Icma.az
close
up
RU
TRAMPIN KOMANDASI PARÇALANIR Putinin istədiyi olur, Ağ Evdə iki “barışmaz” qrup yaranıb

TRAMPIN KOMANDASI PARÇALANIR Putinin istədiyi olur, Ağ Evdə iki “barışmaz” qrup yaranıb

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xüsusilə Ukrayna məsələsində Donald Trampın administrasiyasında parçalanma aşkar görünməyə başlayır və Putinə də elə bu lazımdır.

“AzPolitika” xəbər verir ki, “Obozrevatel.com” nəşrində dərc edilən məqalədə belə deyilir.

Yazıda qeyd olunur ki, Trampın komandasında Stiv Uitkoff kimi Rusiya narrativlərinə üstünlük verən xüsusi elçi ilə yanaşı, Rusiyaya qarşı sərt mövqe tərəfdarı olan Dövlət katibi Mark Rubio da var: “Bir müddət əvvəl Sankt-Peterburqda Rusiya Prezidenti Putinlə görüşən Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ilk dəfə həmin söhbətin nəticələri barədə danışıb və Putinin guya hərtərəfli sülh istədiyini vurğulayıb. Uitkoff deyib ki, Rusiya ilə Ukrayna arasında vəziyyətin həllində əsas problem 5 regionla, yəni Donetsk, Luqansk, Xerson, Zaporojye vilayətləri və Krım Muxtar Respublikası ilə bağlıdır.

Amma reallıqda problem daha dərindir, çünki bu, əslində, təhlükəsizlik zəmanətləri, NATO-nun 5-ci maddəsi, təhlükəsizlik protokolları və iki ölkə arasında yığılıb qalan bütün problemləri əhatə edir.

Belə ki, Trampın nümayəndəsi Uitkoff “Fox News” telekanalında Rusiya Prezidenti və onun digər rəsmilərindən eşitdiyimiz hər şeyi təkrarladı. Bu isə “hərtərəfli sülh əldə olunmadan atəşkəslə bağlı razılığın əldə olunmasının mümkünlüyünü inkar edir”. Və Ukrayna qoşunlarının Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin bütün ərazisini tərk etməsini tələb edir. Uitkoff da ruslar kimi, Rusiyanın öz təhlükəsizliyi ilə bağlı daimi narahatlığından danışır. Sanki Ukrayna Rusiyanı təhdid edib və ya qonşu ölkə ilə müharibəyə başlayıb.

Uitkoffun Rusiya-Ukrayna müharibəsini bitirmək üçün yanaşmasında rusiyapərəst narrativlərə əməl etməsi Prezident Trampın ətrafındakıların bir çoxunun xoşuna gəlmir.

“The Wall Street Journal” yazır ki, Trampın digər əməkdaşları - Dövlət katibi Mark Rubio, eləcə də digər xüsusi nümayəndəsi Keyt Kelloq Uitkoffun yanaşması ilə razılaşmır və Trampı inandırmağa çalışır ki, Putin real sülh danışıqlarına getməyəcək və ancaq Amerikadan istifadə edəcək.

Bununla belə, həm Rubio, həm də Kelloq Trampın müharibəni mümkün qədər tez bitirmək zərurəti ilə bağlı mövqeyi ilə razılaşır, lakin onlar Rusiya Federasiyasına qarşı sərt mövqe tutmağın və Putinə təzyiqin artırılmasının vacibliyində israr edirlər.

Uitkoff ABŞ və Rusiya arasında əməkdaşlığın iqtisadi aspektindən danışır və müharibənin sonunun məhz Moskva ilə Vaşinqton arasında maliyyə və iqtisadi razılaşmalarda görür. Görünür, məhz bu “iqtisadi hava”nı Trampa satmaq üçün Putin özünün digər ölkələrlə beynəlxalq iqtisadi əlaqələr üzrə xüsusi nümayəndəsi kimi Kirill Dmitriyevi təyin edib. Burada artıq Trampın özünün kimin mövqeyini qəbul edəcəyi vacibdir…

“Wall Street Journal”-ın yazdığına görə, Amerika Prezidenti indi Uitkoffun mövqeyinə meyl edir. Bu başadüşüləndir, çünki Tramp heç vaxt dəyərlər dilini başa düşməyib, həmişə pul dilini başa düşüb. Üstəlik, özünə inamı belə yüksək olan insan başqalarının onu açıq şəkildə ələ saldığına və ondan öz məqsədləri üçün istifadə etməyə çalışdığına inana bilmir.

Bununla belə, Donald Trampın Salvador Prezidenti Nayib Bukele ilə söhbətində dedikləri bir daha nümayiş etdirdi ki, Amerika Prezidenti rusiyalı həmkarı ilə razılığa gəlmək üçün fürsət axtarır və müharibənin başlamasına görə Cozef Baydeni günahlandırmaqda davam edir.

Tramp Putini Rusiya-Ukrayna müharibəsində günahkarlar siyahısında birinci yerə qoysa da, onun Bayden və Zelenskinin də günahkar kimi adını çəkməsi Trampa, ən azı, öz nöqteyi-nəzərindən, razılaşmalara doğru gələcək manevrlər üçün geniş yol açır.

Bununla belə, Putinin Rusiya-Ukrayna cəbhəsindəki hərəkətləri və Ukraynanın dinc şəhərlərinə zərbələri, Rusiya Prezidentinin mülki insanları məhv etməsi Trampın ətrafındakı vəziyyəti daha da pisləşdirir. Sumıya hücumdan sonra həm ABŞ-nin Dövlət katibi Marko Rubio, həm xüsusi nümayəndə Keyt Kelloq, həm də Trampın ətrafında kifayət qədər ciddi mövqelərə malik olan digər xüsusi nümayəndə Riçard Qrenell Rusiya hərbçilərinin bu cinayət əməli barədə açıqlama verməli oldular. Tramp özü də təyyarəsində Sumı ilə bağlı sualı cavablandırmalı oldu, baxmayaraq ki, Amerika Prezidentinin rus dostunun bu cinayətini şərh etməkdən çox çəkindiyi açıq-aydın görünürdü. Onun Rusiya hərbçilərinin Sumıda törətdiyi cinayətə reaksiyası da bunu sübut edir.

Stiv Uitkoff isə Rusiya-Ukrayna müharibəsində və Yaxın Şərqdə baş verənləri dərk etməməsi ilə Putin və Kirill Dmitriyev üçün öz məqsədlərinə nail olmaq üçün sadəcə yaxşı vasitədir.

Təbii ki, bu vəziyyətdə Donald Trampın artıq ABŞ Prezidenti olmayacağı dövrü düşünən və öz reputasiyasına əhəmiyyət verənlərlə buna məhəl qoymayanlardan ibarət iki qrupun hər hansı ortaq məxrəcə gəlməsi çox çətindir. Üstəlik, Putinə məhz bu lazımdır, çünki Rusiya Prezidenti nə sadəlövh Stiv Uitkoffla, nə də özünün hansı real dünyaya düşdüyünü hələ də dərk etməyən Donald Trampla ciddi danışıqlara getməyəcək”.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Aprel 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri