Icma.az
close
up
RU
Trampın liderlik dönəmində sülh daha real görünür Analiz

Trampın liderlik dönəmində sülh daha real görünür Analiz

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan tərəfi Trampın hakimiyyətə gəlməsi fonunda Ermənistanla ikili danışıqların effketiv olacağını və prosesə kənar təsirlərin azalacağını düşünür



Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının yenidən Prezidenti seçilən Donald Trampa zəng edib.

Dövlət başçısı vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynacaqdır.

Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlət başçısı ikitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvar olduğunu bildirib.


Politoloq Turan Rzayevin “Sherg.az”a açıqlamasında deyib ki, telefon zəngi təbrik məqsədli olsa da, bir sıra məqamlar diqqət çəkir: 


“Dövlət başçısı vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynacaq.Tramp Baydendən fərqli olaraq emosional, lakin praqmatik siyasətçidir. ABŞ-ın fərqli regionlardakı varlığını gərəksiz hesab edir. Əslində həm də buna görə onun prezident seçilməsinin bir çox münaqişələrin tənzimlənməsi ilə nəticələnəcəyi düşünülür. Rəsmi Bakı Trampın hakimiyyəti dövründə Qarabağ problemini böyük ölçüdə həll etdi. Təsadüfi deyil ki, erməni lobbisi əsasən buna görə Baydeni dəstəkləyir. Azərbaycan tərəfi Trampın hakimiyyətə gəlməsi fonunda Ermənistanla ikili danışıqların effketiv olacağını və prosesə kənar təsirlərin azalacağını düşünür. Başqa sözlə desək, sülh müqaviləsinin imzalanmasını daha real görür. Təcrübə göstərir ki, kənar təsirlər olmasa, Ermənistanla uzlaşma əldə etmək mümkündür. Birinci prezidentlik dövründə Azərbaycanla Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlət başçısı ikitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvar olduğunu bildirib”.


Rəsmi Bakı ilə Vaşinqton arasındakı münasibətlərin  enişli-yoxuşlu olduğunu vurğulayan politoloq deyib ki,  Co Baydenin hakimiyyəti dövründə ABŞ Azərbaycanla başda enerji sahəsi olmaqla, bir çox istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu desə də, hədə və təhdid ritorikası ilə danışmaqdan vaz keçmirdi:

 “Həmçinin Rusiyanın Cənubi Qafqazda təsirini zəiflətmək və Ermənistanda nüfuz qazanmaq üçün İrəvanla Bakını qarşı-qarşıya gətirən situasiyalar yaradırdı.

Azərbaycan Prezidentinin təbrik mesajında qeyd etdiyi məqamlar D.Tramp dövründə Bakı-Vaşinqton münasibətlərinin normallaşması, hətta inkişafına olan inamın göstəricisidir. Azərbaycanla ABŞ bir çox sahədə əməkdaşlıq edir və yeni perspektivlər var. Avropanın enerji təminatı kimi məsələlərdə Bakı ən etibarlı tərəfdaşdır. Xüsusilə Azərbaycanın İran-İsrail, Türkiyə-İsrail, ABŞ-Rusiya, Ukrayna-Rusiya, ABŞ-Çin kimi tandemlərdə balans yaratmaq ustalığı Vaşinqton üçün Bakını əvəzsiz edir. Nəticə etibarilə Trampın hakimiyyəti dövründə fors-major hadisə baş verməsə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Bundan başqa, regional aktor kimi Bakının çəkisinin artması gözləniləndir. Həmçinin Azərbaycan ABŞ-la münasibətləri normallaşdırmağa nail olsa, Avropaya nəql edilən təbii qaz və nəql ediləcək yaşıl enerji artırıla bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Noyabr 2024 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri