Icma.az
close
up
RU
Trampın planı gerçək olacaq: Sülh üçün ciddi addımlar gözlənilir ANALİZ

Trampın planı gerçək olacaq: Sülh üçün ciddi addımlar gözlənilir ANALİZ

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

ABŞ və Avropa İsrailə təzyiq göstərir, atəşkəs qaçılmazdır


Politoloq hesab edir ki, Tramp atəşkəs və sülh prosesini reallaşdırmaq niyyətindədir


ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda görüşüb. Görüşün ardınca Tramp birgə mətbuat konfransında Netanyahunun Qəzzada müharibəyə son qoymaq üçün 20 maddəlik sülh planı ilə razılaşdığını bəyan edib. 20 maddəlik planda HƏMAS qruplaşmasının israilli girovları azad etməsi müqabilində İsrailin hərbi əməliyyatı dayandıracağı yazılıb.

Öz növbəsində İsrail ömürlük həbsə məhkum olunmuş 250 fələstinlini azad edəcək. Ayrıca, HƏMAS üzvlərinə amnitsiya tətbiq ediləcək, bir şətlə ki, onlar silahlarını təhvil verəcəklər. Bundan sonra Qəzzanın yenidən bərpası və təhlükəsizlik məsələləri həll olunacaq. Qəzzanın idarəetməsi xüsusi yaradılmış komitəyə həvalə ediləcək. Həmin komitə bələdiyyələr və kommunal xidmətlər formalaşdıracaq. Qəzzanın təhlükəsizliyi beynəlxalq sabitlik qüvvələrinə həvalə ediləcək. Onlar Qəzzada xidmət edəcək polis qüvvələrinin təlimi ilə məşğul olacaq. Plan işə düşən kimi Qəzzaya hərtərəfli humanitar yardımlar daxil olmağa başlanacaq. Netanyahunun Trampın da iştirak etdiyi Qətərin Baş naziri Məhəmməd Əbdül Rəhman Əl-Tani ilə telefon danışığında ondan Dohaya raket zərbəsi endirdiyi üçün üzr istəməsi təsdiqlənib. Netanyahu ölkəsinin gələcəkdə belə hücumlar etməyəcəyini vurğulayıb. Tramp uzun illər davam edən qarşılıqlı narazılıq və anlaşılmazlıqlardan sonra İsrail-Qətər münasibətlərini yaxşılaşdırmaq istəyini ifadə edib. Netanyahu və Əl-Tani Trampın koordinasiyanı, ünsiyyəti yaxşılaşdırmaq, qarşılıqlı narazılıqları həll etmək və təhdidlərin qarşısını almaq üçün kollektiv səyləri gücləndirmək üçün üçtərəfli mexanizm yaratmaq təklifini qəbul ediblər. Tərəflər, həmçinin ABŞ-nin Qəzzada müharibəyə son qoymaq və Yaxın Şərqdə təhlükəsizliyi yaxşılaşdırmaq planını müzakirə ediblər. Tramp deyib ki, Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyer onun rəhbərlik edəcəyi yeni beynəlxalq keçid orqanı olan "Sülh Şurası"na qoşulacaq. Vaşinqtonun Qəzza zolağı ilə bağlı təklif etdiyi sülh planına əsasən, "Sülh Şurası" anklavı idarə etmək həvalə olunacaq qeyri-siyasi Fələstin Komitəsinə nəzarət edəcək. Bu komitə fələstinlilərdən və beynəlxalq ekspertlərdən ibarət olacaq: "Biz şuraya digər ölkələrin rəhbərlərini, o cümlədən tanınmış liderləri daxil edəcəyik və şura yaradacağıq. Şurada olmaq istəyənlərdən biri də Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyerdir". İsrailin digər xəbər saytı “Kikar” Netanyahunun Qətərdən üzr istəməsi və Trampın Qəzza planını sərt şəkildə tənqid edib. Bu görüşün Təl-Əviv üçün uğursuzluq olduğu bəyan edilib: "Ordumuzun bölgəni tərk etməsi absurddur. Netanyahunun ağ bayraq dalğalandırmaq səlahiyyəti yoxdur". “Washington Post” görüşü “Netanyahu Trampın Qəzza planını qəbul edir, lakin HƏMAS sual işarəsi olaraq qalır” başlığı ilə işıqlandırıb. Xəbərdə bu planın Ağ Evin iki illik amansız müharibəyə son qoymaq səylərini əks etdirdiyi ifadə edilib. Vurğulanıb ki, sülhə gedən yol üçün HƏMAS-ın razılığı da lazımdır. “Sky News” isə "Trampın Qəzza planı Netanyahu üçün sonun başlanğıcı ola bilər" başlığı ilə görüşün təhlilini dərc edib. Almaniya Kansleri Fridrix Merts Trampın Qəzza ilə bağlı sülh planını yüksək qiymətləndirib. Planın müharibəni bitirmək üçün ən yaxşı şans olduğunu vurğulayan F.Merts qeyd edib ki, Almaniya onun həyata keçirilməsinə konkret töhfə verməyə hazırdır. İndi isə HƏMAS buna razılıq verməli və sülh yolunu açmalıdır. Kansler Trampa qətiyyətli səylərinə görə təşəkkür edib. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də ABŞ Prezidentinin Qəzzada müharibənin başa çatdırılması üçün təqdim etdiyi sülh təklifini alqışlayıb. O, X platformasındakı paylaşımında tərəfləri bu fürsətdən istifadə etməyə çağırıb, Avropa İttifaqının prosesə töhfə verməyə hazır olduğunu qeyd edib. Rusiya da Fələstin-İsrail münaqişəsinin həlli istiqamətində ABŞ Prezidenti Donald Trampın bütün səylərini dəstəkləyib. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib ki, Rusiya ABŞ prezidentinin planının reallaşmasını istəyir. 


Politoloq Elçin Xalidbəyli Sherg.az-a ə deyib ki, əgər ABŞ Prezidenti Donald Tramp məsələyə bu qədər ciddi yanaşırsa, deməli, Yaxın Şərqdə hərbi əməliyyatlar istənilən halda dayandırılacaq. Ekspert vurğulayıb ki, bir müddət öncə Prezident Tramp açıq şəkildə bildirmişdi ki, İsrail Qəzza bölgəsində hərbi əməliyyatları dayandırmalıdır: 


"Tramp deyirdi ki, sivil insanların həlak olmasının qarşısını almaq lazımdır. ABŞ prezidentinin bunu açıq şəkildə ifadə etməsi o demək idi ki, artıq Ağ Evdə bəzi məsələlərin fərqinə varmağa başlayıblar. Birincisi, Vaşinqtonda görürlər ki, İsrailin həm Qəzza bölgəsində, həm də bütövlükdə Yaxın Şərqdə törətdiyi hadisələr beynəlxalq məkanda ciddi etiraz dalğası törədir. Xüsusilə də Avropa Birliyi dövlətləri Fələstinin müstəqilliyinin tanınmasında israrlı mövqe tuturlar, ardıcıl olaraq müstəqil dövlət kimi tanıdıqlarını bəyan edirlər. Ümumiyyətlə, Fələstinin müstəqilliyini tanıyan ölkələrin sayı sürətlə çoxalır. Paralel olaraq Avropa dövlətlərində İsrailə qarşı etirazlar da güclənməkdədir. Avropa ölkələri İsrailə qarşı sanksiyalar tətbiq etmək barədə qərarlar qəbul edirlər. Bütün bunlar Ağ Evin mövqeyinə ciddi təsirini göstərdi. Digər tərəfdən, ABŞ cəmiyyətində də İsrail əleyhinə etiraz dalğası yüksəlməkdədir. Artıq bu məsələ ilə bağlı Amerikanın siyasi elitasında da parçalanma müşahidə olunur. Bəzi siyasilər, konqresmenlər Tramp administrasiyasından İsraili dayandırmağı tələb edirlər. Ağ Ev xarici və daxili təzyiqlərin qarşısında duruş gətirməkdə çətinlik çəkir. Trampın Yaxın Şərqdə atəşkəslə bağlı planlarını təqdim etməsinin səbəbləri bunlardır". 


Analitik qeyd edib ki, hərbi əməkdaşlıqların başlanmasından üzü bəri ABŞ İsrailin dəyişməz ən böyük dəstəkçisi idi: 

"Ancaq bu dəstək ABŞ-nin özünün də beynəlxalq nüfuzuna ciddi zərbə vurmaqda idi. İsrail beynəlxalq hüquq normaları baxımından bütün "qırmızı cizgiləri" aşıb və bu proses uzun müddət davam edə bilməzdi. Görünür, Tramp administrasiyası sülh planının qəbul edilməsi üçün Netanyahu hökumətinə təzyiq göstərib. İsrail ABŞ-nin təzyiqlərinə müqavimət göstərmək fikrində deyil. Çünki ABŞ İsrailə dəstək verməzsə, arxa çıxmazsa, İsrail Yaxın Şəqrdə, o cümlədən Qəzza bölgəsində hərbi əməliyyatları indiki kimi davam etdirə bilməzdi. İsrailin gücünün önəmli hissəsi Amerikanın dəstəyi ilə bağlıdır. Əgər Ağ Ev Qəzza bölgəsində atəşkəsin olmasında maraqlıdırsa, bu, baş verəcək. Yox əgər, bu, sadəcə oyundursa, müəyyən müddət sonra proseslər yenidən hərbi müstəviyə keçəcək. Amma müşahidə olunan odur ki, ABŞ Prezidenti D.Tramp doğrudan da, kütləvi insan tələfatı ilə müşayiət olunan bu savaşı sonlandırmaq niyyətindədir. Böyük ehtimalla, ABŞ rəhbəri qarşısına qoyduğu planı reallaşdırmağa çalışacaq. Hətta atəşkəs və sülh anlaşması əldə edildikdən sonra Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyerin rəhbərliyi altında Qəzzada idarəçilik sisteminin qurulması prosesinə başlanma ehtimalı da yüksəkdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Oktyabr 2025 01:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri