Icma.az
close
up
RU
TURAN AKADEMİYASI YARADILDI Təsisçilərin adları + FOTO

TURAN AKADEMİYASI YARADILDI Təsisçilərin adları + FOTO

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

8 oktyabr 2025-ci ildə Qazaxıstanın Almatı şəhərində yerləşən “Turan” Universitetində Turan Akademiyasının təntənəli təsis konfransı keçirildi. Mərasimdə Qazaxıstan, Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və İrandan tanınmış alimlər, ictimai-mədəniyyət xadimləri, diplomatik missiyaların və beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər.

Akademiyanın missiyası türk ölkələrinin alim və ictimai xadimlərini birləşdirərək ortaq elmi-mədəni məkan formalaşdırmaq, türk sivilizasiyasının zəngin irsinin tədqiq və təbliğini gücləndirmək, eləcə də gənc tədqiqatçıların elmi potensialını artırmaqdır.

Tədbirin moderatoru “Turan” Universitetinin beynəlxalq əlaqələr və doktorantura üzrə prorektoru, PhD, dosent, Turan Akademiyasının vitse-prezidenti Gülcanat Yubatqanqızı Tayauova olub. Açılışı Turan Akademiyasının prezidenti, iqtisad elmləri doktoru, professor, “Turan” Universitetinin rektoru, Qazaxıstanın Əməkdar xadimi Rahman Alşanov və Akademiyanın həmsədri, Türk Xalqları Şurasının sədri, ictimai xadim Mahmut Oral elan ediblər. Mərasim çərçivəsində Akademiyanın yeni üzvlərinə diplomlar təqdim olunub, iştirakçı ölkələrin rəsmi nümayəndələri, alimlər və ictimai xadimlər təbrik çıxışları ediblər.

Turan Akademiyasının Azərbaycandan olan qurucu üzvü — Hədəf Şirkətlər Qrupunun qurucu-direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq mərasimdə çıxış edərək, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin Azərbaycanda toplaşdığı bir vaxtda Qazaxıstanda, məhz “Turan” Universitetində Turan Akademiyasının təsisini önəmli hadisə hesab etdiyini vurğulayaraq, alqışladığını bildirib. O, Turan Akademiyasının nəzdində “Turan Uşaq Akademiyası”nın Azərbaycanda Hədəf Şirkətlər Qrupu tərəfindən qurulmasını təklif edib: məqsəd məktəbdən başlayaraq gənclər arasında elmi marağı gücləndirmək, şagirdlər arasında elmi əlaqələri və dostluqları genişləndirməkdir. Təklif Akademiya üzvləri tərəfindən müsbət qarşılanıb. Sonda Şəmil Sadiq böyük filosof-şair Hüseyn Cavidə həsr etdiyi “Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyası” adlı monoqrafiyanı universitetin rektoruna təqdim edib.

Turan Akademiyasının tam üzvləri seçilən şəxslər aşağıdakılardır:

• Raxman Alşanov – Turan Akademiyasının prezidenti, iqtisad elmləri doktoru, professor, “Turan” Universitetinin rektoru, Qazaxıstan Respublikasının Əməkdar xadimi;

• Mahmut Oral – Turan Akademiyasının həmsədri, Türk Xalqları Şurasının Baş sədri (Türkiyə);

• Güljanat Jubatqanqızı Tayauova – Turan Akademiyasının vitse-prezidenti, “Turan” Universitetinin beynəlxalq əlaqələr və doktorantura üzrə prorektoru, fəlsəfə üzrə PhD, dosent, Qazaxıstan Respublikası İqtisadi Elmlər Akademiyasının akademiki;

• Ali Kılıç – yazıçı, jurnalist, ictimai və siyasi xadim, “Turan” Universitetinin Müşahidə Şurasının üzvü (Türkiyə);

• Adil Axmetov – filologiya elmləri doktoru, professor, siyasətçi, diplomat, Qazaxıstanın Əməkdar xadimi;

• Vedat Köle – Qədim Türk Akademiyasının prezidenti (Türkiyə);

• Abdıldajan Akmataliev – filologiya elmləri doktoru, professor, Qırğızıstan Milli Elmlər Akademiyasının akademiki;

• Şəmil Kamil oğlu Sadıqov – PhD, dosent, Hedef Şirkətlər Qrupunun qurucu direktoru (Azərbaycan);

• Almasbek Maulenov – filologiya elmləri doktoru, professor, türkoloq, Jambıl adına Filoloji Tədqiqatlar Mərkəzinin direktoru (Qazaxıstan);

• Asan Turabayev – akademik Ə. Kuatbekov adına Xalqlar Dostluğu Universitetinin professoru, Qazaxıstan Jurnalistlər İttifaqının üzvü, “Əməkdə fərqlənməyə görə” medalı laureatı (Qazaxıstan);

• İlesbek Bayjanov – mühəndis, iqtisadçı, jurnalist, yazıçı, “Aqyqat – 1” İctimai Birliyinin sədri (Qazaxıstan);

• Ulıqbek Yesdəulet – şair, ədəbiyyatşünas, publisist, Qazaxıstanın Əməkdar xadimi;

• Yüksel Yalova – Türk-Fransız Mədəniyyət Cəmiyyətinin sədri, Okan Universitetinin Müşahidə Şurasının üzvü, Türkiyə Böyük Millət Məclisinin sabiq sədr müavini (Türkiyə);

• Semih Güneri – arxeoloq, professor, akademik, yazıçı (Türkiyə);

• Sacid Turanlı – PhD, professor, Qazi Universitetinin Ortopediya və Travmatologiya kafedrasının sabiq müdiri (Türkiyə);

• Osman Karatay – tarix elmləri professoru, akademik, Egey Universiteti (Türkiyə);

• Nedjati Demir – filologiya elmləri professoru, türk dili və ədəbiyyatı üzrə mütəxəssis, Qazi Universitetinin kafedra müdiri (Türkiyə);

• Hilmi Özden – tibb elmləri doktoru, professor, Eskişehir Osmangazi Universiteti Türk Dünyası Tədqiqat və Tətbiqetmə Mərkəzinin rəhbəri (Türkiyə);

• Ekrem Memiş – professor, tarixçi, tədqiqatçı və yazıçı, Türkiyə və Yaxın Şərq tarixi üzrə mütəxəssis (Türkiyə);

• Berdi Sarıyev – filologiya elmləri doktoru, professor, Ankara Universitetinin Müasir Türk Dilləri kafedrasının müəllimi, Atatürkün “Nutuk” əsərini türkmən dilinə tərcümə edən alim (Türkmənistan);

• Mehmet Ali Esmer – Trakya Universitetinin Memarlıq fakültəsinin professoru, Mimar Sinan Fondunun sədri (Türkiyə);

• Babək Cavanshir – dosent, tarixçi, türkoloq, İran türklərinin tarixi və mədəniyyəti üzrə tədqiqatçı (İran);

• Rasul Axmetov – Qazaxıstan Xalqları Assambleyası sədrinin müavini, İctimai Diplomatiya Fondunun prezidenti, “Ahıska” türk etnomədəni birliyinin sədr müavini (Qazaxıstan);

• Feruza Cumaniazova – tarix elmləri doktoru, türkoloq, Özbəkistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi (Özbəkistan);

• Nurettin Çakır – PhD, tarix və coğrafiya müəllimi, türk dili tədrisi və tərcümə sahəsi üzrə tədqiqatçı (Türkiyə).

Mərasimdə Akademiyanın loqotipi də təqdim olunub. Loqotipin İdeya müəllifi Raxman Alşanov, qrafik dizayneri Murat Çevikdir. Loqotipin bədii həlli qədim türk qayaüstü təsvirlərindən ilhamlanır və Turan coğrafiyasının sakral rəmzlərini əks etdirir.

Turan Akademiyası türk xalqlarının elmi və mədəni əməkdaşlığını dərinləşdirməyi hədəfləyən beynəlxalq platformadır. Açılış mərasimi gələcək birgə tədqiqat layihələri, konfranslar və gənclər üçün elmi proqramların həyata keçirilməsi istiqamətində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

“AzPolitika”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Oktyabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see161

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see128

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri