Icma.az
close
up
RU
Yurdda sülh, cahanda sülh ANALİZ

Yurdda sülh, cahanda sülh ANALİZ

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qarşıdan 21 sentyabr tarixi gəlir, yəni Beynəlxalq Sülh Günü. Bu gün BMT-nin 30 noyabr 1981-ci il qərarı ilə bütün dünyada qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs verib. Ümumdünya Sülh Günü bütün dünyanı müharibədən qaçmağa, sülhə təşviq etməyə, zorakılığa son qoymağa və insan haqlarını qorumağa səsləmək üçün təsis edilib.

Ümumdünya Sülh Günü bütün dünyada tədbirlərlə, dinc nümayişlərlə qeyd olunur, sülhün əhəmiyyətini vurğulayan, insanları münaqişələrə son qoymağa səsləyən, müharibənin qarşısını almaq və bütün dünyada daha ədalətli və davamlı sülh yaratmaq üçün dostluq və qardaşlıq çərçivəsində yaşamağa təşviq edən tədbirlər görülür. Ümumdünya Sülh Günü müharibə və zorakılığın dağıdıcı təsirlərini anlamaq və bütün anlaşmazlıqların müharibə yerinə sülh yolu ilə həll yollarını tapmağa təşviq edir.

Ümumdünya Sülh Günündə sülh yürüşləri, konfranslar, seminarlar, bədii tədbirlər, insan hüquqları kampaniyaları keçirilir, sülhü tərənnüm edən abidələr ziyarət edilir. Bir sözlə, Birləşmiş Millətlər Təşkilatı Ümumdünya Sülh Günündən sülh və təhlükəsizliyi təşviq etmək üçün maksimum istifadə etməyə çalışır, bu özəl gündə hər il fərqli sülh istiqaməti ətrafında təbliğatlar aparır.

Bu istiqamətlərdən birincisi sülhün əhəmiyyətinin qeyd edilməsidir. Ümumdünya Sülh Günü sülhün dəyərini və əhəmiyyətini vurğulamaq üçün bir fürsətdir. Sülhün qeyd olunduğu bu gündə dünyanın bütün ölkələri və cəmiyyətləri bir araya gəlir, sülh hökm sürən bir cəmiyyətdə olacaq gözəlliklər və nailiyyətlər haqqında müzakirələr aparılır. İkinci istiqamət zorakılığa son qoymaq məsələsidir. Ümumdünya Sülh Günü bütün dünyada münaqişələrə son qoymağa və zorakılığın azaldılmasına çağırır. İnsanların özlərini təhlükəsiz hiss etmələri və həyatlarını daha yaxşı yaşamaları üçün sülhün qorunması mühüm əhəmiyyət kəsb edir.

Üçüncü, diplomatiya və danışıqlardır. Sülh Günü həmçinin diplomatiya və danışıqların əhəmiyyətini vurğulayır. Ölkələr və cəmiyyətlər arasında mübahisələrin, narazılıqların, münaqişələrin sülh yolu ilə həllini təşviq etmək bu günün mühüm məqsədidir. Dördüncü mühüm istiqamət, insan hüquqları və ədalətdir. Ümumdünya Sülh Günü insan hüquqlarının qorunmasını və ədalətli dünya nizamının qurulmasını dəstəkləyir. Axı ədalət və bərabərlik sülhün təməl daşlarıdır.

Beşinci istiqamət, beynəlxalq əməkdaşlıqdır ki, bu da sülhün yalnız bir ölkənin və ya cəmiyyətin məsuliyyəti olmadığını vurğulayır. Ümumdünya Sülh Günü beynəlxalq əməkdaşlıq və həmrəyliyin əhəmiyyətini vurğulayaraq sülhün bütün dünyada, bütün ölkə və cəmiyyətlərdə davamlılığına töhfə verir. Altıncı, ən ağrılı məsələ müharibənin dağıdıcı təsirləridir. Ümumdünya Sülh Günü bizə müharibə və zorakılığın dağıdıcı nəticələrini xatırladır, münaqişə gedən ərazilərdə bu nəticənin qaçınılmaz olduğunu bildirir. Müharibələr insan tələfatına səbəb olur, milyonlarla insanı yurdundan didərgin salır və ölkələrin iqtisadiyyatlarını məhv edir. Xatırlayın, I və II Qarabağ Müharibələri bizə nə qədər dağıntıya, təlafata, insan ölümünə, qaçqın və məcburu köçkünlüyə başa gəldi. Müharibə istəməyən bir ölkə olmasına rəğmən Azərbaycan müharibəyə çox qurban verdi. Yeddinci, sülhün sosial və iqtisadi faydaları barədə məlumatlılıqdır. Sülhün əldə edilməsi cəmiyyətlərin rifahını artıra və iqtisadi inkişafa təşviq edə bilər.

İnsanlar arasında ayrı-seçkiliyin, bərabərsizliyin, müharibənin, nifrətin, qəzəbin kök saldığı bu dövrdə sülh vacibdir, şərtdir. Beynəlxalq Sülh Günü hamımıza bərabərlik, insanlıq və sülh içində yaşamağı bəxş etsin, təmənnamız budur. Vətənimizin bütövlüyünə təcavüz edənlərlə, ərazi toxunulmazlığına müdaxilə edənlərlə bir cəmiyyətdə sülh içində yaşamaq mümkün olmasa da Azərbaycan buna maksimum əməl etməyə çalışdı, müharibə olmasın deyə 30 il danışıqlar yolu ilə ərazi bütövlüyünü bərpa etməyə çalışdı. Siseronun dediyi kimi, “ən pis sülh ən ədalətli müharibədən yaxşıdır” misalına əməl etdi. İnsanlar ölməsin, sülh pozulmasın deyə.

Lakin düşmən durmadı, dayanmadı, daha çoxuna göz dikdi. 30 ildən sonra dövlətimiz öz ərazi bütövlüyünü bərpa etdi, bunun üçün dinc əhalini öldürmədi, başqa dövlətin ərazisinə müdaxilə etmədi, sadəcə, ədaləti bərqərar etdi. Çünki Azərbaycan dövləti sülhün, suverenliyin əhəmiyyətini anlayır, bu uğurda çox qurban verib, çox cəfa çəkib. Dilsiz körpələri, hamilə qadınları, yaşlı insanları qətl edilən bir ölkə olmasına rəğmən müharibədə çox ədalətli davrandı Azərbaycan. Dinc əhaliyə hücum etmədi, yaşayış məntəqələrini hədəf almadı.

Azərbaycan öz ərazi bütövlüyünü qorudu, qoruyur, qonşu dövlətlərin ərazisində heç bir iddiası yoxdur və istəyi sülhdür. Təmənnamız sülh günündə səmaya buraxılan ağ göyərçinlərin hamımıza sülh gətirməsi, bütün dünya millətlərini insanpərvər, mehriban, qardaşcasına birləşdirməsidir. Lakin insan övladının başqasının torpağına, azadlığına, haqqına göz dikdiyi müddətcə bu birləşmə mümkün olmayacaq. Dünyada sülh və bərabərlik bütün dünya insanlarının idealıdır. İdealımız uğrunda nələrdən imtina etməli, nələrə qatlaşmalı, nələri qurban verməliyik daha?

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see398

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see371

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see351

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see333

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see293

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see286

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see281

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see274

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see252

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see247

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see241

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see240

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see235

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see232

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see224

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see216

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see203

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see196

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri