Icma.az
close
up
RU
Trampın Kennedinin öldürülməsində əli varmı? POLİTOLOQ SİRLƏRİ AÇDI

Trampın Kennedinin öldürülməsində əli varmı? POLİTOLOQ SİRLƏRİ AÇDI

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Prezident Tramp ABŞ Milli Kəşfiyyat  direktoruna 15 gün ərzində  ABŞ-in 35 prezidenti Con Kennedinin qətli ilə bağlı  sənədlərin lüstrasiyası planını , 45 gün ərzində isə Robert Kennedi və Martin Lüter Kinqin qətli ilə bağlı materialların lüstrasiyasını tapşırıb”.

Bu sözləri Moderator.az-açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib. 

“ABŞ Konqresi  hələ 1992-ci ildə Milli Arxivlər və Qeydlər İdarəsindən Con Kennedinin qətli ilə bağlı bütün sənədlər toplusunu 25 il ərzində nəşr etməyi tələb edən qanun qəbul edib. 

Sənədlərin məxfilikdən çıxarılması üçün son tarix, 26 oktyabr 2017-ci il Donald Trampın ilk prezidentliyi dövründə düşmüşdü.

Tramp hələ ilk seçki kampaniyasında amerikalılara Kennedinin öldürülməsi ilə bağlı “bütün həqiqəti üzə çıxaracaqlarını” vəd etmişdi. 

2017-ci il oktyabrın 21-də, nəşrin həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulan müddətin  başa çatmasına  beş gün qalmış Tramp “heç nəyə baxmadan”  uzun müddətdir kilidlənmiş və məxfi saxlanılan Kennedi fayllarının nəşrinə icazə verəcəyini  bildirmişdi. 

“Washington Post” nəşri o zaman yazırdı ki, Tramp bəzi milli təhlükəsizlik agentliklərinin tövsiyələrinə baxmayaraq sui-qəsdi əhatə edən  bütün sənədlərin nəşrində israrlıdır. 

Nəzərdə tutulan tarix- oktyabrın 26-da Milli Arxiv bə Qeydlər İdarəsi bir  çox yeni sənədləri nəşr edir, lakin dərc olunan materialların arasında siyasi qətlin əsas suallarını əhatə edən sənədlər olmur. 

Həmin günlərdə ABŞ mediası  yazırdı ki, prezident Tramp Federal Təhlükəsizlik Bürosu və Mərkəzi Kəşfiyyat Agentliyi ilə razılaşaraq yüzlərlə sənədin nəşrinə mane olub.

Federal Təhlükəsizlik Bürosu və Mərkəzi Kəşfiyyat Agentliyinin tövsiyəsi ilə prezident Tramp yerdə qalan sənədlərin dərcinin təşkili üçün müddəti daha altı ay uzadır. 

Altı ay sonra isə Milli Arxiv və Qeydlər İdarəsi  işin hələ yekunlaşmadığını səbəb gətirərək əsas suallara cavab verəcək sənədlərin məxfiliyi ləğv etmir.

Növbəti dərc 2021-ci il Trampın prezidentlik müddətinin bitməsinə sayılı günlər qalmış yanvar ayı üçün nəzərdə tutulur.

Həmin günlərdə isə seçkiyə etiraz və iştişaşlar baş verir və onların təşkilində Donald Tramp günahlandırılır.

Bu proseslərin fonunda isə ABŞ tarixinin ən səsli-küylü siyasi sui-qəsdin təşkilinə aid əsas suallara cavab verəcək sənədlərin dərci gündəmdən çıxır. 

Co Baydenin prezidentliyi dövründə Milli Arxiv və Qeydlər İdarəsi  minlərlə sənəd dərc edir. 

Onların arasında isə Kenedi sui-qəsdin kim tərəfindən təşkil olunmasına aid açıq suallara cavab tapılmır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Yanvar 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri