Trampın oğlu super varlılar üçün klub açır Təsisçilərin arasında Uitkoffun iki oğlu da var
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Trampın böyük oğlu Donald, bankir Omid Malik və bir qrup investor super varlılar üçün qapalı klub yaradır.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Vaşinqtonun nüfuzlu Corctaun bölgəsində “Executive Authority” adlı yeni klub açılacaq. Bu kluba üzvlük yalnız dəvətlə mümkündür və üzvlüyün qiyməti 500.000 dollardan çox olacaq.
Təsisçilər sırasına mühafizəkar bizneslərə sərmayə qoyan “1789 Capital” firmasının tərəfdaşları daxildir. Kiçik Tramp Floridada yerləşən bu şirkətə 2023-cü ildə qoşulub. Onun sahibləri biznesmen Kris Buskirk, Omid Malik və maliyyə varisi Rebecca Mercerdir.
Klubun təsisçiləri arasında Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun oğulları Zak və Aleks Uitkoff da var.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 28 Aprel 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















