Bloomberg: Trampın qələbəsi dünyanın ən zəngin 10 adamına 64 milyard dollar qazandırıb
Icma.az, Operativmedia saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünyanın ən zəngin 10 adamının sərvəti ABŞ prezident seçkilərində respublikaçı Donald Trampın qələbəsindən sonra ümumilikdə rekord həddə - 63,5 milyard dollar artıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb .
Agentliyin məlumatına görə, bu, 2012-ci ildən bu yana ən böyük gündəlik artım olub.
İlon Maskın var-dövləti Trampın qalib gəlməsindən sonra 10,1% (26,5 milyard dollar) artaraq 290,3 milyard dollara çatıb. "Amazon" un qurucusu Ceff Bezosun sərvəti bir gündə 3,2% (7,14 milyard dollar) artıb. "Oracle" korporasiyasının rəhbəri Lari Ellisonun sərvəti isə 5,4% (9,88 milyard dollar) artıb.
Bloomberg yazır ki, milyarderlərin var-dövlətinin kəskin artmasının səbəbi ABŞ şirkətlərinin səhmlərinin qiymətində müşahidə olunan sıçrayışdır. Bu artım, Trampın Ağ Evə gəlməsinin vergilərin azaldılmasına və maliyyə tənzimləmələrinin yumşaldılmasına kömək edəcəyinə dair gözləntilərdən qaynaqlanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 07 Noyabr 2024 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















