Icma.az
close
up
RU
“Trampın Putinin bu şərtləri ilə razılaşması mümkün deyil” “Razılığa gəlmək olduqca çətin məsələdir” AzPolitika onlayn siyasi ictimai qəzet

“Trampın Putinin bu şərtləri ilə razılaşması mümkün deyil” “Razılığa gəlmək olduqca çətin məsələdir” AzPolitika onlayn siyasi ictimai qəzet

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tramp prezident kreslosuna əyləşdikdən sonra Ukrayna mövzusunda ilk açıqlamasında bildirdi ki, Zelenski sülhə hazırdır, Putin isə yox. Onun sözlərinə görə, Putin sülhə razılıq verməməklə Rusiyanı məhvə aparır: “Onun işləri yaxşı getmir və bu, onu sevindirə bilməz... Çoxları müharibənin bir həftəyə bitəcəyini düşünürdü, amma artıq üç ildir davam edir... Düşünürəm ki, Rusiyanın böyük problemləri olacaq...”

Tramp onu da əlavə edib ki, Rusiyanın 1 milyon, Ukraynanın isə 700 min itkisi var.

Trampın bəyanatını şərh edən siyasi təhlilçi Şahin Cəfərli hesab edir ki, hərbi itkilərlə bağlı Trampın dediyi rəqəmlər bir az şişirtmədir. Ekspert hesab edir ki, Tramp-Putin görüşündən və iki ölkə nümayəndələrinin təmaslarından sonra Ukrayna məsələsində anlaşma əldə etməyin mümkün olub-olmayacağı barədə təsəvvür yaranacaq: “Rusiyanın hazırkı mövqeyi onu deməyə əsas verir ki, razılığa gəlmək olduqca çətin məsələdir. Çünki, əvvəla, Rusiyanın Ukraynada müharibəni dayandırmaqla bağlı şərtləri çox ağırdır və Tramp nə qədər müharibəni tez bitirmək istəsə belə, bu şərtlərlə razılaşması mümkün görünmür. Əlbəttə, istənilən tərəfin maksimalist mövqeyi danışıqlar öncəsi taktika da ola bilər və masada geri addım atılması, güzəşt ehtimalı hər zaman var. Amma məsələ burasındadır ki, Rusiya tərəfi müzakirələrin təkcə Ukrayna ilə məhdudlaşmamalı olduğunu deyir. Putin hesab edir ki, ümumən “problemi doğuran səbəblər” Rusiya və ABŞ arasında müzakirəyə çıxarılaraq həll olunmalıdır”.

Ş.Cəfərli vurğulayır ki, Rusiya məsələyə bütün Avropada təhlükəsizlik arxitekturasının yenidən qurulmasının zəruriliyi nöqteyi-nəzərindən yanaşır və bu coğrafiyada öz maraqlarının ABŞ tərəfindən tanınmasını, yəni bir növ nüfuz dairələrinin bölüşdürülməsini təklif edir. “2021-ci ilin dekabrında Rusiya bu barədə təkliflərini ultimativ formada ABŞ və NATO-ya təqdim etmişdi. İndi belə görünür ki, Moskva müzakirələrin həmin mövzular əsasında aparılmasını istəyir”, - o xatırladır.

Ekspertə görə, Tramp nə Avropanın dərdinə yanır, nə də Ukraynanın. Amma o, hesab edir ki, onun ABŞ dövlətinin başçısı kimi Rusiyanın bu absurd tələbləri ilə razılaşması mümkün deyil: “Qısaca deyim ki, reallıqdan uzaq, Putinin imperialist təxəyyülünün məhsulu olan məsələlərdən söhbət gedir. Əgər Rusiya məqbul şərtlərlə atəşkəsə “hə” deməsə, ABŞ sanksiya rejimini daha da ağırlaşdıra bilər. Yeni maliyyə naziri Skott Bessent ehtiyac yaranarsa, Rusiya enerji sektoruna daha sərt sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirərək Bayden hökumətini bu məsələdə zəif davranmaqda qınayıb”.

Sonda siyasi şərhçi xatırladır ki, yeni dövlət katibi Marko Rubio Senatda yekdilliklə, bütün demokratların da səsi ilə bu vəzifəyə təsdiqlənərək arxasında güclü dəstəklə işə başlayıb.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Yanvar 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri