinin Pekinə səfəri zamanı Çin Xarici İşlər Nazirliyi bu ölkənin suverenliyini və təhlükəsizliyini müdafiə etmək səylərini dəstəklədiyini bildirib. Yəni Çin İranın təhlükəsizliyinin təminatı məsələsinə özünün Fars körfəzi regionunda strateji maraqlarının qorunması kimi baxır.

Tramp isə İranın nüvə proqramının dayandırılmasında Çinin dəstəyini almaq və bu məsələnin Hörmüz boğazı problemi ilə paket həllinə nail olmaq niyyətindədir. Ancaq Çin İranla eyni mövqedən çıxış edərək Hörmüz boğazının açılması mövzusunu nüvə proqramı məsələsindən ayırmağın tərəfdarıdır. Bu da Trampın Çindən əliboş qayıdacağını proqnozlaşdırmağa əsas verir. 

Eyni zamanda, İranın ABŞ ilə danışıqları bərpa etməsi üçün irəli sürdyü beş şərt diplomatik müstəvidə Trampın mövqeyini zəiflədir. Tehran ABŞ-dən ️hərbi əməliyyatların dayandırılmasını tələb edir. İranın xüsusilə Livanda hərbi əməliyyatlara son qoymaq şərti ABŞ-dən dolayısı ilə İsrailə təziyq göstərməyi istəmək mənasını verir. Bununla da İran ABŞ və İsrail arasında İran məsələsinə münasibətdə fikir ayrılığını dərinləşdirməyə nail olmağa çalışır.  

İkinci şərt İrana qarşı sanksiyaların tamamilə ləğvini nəzərdə tutur. Lakin ABŞ-nin bu tələbə əməl edəcəyi inandırıcı görünmür.  

Növbəti bənd İranın ️dondurulmuş  aktivlərinin qaytarılmasıdır.Bu da İrana qarşı sanksiyaların ləğvi tələbinin tərkib hissəsidir. İran uranın zənginləşdirilməsinə dair hər hansı razılaşmaya nail olmasa, bu istiqamətdə hər hansı addımın atılacağı real görünmür. 

Dördüncü bənd müharibədə dəymiş ziyana görə İrana kompensasiya ödənilməsindən ibarətdir. ABŞ bu variantın tətbiqini yalnız Tehranın nüvə raket proqramlarının dayandırılması müqabilində sanksiyaların ləğvindən gələn gəlirlərin İran iqtisadiyyatının dirçəldilməsində istifadədə görür. Ona görə də bu istiqamətdə ciddi irəliləyiş gözlənilmir. 

Sonuncu şərt İranın Hörmüz boğazı üzərində suverenliyinin tanınmasından ibarətdir ki, bu da bölgədə yeni müharibəyə gətirib çıxara bilər. 

İranın irəli sürdüyü sərt şərtlər isə Trampla danışıqlarda Çin liderinin əlini gücləndirən amil kimi çıxış edir. Rəsmi Tehranın tələbləri hər hansı kompromisə getmək istəmədiyini və yeni müharibədən çəkinmədiyini göstərir. Bu isə Trampın Çindən qayıtdıqdan sonra hərbi əməliyyatların yenidən başlatmasına səbəb ola bilər. 

Müşfiq Abdulla  
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 May 2026 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri