Icma.az
close
up
RU
Trampın qərarı gerçəkləşdi: 238 illik tarixə nöqtə

Trampın qərarı gerçəkləşdi: 238 illik tarixə nöqtə

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Amerika Birləşmiş Ştatlarında təxminən iki yarım əsrdir dövriyyədə olan 1 sentlik metal pul – “penny” çərşənbə günü son dəfə istehsal olunub. 

"Cebheinfo.az" xəbər verir ki, ABŞ zərbxanası son hüquqi dövriyyədəki «penny»-nin Filadelfiya zavodunda hazırlandığını açıqlayıb. 

Beləliklə, altı ay əvvəl Tramp administrasiyası tərəfindən verilmiş qərar rəsmi şəkildə həyata keçirilməyə başladı. Maliyyə naziri Skott Bessent və ABŞ xəzinədarı Brandon Biç tarixi son “penny”nin istehsalına şahidlik ediblər. 

Bundan sonra “penny” yalnız kolleksiya məqsədilə və məhdud sayda istehsal olunacaq. Xəzinədar Biç deyib: 

“Bu gün “penny” ilə vidalaşırıq, amma açıq deyim ki, hələ də hüquqi ödəniş vasitəsidir. Mağazalarda və pərakəndə satış nöqtələrində istifadə edə bilərsiniz”.

 Son istehsal olunan iki “penny”nin isə hərracla satılacağı bildirildi. ABŞ Bankçılar Assosiasiyasına görə, hələ də dövriyyədə təxminən 250 milyard “penny” var. Lakin Prezident Donald Tramp fevral ayında verdiyi açıqlamada penny istehsalının maliyyə baxımından mənasız hala gəldiyini demişdi: 

“Bir “penny” istehsalı bizə 2 sentdən çox xərcə başa gəlir. Bu, böyük israfdır”, – deyərək istehsalı dayandırmaq göstərişi verib. Rəsmi adı “sent” olan bu pul ilk dəfə 1787-ci ildə Benjamin Franklin tərəfindən dizayn edilən günəş saatı fiquru ilə basılmışdı. 1793-cü ildə istehsal zərbxanaya keçib. 

O dövrdə “penny” misdən hazırlanırdı və “Flowing Hair” dizaynı ilə tanınırdı. 1850-ci illərdə dizayn bir neçə dəfə dəyişib, əvvəlcə qartal və çələng fiqurları istifadə olunub, sonra 1859-cu ildə “Indian Head” modeli basılıb. 1909-cu ildə isə Prezident Abraham Linkolnun profili dizayna əlavə olundu və bu günə qədər həmin formada qaldı. ABŞ zərbxanası “penny” istehsalının dayandırılması ilə vergi ödəyicilərinin ildə təxminən 56 milyon dollar qənaət edəcəyini açıqlayıb. 

“Penny” dövriyyədə qaldığı müddətcə hüquqi ödəniş vasitəsi olaraq qalacaq. Lakin iqtisadi dəyəri demək olar ki, yoxdur. 1896-cı ildə ortaya çıxan “penny candy” belə artıq bir “penny” ilə alınmır.  Buna baxmayaraq, mədəni dəyəri davam edir. ABŞ-də hələ də “penny sıxmaq”, “cənnətdən düşən “pennies”” və ”penny wise”, “pound foolish” kimi ifadələr istifadə edilir. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Noyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri