Icma.az
close
up
RU
Eldar Əzizov və onun KOMANDASI

Eldar Əzizov və onun KOMANDASI

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əslində, Eldar müəllimin yaxşı komandası olmalı idi. Peşəkar, beynəlxalq təcrübəli, abad və təmiz şəhərimizi bərbad günə qoymayan komanda. Qar yağanda, şaxta düşəndə gözdən ilim-ilim itən, bir gün qabaq “biz hazırıq deyib” yalançı piar edən komanda yox. Bu barədə bir qədər sonra...
Eldar müəllim keçmiş komsomol işçisidir. Amma bu qədər illərdən sonra yenilənmə hiss olunmalı idi. İnnovasiyanı hiss etmirik Eldar müəllim. 

Nizami rayonunda sizi açıq mikrafon tədbirləri ilə xatırlayıram. Bu, əla strategiya idi. Şikayətçini dinləyib hansısa bir tabeli qurum rəhbərini danlamaq və sakinlərdə sadə məmur təsəvvürü yaratmaq öz müsbət effektini vermişdi. Əsas vacib istiqamətlər isə saat kimi stabil reallaşdırılırdı. Yəni abadlıq, yaşıllaşdırma, tikinti və sair proseslərə nəzarət. 

Gəncənin icra başçısı oldunuz. Tarixi şəhəri alkaponla qapadız. Dostlarını olan bəzi iş adamları dəstək üçün orada sizin köməyinizlə göz oxşayan binalar da tikdi. Kvadratı da ucuz olmadı. Yaxşı qiymətə satıldı da.
Sumqayıtın icra başçısı olduq. Alkapon əməliyyatı davam etdi. Amma sizdən sonra hamısı söküldü. Demək ki, yararsız imiş. Məqsədəuyğun olsa idi bu gün də nümunə göstərilərdi. Amma izi tozu qalmadı. Qalan isə sahibkarların ah-naləsi oldu. Çünki onlara ikiqat zərər dəymişdi.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olanda isə biz yaxşı qurtardıq. Bura axı paytaxtdır. Alkaponlaşdırma dövrü bitdi. Deyirlər gəlirli sahə imiş... Heyf. Amma Bakıda daha effektiv istiqamətlər var idi. İndi də var.
Bakının mərkəzində ticarət və restoranlar, arxitektur binaların üzərində yüngül konstruksiyalı tikililər, restoranların qarşısında artırmalar hamısı sizin rəhbərlik dönəminizdə müşahidə olunmağa başladı.
Hacıbala müəllim də pis işləmirdi. Bina tikintisində yaşanan bum Abutalıbovun qızıl dövrü idi. Siz də yəqin o tarixə baxıb köks ötürürsiz...
Düşünürəm ki, Bakının ərazisində ən uğurlu iş yaşıllaşdırmadır. Kimdir soruşan ki, filan vaxtı filan səkinin ortasında əkilən kollar niyə qurudu? Dekorativ ağacların yerdəyişməsi kimin diqqətini çəkir axı? Yaxud mövsümü olmasa belə ərazinin abadlaşdırılması adı altında dekorativ kol və ağacların əkilməsi prosesi. Məhdudiyyət var? Əsla. Şəhər axı yaxşı görünməldir. Sorğu sualsız rahat və gözəl işdir. Alkapon kimi göz deşmir.
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin fəaliyyəti bəlkə də ən dəqiq yoxlanılmalı olan sahədir. Hüquq mühafizə orqanı tərəfindən a-dan z-yə yoxlanılmağa ehtiyacı var bu Departamentin, Bir neçə gün öncə mediada məlumat çıxmışdı ki, təkcə elə Binəqədi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 5 milyon borcu var imiş. 5 milyon elə bilirsiz böyük rəqəmdir? Məncə bu rəqəmi görən bəzi məmurlarımız qımışdı, dodağı qaçdı. Necə deyərlər bu qəpik-quruş söhbətidir.
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Qış qarajı var. Hər qar yağanda yada düşür. Hanı o qar təmizləyən avtomobillər. Yolların  intensiv işlək mexanizmlə təmizləmə proqramı var? Hansı planlı işlər reallaşdırılır? Bu qarajın fəaliyyəti bir qum-duz dağıdan avtomobilin qar yağıb bitəndən bir gün sonra gözə dəyməsi ilə bitmir axı. Yaxud da çovğunlu havadan bir gün qabaq reklam xarakterli piarla. 
Bakı Şəhər İcra Hakimiyyəti başçısnın səlahiyyətləri hansı radiusda daralır? Su, qaz, işıq, kanalizasiya problemləri sizlik deyil. Bu bəllidir. Bəs yaxşı sizlik olan nədir? Yaşıllaşdırma, Kommunal Təsərrüfat, Küçə Ticarəti. Əla istiqamətlərdir. 
Pandemiya dönəmində küçələr daim yuyulurdu. Dərman, su istifadəsini də kimdir ölçüb biçən axı? Yaxşı təbliğatı gedirdi. Ucu-bucağı, eni-uzunu lazımi qiymətləndirməyə cavab verən küçə və prospektlərin dərmanla yuyulması. Bundan gözəl xidmət ola bilərdi?

Qarlı-şaxtalı havada polis əməkdaşları bilmirdi yol açsın, yol təmizləsin, nəqliyyatın hərəkətinə nəzarət etsin. Əlacsız yola qum duz da səpirdilər. Səmimi etitraf edək ki, polis əməkdaşları qəhrəmanlıq göstərdilər. Bu həqiqətdir. Əslində belə olmamalı idi. Niyə biz isizn rəhbərlik etdiyiniz komandanın çevik və diqqətəlayiq hərəkərini görmədik? 

Yasamal ərazisində bir qrup gənc sürüşən avtomobilləri qəzadan qorumaq üçün canlarını sipər etmişdi. Sağ olsunlar. Bəs bu hadisəyə necə qiymət verirsiz? O yol təmizlənməli idi. Camaatın canı bahasına yox büdcədən ayrılan vəsaitin düzgün istiqamətdə xərclənməsi hesabına. 

Sosial media hesablarında 100-lərlə belə video faktlar var. Müsair texnika axtardıq gözümüzə Mənzil İstismar Sahəsinin əməkdaşları dəydi. Əllərin bel, süpürgə ilə. Acınacaqlı durumdur Eldar müəllim. Başqa necə ifadə edim bu yaşananları? 

Amma niyə biz də başqa dövlətlərdə olduğu kimi prospekt və küçələrimizin fasiləsiz bir neçə qar təmizləyən avtomobillə təmizlənməsini görməyək. Bakı ətrafı və yaşayış binalarının qarşısı və məhəllələri demirəm. Ora ümumiyyətlə yaddan çıxıb. 

Biz niyə digər ölkələrdə bu işi görən şirkətlərlə qarşılıqlı əməkdaşlıq etmirik, informasiya mübadiləsi aparmırıq. Varsa da görmürük. Yalnız xaricə gedib gəzib gəlmək yox kadr yetişdirməyi nəzərdə tuturam. Hanı inkişaf, hanı innovasiya, hanı xərclənən pulların müsbət nəticəsi?
Bakıda tuneli su basanda demişdiz axşam toplaşacaqsız. Cavabı da olmadı. Bu günlərlə bağlı bəs nə tədbir görüldü? 
Qanqster də olsa ALKAPONenin yaxşı bir sözü var. O deyirmiş ki, “Problem sənə toxumayana qədər sən problemə toxunma”.
Eldar müəllim problem axı nəinki toxunur, o qapıdadır və artıq içəri də daxil olub. Bəlkə problemə toxunasız, həll olunsun deyə.
Eldar müəllim bəlkə brifinq keçirəsiz? Bu yazıda olan və olmayan sualları ünvanlaya bilək. 
Dərhal düşünə bilərsiz ki, yazı sifarişlidir. Bəli elədir ki, var. Bu sosial sifarişdir. Sualları cavabsız qalan sosial sifariş....  (Ajans.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Fevral 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see255

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see236

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see232

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see228

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see226

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see225

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see218

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see216

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see213

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see201

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see198

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see197

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see197

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see196

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see193

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see191

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see189

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see184

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see177

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri