Trampın milli təhlükəsizlik müşaviri rusiyalı həmkarı ilə danışıqlar apardı
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Mayk Vals çərşənbə günü “rusiyalı həmkarı” ilə telefon danışığı aparıb və tərəflər Ukraynadakı münaqişənin sülh yolu ilə həllini müzakirə ediblər.
Redaktor.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.
“Bizim milli təhlükəsizlik müşavirimiz Mayk Vals bu gün rusiyalı həmkarı ilə telefonla danışıb ki, münaqişəyə son qoyulsun və Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunmasına nail olunsun”, - deyə o, "Fox News"a müsahibəsində deyib.
Levitt Valsın hansı Rusiya nümayəndəsi ilə danışdığını dəqiqləşdirməyib.
Turan İSMAYIL

Trampın sabiq milli təhlükəsizlik müşaviri həbs oluna bilər
25 Sentyabr 2025 10:26
Ceyhun Bayramov həmkarı ilə danışıqlar apardı
04 Noyabr 2024 20:36
Fidan iranlı həmkarı ilə danışıqlar apardı
24 Mart 2025 23:41
İlham Əliyev həmkarı ilə danışıqlar apardı
12 Noyabr 2024 17:23

