Icma.az
close
up
RU
Trampın istədiyi olmadı Bitkoin sürətlə ucuzlaşmağa başlayıb

Trampın istədiyi olmadı Bitkoin sürətlə ucuzlaşmağa başlayıb

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Dünən ABŞ Nümayəndələr Palatasında kriptovalyuta ilə bağlı qanun layihələrinin prosedur səsverməsinin uğursuzluqla nəticələnməsi Bitkoinin qiymətinə mənfi təsir göstərib.
Yeniavaz.com
“Forbes”ə istinadla xəbər verir ki, səhər saatlarında gündəlik maksimum dəyəri 120 min 482 dollar olan Bitkoin günortaya doğru 117 min dollara qədər enib.
Bitkoində baş verən 2,8%-lik azalma ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi kriptovalyuta qanunlarının bloklanması fonunda qeydə alınıb. Nümayəndələr Palatasında keçirilən prosedur səsvermədə 196 nəfər lehinə, 223 nəfər isə əleyhinə səs verib. Əleyhinə səs verənlər arasında 13 respublikaçı da olub.
Bloklanan qanun layihələri arasında stabilkoinlərin tənzimlənməsi, kripto aktivlərin qiymətli kağız və ya əmtəə kimi təsnifləşdirilməsi, həmçinin Federal Ehtiyat Sisteminin rəqəmsal valyuta buraxmasına məhdudiyyətlər qoyulması ilə bağlı təkliflər yer alırdı.
Tramp eyni gün “Truth Social” platformasında paylaşım edərək respublikaçıları bu qanunlara dəstək verməyə çağırmışdı:
“Nümayəndələr Palatası Amerikanı rəqəmsal aktivlərin lideri edəcək nəhəng qanun layihəsinə səs verməlidir”.
Qanun layihələrinin bloklanması təkcə Bitkoinə deyil, həm də kriptovalyuta ilə əlaqəli səhmlərə mənfi təsir göstərib. Mədən şirkətləri olan “Riot Platforms” və “Mara Holdings”in səhmləri müvafiq olaraq 3,3% və 2,3% ucuzlaşıb. “Coinbase” birjasının səhmləri isə 1,5% dəyər itirib.
Ekspertlər qeyd edirlər ki, son günlərdə Bitkoinin qiymətindəki artım, birja fondlarının (ETF) kriptovalyuta alışı və qanunvericilikdə irəliləyişlərə dair gözləntilərlə əlaqədar idi. Lakin qanun layihələrinin bloklanması investor optimizmini zəiflədib.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 16 İyul 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri