Icma.az
close
up
RU
Sərdar Cəlaloğlu Əli Kərimli və Mehdiyev barədə SİRLƏRİ AÇDI

Sərdar Cəlaloğlu Əli Kərimli və Mehdiyev barədə SİRLƏRİ AÇDI

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Əvvəlki illərdən fərqli olaraq Əli Kərimli elə bir qeyri-adi dərəcədə işlər görmürdü ki, hakimiyyəti narahat etsin. Yaxud da ölkədə hansısa bir ciddi gərginlik yaratsın. Amma Ramiz Mehdiyev işdən çıxarıldıqdan sonra ona münasibətdə qəribə bir fərqliliklər müşahidə olundu”. S.Cəlaloğlu Ə. Kərimlinin saxlanılmasını gözləmədiyini qeyd edib:

Bu sözləri Tribuna.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu AXCP sədri Əli Kərimlinin saxlanması ilə bağlı deyib

“O vaxt Mehdiyev işdən çıxarılandan sonra məhkəməyə cəlb edilməsini tələb edirdik. Çünki onun Prezident Administraiyasının rəhbəri olduğu dövrdə Azərbaycanda həyata keçirdiyi siyasət xalqımız və dövlətimiz üçün çox ağır nəticələr vermişdi. Bu gün düşdüyümüz problemlərin də 90 faizinin əsasında Mehdiyev durur. Mehdiyev iqtidarın ideoloji və siyasi rəhbəri idi. Bilavasitə, Rusiyadan tapşırıqlar alıb Azərbaycanda siyasət aparırdı. Onun özünün də etiraf etdiyi Rusiyadan aldığı 3 tapşırıq vardı: birincisi, o, keçmiş MDB ölkələrinin Prezident Aparatı rəhbərlərini yığaraq, dedi ki, “biz qərara gəlmişik ki, bütün MDB ölkələrində total nəzarəti həyata keçirək”. Total nəzarət anlayışı totalitar cəmiyyətin bilavasitə yaradılmasına gətirib çıxaran bir məsələ idi. O vaxt biz bunun əleyhinə çıxdıq. Amma ondan sonra Eldar Mahmudov məsələsi ortaya çıxdı. Məlum oldu ki, Mehdiyevin göstərişi ilə Mahmudov ölkədə hamını, o cümlədən Prezident və onun ailəsi üzərində nəzarətini həyata keçirib. Hətta vətəndaşların şəxsi həyatları ilə belə bağlı çoxlu materialları toplayırdılar. Bundan da şantaj məqsədi ilə istifadə edərək öz maraqlarını təmin edirdilər. Mehdiyevin ikinci qorxulu ideyası barədə o demişdi ki, “biz Azərbaycanda milli elita formalaşdırmalıyıq”. Biz bilirik ki, elitalar təbii formada formalaşır. Mehdiyevin milli elita formalaşdırması ideyasının mahiyyəti ondan ibarət idi ki, yalnız Azərbaycanda bir neçə tayfa seçilməlidir. Həmin tayfa uzun müddət həmin kadrlardan hakimiyyətə yerləşdirilməlidir. Biznes həmin tayfaların nəzarətinə verilməlidir. Dövlət həmin tayfalar üçün üstün hüquqlar yaratmalıdır. Onların qanundankənar fəaliyyətinə şərait yaradılmalıdır. Bu da guya olacaqdı “milli elita”. Doğrudan da Azərbaycanda qoyulan kadrlar hamısı bir-birinə qohum, eyni tayfalardandır. Hətta yad olanda belə onların hakimiyyətə hansısa qohumluq əlaqələri yaradılırdı. Bu da Mehdiyevin ölkədə cinayətkar elita formalaşdırmasına gətirib çıxardı. Onun ən böyük üçüncü ideyası isə parlamentə seçkilərin nəticələrinə yox, siyasi mülahizələrə görə adamları buraxması idi. Mehdiyev seçkilərdə elan etmişdir ki, “biz bəzi adamları ora buraxa bilmərik. Onda gərək bizimlə qardaş dövlətlərin münasibətlərini pozsun”. Burada söhbət Rusiyadan gedirdi”.

ADP sədri deyib ki, həmişə Rusiyanın əleyhinə çıxıb: “Hələ hərəkatın əvvəlindən bu mövqedə olduğum üçün heç vaxt məni parlamentə buraxmadılar. Hətta 1990-cı il seçkilərində də seçkiləri saxtalaşdırdılar. Bu sonrakı dövrlərdə də belə davam etdi. Təkcə məni yox, eləcə də mənim kimi düşünən adamların heç birini ora buraxmadılar. Təkcə bu üç faktla Ramiz Mehdiyevin Azərbaycan xalqının başına açdığı oyunları deyirəm. Amma maraqlıdır ki, o, işdən çıxandan sonra Əli Kərimli bəyanat verdi ki, “qoca kişidir, ondan nə istəyirsiniz? Əl çəkin ondan. Düşübsünüz onun üstünə. Hakimiyyətdəkilər barədə danışın”. Halbuki elə biz hakimiyyətdəkilərlə bağlı danışırdıq. Eyni zamanda, Əli Kərimlinin birdən-birə Ramiz Mehdiyevi müdafiə etməsi təbii ki, çoxlu suallar yaradır. Məsələ burasındadır ki, Əli Kərimli kifayət qədər siyasi təcrübəsi olan və iqtidarın daxilindən də xəbəri olan bir adamdır. O, yaxşı bilirdi ki, Mehdiyev rəhbərlikdən gedənə qədər daxili siyasəti özü müəyyənləşdirirdi. Seçkilərə, kadrlara, dövlətin idarəetmə prinsipləri metoduna o nəzarət edirdi. Onun razılığı olmadan bir dənə sənəd belə prezidentə getmirdi. Biz süzgəc rolu oynayırdıq. Nəticə də göz qabağındadır. Ona görə də biz Mehdiyevi mövcud problemlərimizin əsas müəlliflərindən biri hesab edirdik. Əli Kərimli də onu müdafiə etdi. Son hadisələrdən sonra da Mehdiyevi müdafiə edənlər də hədəfə gəldilər. Mənə elə gəlir ki, iqtidarın da Əli Kərimli ilə bağlı tutduğu mövqe budur. Digər bir məsələ isə 10 il bundan öncə Azərbaycanda yaranmış Milli Şura və Rusiyada yaranan “Milyarderlər İttifaqı” arasındakı əlaqələrlə bağlıdır. Biz o dönəmdə, şəxsən mən dəfələrlə Rüstəm İbrahimbəyov Milli Şuranın rəhbəri olanda, o vaxt baş verən hadisələrdə mən açıq şəkildə demişdim ki, Rusiyanın proyektidir. Milli Şura və həmin ittifaq arasında sıx əlaqələr var. Milli Şura sırf Rusiyanın xeyir-duası ilə yaranıb. Bununla bağlı da həddindən artıq sübut və dəlillərimiz vardı. Amma Rüstəm İbrahimbəyov siyasi səhnədə seçiləndən sonra və Cəmil Həsənli gələndən sonra o Milli Şuranın Rusiyanın təsirindən çıxmışdı. Ətalət üzrə, öz adı ilə inkişaf etsə də, faktiki olaraq artıq Rusiya Milli Şuradan istifadə etmirdi. Mənim təhlillərim, müşahidələrim göstərirdi ki, Milli Şuranın mövcudluğu iki dövrə bölünüb. 1-ci R. İbrahimbəyovun rəhbəri olduğu və Rusiya tərəfindən dəstəklənən dövr, 2-ci Cəmil Həsənli gələndən sonra Milli Şura müstəqil fəaliyyətə başladığı dövr. Rusiyanın təsirləri qaldı deyə bilmərəm, amma C. Həsənlinin rəhbərliyi altında Milli Şuranın fəaliyyəti daha çox müstəqil oldu. Həm “Milyarderlər İttifaqı” dağılıb getdi, həm də R. İbrahimbəyov aradan çıxıb getdiyinə görə, əlaqələr də itdi. İndi isə hakimiyyət müəyyən cinayət işi qaldırıb. Mediada mənim həddən artıq Milli Şura və Əli Kərimli barədə ittihamlarım olub. Hətta, axır vaxtlar onun xaricdə olan və maraqlarını müdafiə edən jurnalistlərdən biri məni R. Mehdiyevlə əlaqələndirmək istəyəndə, mən bir daha keçmişdə etdiyim ittihamları önə çəkdim və xatırlatdım. Burada mən maraqlı tərəfəm. Çünki Milli Şura ilə bağlı elə son vaxtlar R. Mehdiyev çıxandan sonra da Ə. Kərimli tərəfdarları arasında aramda çox ciddi ziddiyətlər oldu. Hətta xatırladım ki, R. Mehdiyev aparat rəhbəri olduğu dövrdə Əli Kərimli 3 dəfə parlamentə düşübdür. İkisində təmsil olunub, birində isə daha çox parlamentin baykot qərarı qəbul etdiyimizə görə, C. Həsənli buraxılıb amma Əli Kərimlinin mandatı ləğv edildi. Ona görə də burada mən qərəzli də görünə bilərəm. Amma mənim əlimdə olan faktlar, təhlillər hər şeyi göstərdi.”

Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 01 Dekabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see336

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see298

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see281

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see279

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see277

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see274

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see261

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see248

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see248

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see244

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see237

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see234

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see232

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see231

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see225

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see220

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see220

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see190

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see187

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri