Icma.az
close
up
RU
Trampın neft hədəfi: supergüc olmaq, yoxsa sadəcə hədə qorxu...

Trampın neft hədəfi: supergüc olmaq, yoxsa sadəcə hədə qorxu...

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Dünya iqtisadiyyatının mühüm mövzularından biri enerji bazarlarının idarə edilməsi və neft qiymətlərinin dəyişkənliyidir. Davosda keçirilən Dünya İqtisadi Forumunda ABŞ Prezidenti Donald Trampın videobağlantı vasitəsilə etdiyi çıxış enerji bazarlarında təsir edib. Tramp, Səudiyyə Ərəbistanı və OPEC-ə müraciət edərək, neft qiymətlərinin aşağı salınmasını təklif edib.

Trampın fikrincə, əgər neftin qiyməti azaldılsa bu Ukrayna müharibəsinin dərhal sona çatmasına səbəb ola bilər. Trampın bəyanatlarına görə ABŞ-ın enerji siyasəti Rusiya üzərində təzyiq yaradaraq onu Ukrayna məsələsində danışıqlara məcbur etməlidir. ABŞ Prezidenti Rusiyanın müharibədən əvvəlki dövrə nisbətən daha çox neft və qaz satdığını qeyd edərək enerji bazarlarının bu müharibənin gedişatına təsir etməsinin vacibliyini vurğulayıb.

O, bu təsirin təkcə Ukraynada müharibəni dayandırmaqla kifayətlənməyəcəyini, eyni zamanda ABŞ-ı neft istehsalı sahəsində "super güc"ə çevirəcəyini vurğulayıb. ABŞ-ın dünyanın ən böyük neft və qaz ehtiyatlarına sahib olduğunu qeyd edən prezident bu resursları daha fəal istifadə etməyə hazır olduqlarını bildirib.

Modern.az-ın məlumatına görə, Trampın Davosdakı çıxışı  neftin qiymətlərinə dərhal təsir edib. "Brent" markalı neftin qiyməti bir barrel üçün 78,29 dollara, WTI markalı neftin qiyməti isə 74,62 dollara enib.

Ekspertlər düşünür ki, neft qiymətlərinin aşağı salınması tələbi təkcə ABŞ iqtisadiyyatı üçün deyil, həm də qlobal enerji bazarı üçün mühüm nəticələr doğura bilər. Neft istehsalçıları bu təzyiqi nəzərə almalı və qiymət siyasətlərini buna uyğun tənzimləməli olacaq. Mütəxəssislər hesab edir ki, neft qiymətlərinin enməsi yeni enerji layihələrinin maliyyələşdirilməsini çətinləşdirə bilər, çünki enerji sektoru böyük sərmayələr tələb edir.

Səudiyyə Ərəbistanı və OPEC+ ölkələrinə neft qiymətlərini endirmək sərfəli deyil, çünki istehsalın artırılması halında bütün dünya enerji istehsalçıları, o cümlədən ABŞ zərər çəkər, – deyə  Rusiyalı ekspert İqor Yuşkov bildirib. Yuşkov sual verir.

 "Səudiyyə Ərəbistanı və OPEC-ə Trampın dediklərini yerinə yetirmələri lazımdırmı? Qiymətləri endirmək üçün OPEC+ ölkələri hasilat azaltmaq barədə sazişi pozmalı və maksimum istehsal etməlidir". Ekspertin fikrincə, bu vəziyyət OPEC+ ölkələrinə sərf etməz, çünki bu addım qiymətlərin 30-40 dollar/barel səviyyəsinə enməsinə səbəb ola bilər.  Yuşkovun sözlərinə görə Trampın təklifi heç bir neft istehsalçısına sərfəli deyil, hətta ABŞ-ın özünə belə. Çünki ABŞ-da şist neftinin hasilatının xərcləri olduqca yüksəkdir.

Ekspert qeyd edir ki, "Səudiyyə Ərəbistanı, İraq və digər istehsalçılar hasilatı artırmaq üçün niyə öz gəlirlərini zəiflətsinlər? Həmişə az istehsal edib çox gəlir əldə etmək daha sərfəlidir.. Bu ölkələrin büdcələri neftin yüksək qiymətləri ilə tərtib edilir. Səudiyyə Ərəbistanında qeyri-rəsmi olaraq 85-87 dollar/barel arasında qiymət nəzərdə tutulub. Niyə o, qiymətləri 40 dollar səviyyəsinə endirsin?"

Ekspertlər bildirirlər ki, ABŞ Prezidenti Donald Trampın OPEC+ neft ixracatçıları ittifaqını neft qiymətlərini azaltmağa çağırması Respublikaçı liderin ABŞ-ı enerji baxımından dominant etmək hədəfi ilə ziddiyyət təşkil edir.

Kanada Biznes Şurasının məsləhətçisi Hezər Exner-Pirot bildirib ki, ABŞ-ın enerji dominantlığı məqsədi ilə “OPEC, neft qiymətlərini endirin” tələbi bir-birinə ziddir. "Əgər OPEC+ ölkələri istehsalı artırarsa,  qiymətlər düşəcək və ABŞ-ın istehsalını məhdudlaşdırmalı olacaq. Çünki ABŞ-da neft hasilatı çox baha başa gəlir. Hazırda ABŞ-da neft hasilatı qiymətlərin 70 dolardan yüksək olduğu halda sərfəlidir.

Trampın təklifləri həm qlobal enerji bazarını, həm də ABŞ-ın enerji siyasətini yenidən formalaşdırma potensialına malik olsa da bu cür təzyiqlər iqtisadi sabitliyi təmin etməkdə çətinlik yarada bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Yanvar 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri