Icma.az
close
up
RU
TRAMPIN MOSKVAYA QARŞI ÇOX TƏSİRLİ RIÇAQLARI QALIR Sülh sazişində Rusiyadan nələr tələb olunacaq?

TRAMPIN MOSKVAYA QARŞI ÇOX TƏSİRLİ RIÇAQLARI QALIR Sülh sazişində Rusiyadan nələr tələb olunacaq?

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Vaşinqtonun Moskvaya qarşı hələ tam istifadə olunmayan rıçaqları var. ABŞ Prezidenti Donald Tramp bu rıçaqlardan istifadə edərək Vladimir Putini Ukraynadakı müharibəni dayandırmağa məcbur etməyə çalışır.

“AzPolitika” xəbər verir ki, “Atlantic Council”-in yazdığına görə, hazırda ABŞ-nin əsas vəzifəsi Qərbin danışıqlarda mövqeyini gücləndirmək və Ukraynada müharibəni dayandırmaq üçün daha çox təsir rıçaqları yaratmaqdır. Nəşrin analitiklərinin fikrincə, bunların arasında ən təsirlisi İrana qarşı olduğu kimi Rusiya neftinə qarşı da anoloji sanksiyaların tətbiqidir. Bu, neft gəlirlərinin Moskvaya axınını demək olar, dərhal dayandıracaq. Nəticədə Rusiya Milli Rifah Fondunun tükənməsi ilə Putinin müharibəyə son qoymaq üçün danışıqlar aparmaqdan başqa yolu qalmayacaq.

Bundan əlavə, Rusiya neftinə ikinci dərəcəli sanksiyaların tətbiqi Hindistan, Çin və digər alıcıları ABŞ sanksiyalarına əməl etməyə məcbur edəcək. Əks halda, onların qlobal maliyyə sisteminə çıxışı itirmək riski yaranacaq. Gözlənilməz nəticələri azaltmaq üçün isə OPEC+ ölkələri hasilatı artıra və bazarda Rusiya neftinin itkisini kompensasiya edə bilər.

Sülh razılaşması və Ukrayna üçün təhlükəsizlik zəmanəti müqabilində Qərb liderləri məhdudiyyətlərin ləğvini təklif edə bilər ki, bu da Rusiya neftinin bazara qayıtmasına və Rusiya iqtisadiyyatını məhv olmaqdan xilas etməyə imkan verəcək.

Sülh sazişinə gəlincə, bu sənədə Moskvanın Ukrayna ərazisinə iddialarından əl çəkməsi, ukraynalı uşaqları və hərbi əsirləri geri qaytarması, sanksiyalara əməl edən Qərb şirkətlərinə qarşı məhkəmə iddialarından imtina etməsi, Ukrayna ərazilərinin bərpası üçün maliyyə öhdəliklərini qəbul etməsi və Avropa qüvvələrinin Ukraynaya yerləşdirilməsinə razılıq verməsi daxil edilməlidir.

Kremlə təzyiqi artırmaq üçün ABŞ Maliyyə Nazirliyi Rusiya neft şirkətlərini, o cümlədən hazırda məhdudiyyətlərə məruz qalan, lakin ABŞ-nin ilkin sanksiyalarına məruz qalmayan “Qazprom”, “Lukoyl” və “Rosneft”i, habelə “kölgə donanmasından” kənarda olan Rusiya gəmilərini, limanları, liman operatorlarını və xidmət təminatçılarını hədəf ala bilər.

Bundan əlavə, Xəzinədarlıq mövcud sanksiyaları “Qazprom”un törəmə şirkəti “Qazprom Neft” və “Surqutnefteqaz” kimi neft şirkətləri və istehsalçılarına tətbiq edə bilər. Sanksiya tətbiqi Rusiya nefti və neft məhsulları ilə sövdələşmələrdə iştirak edən xarici maliyyə institutlarına ikinci dərəcəli sanksiyaları əhatə edəcək.

Xatırladaq ki, genişmiqyaslı işğalın başlanmasından bəri Rusiyaya qarşı rekord sayda beynəlxalq sanksiyalar tətbiq edilib. Onların müəyyən təsiri olub, təcavüzkarın həyatını çətinləşdirib, lakin işğalın qarşısını almayıb.

“The New York Times” isə yazıb ki, buna səbəb sanksiyaların əksəriyyətinin kiçik olmasıdır və bu günə qədər edilməyən əsas şey Rusiyaya valyuta axınının qarşısının alınmasıdır.

C.Məmmədli

“AzPolitika.info” 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Avqust 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see196

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see141

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see135

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri