“Trampın milli maraqları dünyanı daha çox parçalanmaya gətirib çıxara bilər“ ŞƏRH OLUNDU
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Donald Trampın “mənə beynəlxalq hüquq yox, öz maraqlarım daha önəmlidir” məntiqinə söykənən yanaşması müasir dünya nizamında bir sıra ciddi və sistemli dəyişikliklərə yol aça bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev bildirib.
Onun sözlərinə görə, bu mövqe əslində beynəlxalq münasibətlərdə artıq zəifləməkdə olan norma-mərkəzli sistemi daha da aşındıraraq, güc və milli maraq əsaslı siyasətin legitimləşdirilməsinə xidmət edir:
“Birinci növbədə, bu yanaşma beynəlxalq hüququn universallıq prinsipini sarsıdır. Əgər böyük güclər açıq şəkildə beynəlxalq hüquq normalarını ikinci plana keçirirsə, kiçik və orta dövlətlər üçün bu normalar qoruyucu mexanizm funksiyasını itirir. Nəticədə beynəlxalq hüquq öhdəlik yaradan qaydalar toplusu olmaqdan çıxaraq, selektiv şəkildə tətbiq olunan siyasi alətə çevrilir. Bu isə dövlətlərarası münasibətlərdə hüquqi sabitliyi azaldır və qarşılıqlı etimadsızlığı dərinləşdirir.
İkinci mühüm dəyişiklik çoxtərəflilikdən birtərəfliliyə keçiddir. Trampın yanaşması BMT, ÜTT, NATO kimi institutların rolunu zəiflədir, çünki bu qurumlar konsensus və qaydalar üzərində qurulub. ABŞ kimi aparıcı gücün bu strukturlara etinasız yanaşması digər gücləri də oxşar davranışa təşviq edir. Nəticədə beynəlxalq institutlar qərarverici deyil, daha çox müşahidəçi mövqeyinə sıxışdırılır.
Üçüncü aspekt qlobal güc balansının daha sərt formaya keçməsidir. “Güc haqlıdır” prinsipi normaya çevrilərsə, Çin, Rusiya kimi digər böyük aktorlar da öz maraqlarını hüquqdan üstün tutaraq daha aqressiv siyasət yürütməyə əsas tapacaqlar. Bu isə regional münaqişələrin sayını və intensivliyini artıra, yeni geosiyasi qarşıdurmalar yarada bilər.
Bu yanaşma qlobal qeyri-müəyyənliyi dərinləşdirir. Qaydaların zəiflədiyi mühitdə uzunmüddətli proqnozlaşdırma çətinləşir, iqtisadi və siyasi risklər artır. Dövlətlər təhlükəsizliklərini hüquqi mexanizmlərlə deyil, daha çox hərbi və iqtisadi güclə təmin etməyə çalışır ki, bu da silahlanma yarışını və bloklaşmanı sürətləndirir.
Trampın beynəlxalq hüquqdan çox milli maraqları önə çıxaran mövqeyi dünya nizamını daha parçalanmış, qeyri-stabil və güc əsaslı bir mərhələyə doğru sürükləyə bilər. Bu dəyişiklik təkcə ABŞ siyasətinin deyil, bütövlükdə beynəlxalq sistemin transformasiyasının göstəricisi kimi qiymətləndirilə bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 15 Yanvar 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















