Trampın Putin haqqında xoş danışması strateji gedişdir ABŞın NATOdakı keçmiş səfiri
Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp Rusiya lideri Vladimir Putinlə sövdələşmə aparmaq üçün onun haqqında xoş danışır.
Azpost.info xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı keçmiş səfiri Kurt Volker deyib.
Onun sözlərinə görə, bütün bunlar danışıqlar strategiyasının tərkib hissəsidir, ona görə də ölkədə əsas posta seçilən Tramp rusiyalı həmkarı haqqında mənfi bəyanatlardan yayınır.
Diplomat xatırladıb ki, ilk prezidentlik dövründə də Tramp Putin haqqında müsbət fikirlər səsləndirib. Eyni zamanda o, Kiyevə silah tədarükünə qoyulan embarqonu ləğv edib və Rusiyanın San-Fransiskodakı konsulluğunu bağlayaraq bunu casus əməliyyatı adlandırıb.
Azpost.info

Tramp onu ABŞın NATOdakı daimi nümayəndəsi təyin edəcək
21 Noyabr 2024 09:04
Trampın gəlişi ABŞın Ukraynaya münasibətini dəyişməyəcək
14 Noyabr 2024 12:38
ABŞnin NATOdakı daimi nümayəndəsi olacaq
20 Noyabr 2024 23:24
ABŞın Qazaxıstandakı səfiri istefa
06 Dekabr 2024 09:50
Tramp ABŞnin NATOdakı səfiri vəzifəsinə Metyu Uitakerin namizədliyini irəli sürüb
20 Noyabr 2024 20:22

