Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Parisin qərarı, Trampın xəbərdarlığı...

Parisin qərarı, Trampın xəbərdarlığı...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İranla müharibənin davam etməsi ABŞ-ın Avropa müttəfiqləri ilə münasibətlərində də müəyyən soyuqluq yaradıb. Bugünlərdə Parisin ABŞ hərbi təyyarələrinin Fransanın hava məkanı ilə İsrailə uçmasına icazə verməməsi Prezident Donald Trampı hiddətləndirib. Tramp özünün “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb: “Fransa hərbi yüklərlə İsrailə yollanan ABŞ təyyarələrinin öz ərazisi üzərindən uçmasına icazə vermədi”. Onun sözlərinə görə, Fransa bu addımları ilə İrana kömək göstərib. D.Tramp ABŞ-ın bunu unutmayacağını da söyləyib.

ABŞ Prezidentindən NATO müttəfiqlərinə xəbərdarlıq

Xatırladaq ki, ABŞ-ın Hörmüz boğazında gəmiçiliyi bərpa etmək üçün koalisiya yaratmaq cəhdləri də hələli nəticə verməyib. Bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb. Amerikanın tərəfdaşlarının bəziləri koalisiyaya qoşulmaqda tərəddüd edir, bəziləri isə “yox” cavabı verir. Mənbələr bildirib ki, Tramp administrasiyası Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Avstraliya, Kanada, Körfəz ölkələri və İordaniyanı belə bir ittifaqa daxil etməyə çalışır. ABŞ eyni təkliflə Yaponiya və Cənubi Koreyaya da müraciət edib. Lakin Almaniya, İtaliya və Yaponiya liderləri bölgəyə dəniz gəmiləri göndərməyi istisna ediblər. Fransa da Vaşinqtona müsbət cavab verməyib. Bundan əvvəl Avropa İttifaqının daimi nümayəndəsi Kaya Kallas Aİ xarici işlər nazirlərinin Hörmüz boğazına hərbi gəmilər göndərməkdən imtina etdiyini açıqlamışdı.

 İran müharibəsinin uzanması fonunda ABŞ Prezidenti Donald Tramp bildirib ki, boğazdan faydalanan insanların orada pis proseslərin baş verməməsini təmin etməyə kömək göstərməsi tamamilə doğru addımdır. “Politico” nəşri yazır ki, Donald Tramp NATO müttəfiqlərini Hörmüz boğazının təhlükəsizliyini təmin etməkdən imtina etdikləri təqdirdə “çox pis bir gələcək” ilə üzləşə biləcəkləri barədə xəbərdar edərək, onları Avropanın əsas dəniz dəhlizini yenidən açmaq üçün Amerikanın səylərini dəstəkləməyə çağırıb.

Tramp “Financial Times” qəzetinə verdiyi müsahibədə isə bildirib ki, Körfəzdən neft daşımalarından faydalanan ölkələr su yolunun təhlükəsizliyini təmin etməyə kömək etməlidir: “Boğazdan faydalanan insanların orada pis proseslərin baş verməməsini təmin etmək üçün köməklik göstərməsi tamamilə doğru addımdır. Əgər cavab verilməsə və ya mənfi cavab verilsə, düşünürəm ki, bu, NATO-nun gələcəyi üçün heç də yaxşı olmayacaq”. ABŞ lideri müttəfiqlərin mina gəmiləri kimi dəniz aktivlərinə töhfə verə biləcəyini deyib və əlavə edib ki, Avropanın ABŞ ilə müqayisədə daha çox gəmisi var. Bu sözlər Trampın NATO-ya qarşı uzun müddətdir davam edən tənqidini yenidən canlandırır. O, ABŞ-ın Ukrayna məsələsində Avropa müttəfiqlərinə kömək etdiyini və indi də qarşılığında dəstək gözlədiyini iddia edərək bildirib: “Biz çox mehriban olmuşuq”.

Avropa ölkələri müharibəyə qoşulmaq istəmir

Donald Tramp Hörmüz boğazı ətrafındakı məhdudiyyətlər səbəbindən yanacaq təchizatında çətinlik yaşayan ölkələrə də sərt mesaj verib. O, sosial media hesablarında yazıb ki, Böyük Britaniya kimi ölkələr cəsarət göstərərək Hörmüz boğazına getməli və nefti özləri götürməlidir: “İran əməliyyatında iştirakdan imtina edən və Hörmüz boğazındakı məhdudiyyətlər səbəbindən aviasiya yanacağı əldə etməkdə çətinlik çəkən ölkələrə, o cümlədən Böyük Britaniyaya belə bir təklifim var: birincisi, yanacağı ABŞ-dan alın, bizdə kifayət qədər var. İkincisi isə, gecikmiş cəsarətinizi toplayın, boğaza gedin və öz neftinizi özünüz götürün”.  ABŞ Prezidenti Fransanın da İranla bağlı məsələdə çox aciz davrandığını bildirib və Vaşinqtonun bunu unutmayacağını vurğulayıb.

Lakin Donald Trampın müttəfiqlərə yönəlmiş artan təzyiqlərinə baxmayaraq, Avropa ölkələri Vaşinqtonun İranla münaqişə ilə bağlı yardım tələblərini getdikcə daha çox rədd edir. Bu barədə “Politico” nəşri mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, Avropada artan müqavimət bir neçə səbəbdən qaynaqlanır: müharibədən əvvəl ABŞ-la kifayət qədər məsləhətləşmələrin aparılmaması, Vaşinqtonun məqsədləri ilə bağlı qeyri-müəyyənlik və Trampın müttəfiqlərə qarşı sərt ritorikası. Avropalı yüksək vəzifəli müdafiə rəsmisinin sözlərinə görə, əsas problem ABŞ-ın hərəkətləri ilə bağlı aydınlığın olmaması və münaqişə başlamazdan əvvəl demək olar ki, heç bir ciddi məsləhətləşmənin aparılmamasıdır. Digər bir rəsmi isə qeyd edib ki, NATO-nun Şərq cinahında yerləşən ölkələr üçün prioritet məsələ öz ərazi müdafiəsinin təmin olunmasıdır.

Yelisey Sarayı təkzib edir

Fransa hakimiyyəti Amerika Birləşmiş Ştatlarına məxsus hərbi təyyarələrin ölkə üzərindən uçuşuna məhdudiyyət tətbiq olunmasına dair iddiaları təkzib edib. Bu barədə Yelisey Sarayı açıqlama yayıb.

Açıqlamada, eyni zamanda, ABŞ Prezidenti Donald Tramp tərəfindən səsləndirilən ittihamlardan təəccüb ifadə edilib.

BFMTV-nin yaydığı məlumata görə, Fransa hava məkanının istifadəsinə heç bir əlavə məhdudiyyət qoymayıb və bu baxımdan D. Trampın açıqlamaları həqiqəti əks etdirmir. “Ölkəyə giriş şərtləri əvvəlki kimi qalır və yalnız logistik nəqliyyat təyyarələrinə, xüsusilə “İstres” və “Avor” bazalarına enişə icazə verilir”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, ABŞ Prezidenti “Truth Social” platformasında Fransanın İsrailə hərbi avadanlıq daşıyan təyyarələrin öz ərazisi üzərindən uçuşunu qadağan etdiyini bildirib. O, Fransanın bu mövqeyini tənqid edərək, onu “çox az əməkdaşlıq edən” adlandırıb və ABŞ-ın bunu unutmayacağını diqqətə çatdırıb.

İsrail Fransa nümayəndələrinin səfərini ləğv edib

Yeri gəlmişkən, Fransanın xarici işlər naziri Jan-Noel Barro ABŞ Prezidenti Donald Trampın NATO müttəfiqlərinə yönəlmiş təhdidlərinə toxunaraq bildirib ki, Vaşinqtonun Avropa ölkələrinin hərbi xərclərini artırması ilə bağlı təzyiqləri əslində bir imkandır. Onun fikrincə, bu, NATO daxilində Avropanın rolunun gücləndirilməsi və alyansın daha çox avropalaşdırılması üçün şərait yaradır. Hörmüz boğazı ilə bağlı Barro beynəlxalq naviqasiya təhlükəsizliyi missiyasının yaradılmasını təklif edib. O bildirib ki, bu təşəbbüs Qırmızı dənizdə fəaliyyət göstərən Avropa ASPIDES missiyasına bənzər şəkildə həyata keçirilə bilər. Bu missiya iki il ərzində 600-dən çox gəminin təhlükəsiz keçidini təmin edib.

Parisin məlum qərarı İsrailin də mənfi reaksiyasına səbəb olub. Belə ki, İsrail Fransanın silahlı qüvvələr və veteranlar üzrə nazirinin nümayəndəsi Alis Rufonun Təl-Əvivə planlaşdırılan səfərini ləğv edib. Bildirildiyinə görə, bu qərar rəsmi Parisin Amerika Birləşmiş Ştatlarına məxsus olan və İsrailə silah daşıyan təyyarələrin Fransa hava məkanından keçməsinə icazə verməməsi fonunda qəbul olunub. Səfərin bazar günü həyata keçirilməsi planlaşdırılırdı.

N.BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Aprel 2026 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see618

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see434

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see320

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see307

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see255

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see236

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see227

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see225

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see207

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see206

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see204

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see198

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see193

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see188

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see180

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see180

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see177

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see171

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see169

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri