Icma.az
close
up
RU
Trampın prezidentliyi dövründə Azərbaycan ABŞ münasibətləri əhəmiyyətli şəkildə fərqlənəcək Musa Qasımlı

Trampın prezidentliyi dövründə Azərbaycan ABŞ münasibətləri əhəmiyyətli şəkildə fərqlənəcək Musa Qasımlı

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

ABŞ və Azərbaycan bu vaxta qədər siyasi, diplomatik, iqtisadi, enerji və bu kimi müxtəlif sahələrdə əməkdaşlıq qurub. Donald Trampın ilk prezidentliyi dövründə də əlaqələr müsbət istiqamətdə davam edib. Azərbaycan tərəfi bu münasibətləri inkişaf etdirməkdə maraqlı olsa da, Trampdan sonrakı Prezident Co Baydenin vaxtında ikitərəfli əlaqələrdə soyuqluq hiss olunurdu. 

Trampın ikinci dəfə prezident kimi fəaliyyətə başlaması ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı bildirdi ki, Donald Trampın prezidentliyi dövründə Azərbaycan-ABŞ münasibətləri Co Baydenin prezidentlik dövrü ilə müqayisədə əhəmiyyətli şəkildə fərqlənəcək:

"Co Baydenin bir çox məsələlərdə yürütdüyü dərin düşünülməmiş siyasət ölkələrimiz arasında münasibətlərdə bəlli fikir ayrılıqları yaratmışdı. Donald Trampın əvvəlki siyasətdən imtina edəcəyi qənaətindəyəm. Hər şeydən əvvəl ölkələrimiz dünyada sülhün təşviq edilməsində və beynəlxalq təhlükəsizliyin gücləndirilməsində əməkdaşlığı dərinləşdirə bilərlər. Bunun Azərbaycan-Amerika münasibətlərində məlum səhifələri vardır. Hər iki ölkə milli təhlükəsizlik maraqlarına əsaslanaraq, beynəlxalq terrorizmə, onun müxtəlif forma və metodlarına qarşı əməkdaşlığı dərinləşdirə bilərlər. Bunun da münasibətlər tarixində toplanmış təcrübəsi var".

Vitse-spiker Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa göndərdiyi təbrik məktubunun, Azərbaycanın ABŞ ilə dostluq və qarşılıqlı faydalı əməkdaşlıq istəyini göstərdiyini diqqətə çatdırdı.

"Ölkələrimiz enerji təhlükəsizliyinin təmin olunmasında əməkdaşlıqda yeni səhifə aça bilərlər. Bu münasibətlərin də bəlli bir təcrübəsi var. Azərbaycan-Birləşmiş Ştatlar əməkdaşlığı bir çox məsələləri həll etmişdi. Düşünürəm ki, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın perspektivləri var. Bütün bunlar ənənəvi əməkdaşlıq sahələridir. Amma yeni əməkdaşlıq sahələri də ola bilər. Azərbaycan həmişə Birləşmiş Ştatlarla dostluq və qarşılıqlı faydalı əməkdaşlığa hazır olub. Bunun müsbət nəticələrinə dair çoxlu misallar göstərmək olar. Cənab Prezidentimiz İlham Əliyevin Prezident Donald Trampa göndərdiyi təbrik məktubu Azərbaycanın niyyətindən xəbər verir", - deyə Musa Qasımlı vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Yanvar 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri