Trampın planı döyüş əməliyyatlarına son qoymaq üçün real imkandır
Icma.az, Operativ MM saytına istinadən bildirir.
"ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında nizamlanma ilə bağlı planı, beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələri əsasında Fələstin dövlətinin yaradılmasına gətirib çıxaracaq sülh siyasi prosesinin başlanğıcı ola bilər."
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözlər Yunanıstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatında deyilir.
"ABŞ Prezidenti Donald Trampın planı döyüş əməliyyatlarına son qoymaq üçün real imkandır. Bu plan, beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələri əsasında iki dövlətli həllin əldə olunmasına gətirib çıxaracaq dərhal sülh siyasi prosesinin əsasını təşkil edə bilər. Bu isə bütün Yaxın Şərqdə davamlı sülh və rifah üçün şərait yaradacaq", – sənəddə bildirilir.
"Bu gün, 7 oktyabrda İsrailə qarşı törədilmiş dəhşətli terror hücumundan iki il keçir. Hücum nəticəsində dinc sakinlər həlak olub və regionda genişmiqyaslı və təhlükəli eskalasiyaya səbəb olub. Girovların ailələrinə başsağlığı verməyə davam edirik və onların dərhal azad olunmasına çağırırıq. Eyni zamanda, Mançesterdəki son hücum kimi antisemitizmin artması kollektiv tədbirlər tələb edir. 7 oktyabr terror aktlarından iki il sonra Qəzza zolağı misli görünməmiş humanitar fəlakət yaşayır. Biz atəşkəsin dərhal əldə olunmasına və humanitar yardımın geniş və maneəsiz çatdırılmasına çağırırıq", – bəyanatda deyilir.


