Icma.az
close
up
RU
Əsrin müqaviləsi Azərbaycan nə verdi? Musa Qasımlı YAZIR

Əsrin müqaviləsi Azərbaycan nə verdi? Musa Qasımlı YAZIR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində cənab Prezidentimiz İlham Əliyevin nitqində dövlət müstəqilliyimizin  bərpa edilməsindən ötən illər, bu günümüz və gələcəyimiz baxımından prinsipial məna kəsb edən bir sıra məsələlər öz əksini tapıb. İlk növbədə, nitqdə “Əsrin müqaviləsi”nin ölkəmizə nələr verdiyinə dair sualının mükəmməl cavabı  verilib. 

Azərbaycanın 1994-cü ildən sonrakı ölkə daxilindəki və beynəlxalq aləmdəki bütün uğurlarının təməlində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan enerji siyasəti, 1994-cü il sentyabrın 20-də beynəlxalq neft şirkətləri ilə imzalanan və sonralar “Əsrin müqaviləsi” adlandırılan sənəd  dayanır. Müasir Azərbaycanın həyatının istənilən sahələrində bu sənədin yerinə yetirilməsinin təsiri şəksizdir. Müasir yollar, tunellər, infrastruktur, məktəblər, xəstəxanalar, universitetlər və s. buna misaldır.

“Əsrin müqaviləsi” regionda bütün geosiyasi və geoiqtisadi şəraiti dəyişdirdi. Sabitlik yaradıldıqdan sonra ölkəmizə xarici sərmayələr gəlməyə başladı. Təbii sərvət olan neftin Heydər Əliyev tərəfindən milli sərvətə çevrilməsi, bir neçə neft və qaz ixrac boru kəmərinin inşa edilməsi dövlətimizin müstəqilliyini və millətimizin azadlığını təmin edən başlıca amillərdən oldu. İndiki Rusiya-Ukrayna müharibəsi və ondan əvvəlki şərtlərdə ölkəmizdə şərait necə olardı?

“Əsrin müqaviləsi”ndə nəzərdə tutulanların yerinə yetirilməsi Ermənistan hakimiyyətinin azərbaycanlıları tarixi torpaqlarından vəhşicəsinə qovması və ərazilərimizin işğalı nəticəsində yaranmış 1 milyon nəfərdən çox qaçqın və məcburi köçkünün problemlərini həll etməyə imkan verdi. Çadır şəhərcikləri ləğv edildi, qaçqın və məcburi köçkünlərin sosial problemləri, övladlarının təhsil haqları və s. həll edildi.

“Əsrin müqaviləsi”nin həyata keçirilməsi nəticəsində millətimizin başlıca məqsədi olan ərazilərimizin düşmən işğalından azad edilməsindən ötrü güclü silahlı qüvvələr quruldu. Azərbaycan təkbaşına Vətən müharibəsi apararaq ərazilərini bir neçə dövlət tərəfindən müdafiə edilən təcavüzkar Ermənistanın işğalından qurtardı. Ona görə də qazanılan qələbə təkcə Ermənistan deyil, onun havadarları da üzərində qələbədir və dünya əhəmiyyəti daşıyır. Azərbaycan xalqı qalib millətə çevrildi. Yeni - qalib millət doğuldu. Dünyanın bütün ölkələrində azərbaycanlıların başlarını dik tutaraq gəzmələri bütün millətimiz üçün qürurdur!

Azərbaycan ərazisində nəinki işğalçı tör-töküntüləri, hətta digər xarici ölkələrin qoşun hissələri yoxdur. Uzun illərdən sonra  Azərbaycanın dövlət suverenliyi tam bərqərar edildi, xaricdən dəstəklənən separatçılığın kökü kəsildi. Bir daha sübut olundu ki, iqtisadi müstəqillik olmadan siyasi müstəqillik etibarlı ola bilməz və ya mümkün deyildir.

“Əsrin müqaviləsi”nin sayəsində bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərini heç bir xarici yardım olmadan, təkbaşına, öz gücünə yenidən dirçəldir, keçmiş məcburi köçkünləri müasir infrastrukturun qurulduğu dədə-baba torpaqlarında evlərə, mənzillərə qaytarır. Bu gün işğaldan azad edilmiş ərazilərə artıq 50 min nəfərdən çox qaytarılıb. Dünyada ikinci bir dövlət varmı əvvəlcə 1 milyondan çox qaçqın və məcburi köçkünü yerləşdirsin, problemlərini həll etsin, sonra bütün xarici təzyiqləri rədd edərək təkbaşına müharibə aparıb ərazilərini işğaldan azad etsin, sonra da ərazilərini minalardan təmizləyə-təmizləyə dərhal da yenə də heç bir xarici yardım olmadan ərazilərini dirçəldərək insanları dədə-baba torpaqlarında evlərdə və mənzillərdə heç bir ödəniş olmadan yerləşdirsin? Cavab aydındır! Bu, Azərbaycan örnəyidir!

“Əsrin müqaviləsi”nin sayəsində neft kapitalının insan kapitalına çevrilməsi işləri görülür. İndiyə qədərki tariximizdə rast gəlinməyən proqramlar - azərbaycanlı gənclərin xarici ölkələrin universitetlərdə ən müasir ixtisaslara yiyələnməsi həyata keçirilir.

“Əsrin müqaviləsi”ndən sonra nəqliyyat-kommunikasiya infrastrukturu da yeniləndi. Açıq dənizlərə çıxışı olmayan Azərbaycan bu gün dünyanın ən vacib nəqliyyat-kommunikasiya qovşağına çevrilməsi özü-özündən olmayıb. Bir vaxtlar Napoleonun “Asiyanın yatmış aslanı” adlandırdığı Çin, Orta Asiyanın türk dövlətləri Azərbaycan üzərindən Avropaya çıxırlar. Azərbaycanın etibarlı tranzit rolu yeni müstəqil türk ölkələrinin dövlət müstəqilliyinin qorunmasında mühüm amildir.

“Əsrin müqaviləsi” Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində açar ölkəyə çevirib, ölkəmizin geosiyasi və geoiqtisadi əhəmiyyəti artıb.

“Əsrin müqaviləsi” ərazisinin bir sıra ölkələrdən kiçik, əhalisinin sayının az olmasına baxmayaraq, Azərbaycanı dünyanın sayılıb-seçilən dövlətlərindən biri edib. Azərbaycan böyük təsir gücü halına gəlib.

Bütün bu və digər faktların gerçəkləşdirilməsi əsası Heydər Əliyev tərəfindən qoyulan bütün, o cümlədən enerji siyasətinin cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla yerinə yetirilməsi nəticəsində mümkün olub. Bəzilərinin bu gerçəklikləri görməməyinin adı nədir? 

Musa Qasımlı,
Milli Məclis sədrinin müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 İyun 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see404

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see293

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see259

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see231

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see151

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri