Icma.az
close
up
RU
Trampın Qəzza planındakı dilemmalar: müharibə bitəcəkmi?

Trampın Qəzza planındakı dilemmalar: müharibə bitəcəkmi?

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Trampın 20 bəndlik Qəzza planı bölgədə baş verənlər fonunda ümidverici olsa da, yekun sülhü gətircəyi ehtimalı yüksək görünmür.

Planda fələstinlilər üçün müsbət məqamlar var:

- Qəzzanın beynəlxalq iştirakla müvəqqəti xarici idarəetməyə verilməsi İsrailin bölgəni ilhaq etmək cəhdlərinin arxa plana keçməsi deməkdir;

- Qəzzalıların evlərini tərk etməsi məcburiyyəti aradan qaldırılır;

- Həbsdə olan qəzzalılar azad ediləcək;

- İsrail ordusu Qəzzadan çıxa bilər: plana görə, İDF girovların azad edilməsinə hazırlaşmaq üçün razılaşdırılmış xəttə qədər geri çəkiləcək, bu müddətdə bütün hərbi əməliyyatlar dayandırılacaq və mərhələli geriçəkilmə şərtləri yerinə yetirilənə qədər döyüşlər dondurulacaq;

Lakin planın praktiki müstəvidə icrasını sual altına salan bir məqam var: HƏMAS-ın silahı yerə qoyması və Qəzzanın idarəetməsindən uzaqlaşdırılması;

Tramp da bəyan edib ki, "HƏMAS-ın birbaşa və ya dolayı yolla Qəzzanın idarə olunmasında heç bir rolu olmayacaq”. Bu, HƏMAS-ın tamamilə məğlubiyyəti və siyasi/hərbi fəaliyyətinə son qoyması deməkdir. Bu baxımdan, qruplaşma planla bağlı düşünmək niyyətindədir. HƏMAS üçün hər iki halda – planı qəbul etməyəcəyi, yaxud edəcəyi təqdirdə perspektivlər dumanlı görünür. Qruplaşmanın Trampın verdiyi 4 gün zamanı var. Mümkündür ki, HƏMAS dilemmadan çıxmaq istiqamətdə müəyyən addımlar ata bilər:

- Danışıqların şərtlərini dəyişmək – mövcudluğunu bu və ya digər formada saxlamaq üçün plana "altbəndlərin” əlavə edilməsinə nail olmaq;

- Planla razılaşmaq, lakin icra prosesində - girovların qaytarılması, fələstinlilərin azad edilməsi, İsrail qüvvələrinin çəkiləcəyi xətlərin müəyyən edilməsi və s. – zaman qazanmaq və şərtləri dəyişdirməyə çalışmaq;

- Müqaviməti davam etdirmək və Netanyahunun Trampla razılaşdığı plana praktiki müstəvidə məhəl qoymadığını göstərmək (HƏMAS-ın adı açıqlanmayan rəmisi BBC-yə "İsrailin maraqlarına xidmət etdiyi” üçün Trampın planından imtina edəcəklərini açıqlayıb);

İsrail də eyni taktikadan istifadə edə - HƏMAS-ın girovları azad etmək və silahı yerə qoymaq niyyətinin olmadığını göstərməyə çalışa bilər, çünki plan Qəzza ilə bağlı yekun hədəfi tam əhatə etmir, xüsusilə bölgənin idarəetməsində ərəb ölkələrinin iştirakı və bu qədər müharibədən sonra nəzarəti ələ ala bilməməsi fonunda. İsrailin planı qəbul etməsi iki əsas səbəbdən qaynaqlanır:

1. Avropa ölkələri də daxil olmaqla beynəlxalq ictimaiyyətin etirazı – Fələstinin müstəqilliyinin tanınması;

2. Dünyanın etirazı qarşısında ABŞ-ın İsrailə tam dəstək verə bilməməsi;

20 bəndlik Qəzza planı isə minumum və maksimum ssenarilərdə İsrailə sərf edir.

Plan icra edilərsə, HƏMAS tamamilə sıradan çıxacaq. Bu, minumum hədəfə nail olmaqdır. Qruplaşmanın plandan imtina etməsi İsrailə maksimum hədəfinə çatmaq üçün hücumlarına davam etməsi imkanı verir. Bu halda, ABŞ İsraili dəstəkləyəcək, Tramp da bəyan edib ki, "HƏMAS planı qəbul etməsə, çox kədərli sonluq olacaq”.

Belə bir ssenaridə Qəzzada İsraili dayandırmaq çağırışları edən Türkiyə, ərəb ölkələri və Avropa çətin vəziyyətə düşəcək. ABŞ davam edən müharibəyə görə günahın HƏMAS-da olduğunu göstərməklə İsrailin hücumlarını dəstəkləyəcək. Və maksimum hədəf olan Qəzzanın tamamilə nəzarətə götürülməsi imkanı əldə edəcəklər.

Qəzza məsələsində yaranmış dilemmativ vəziyyət Trampın 20 bəndlik həll planının problemə son qoyacağı ehtimalını zəiflədir. Planın daha çox danışıqlar üçün "çərçivə sazişi”nə bənzəməsi və özündə detalları əks etdirməməsi də qəbul ediləcəyi təqdirdə, icra prosesinin zaman alacağını deməyə əsas verir.

Asif Nərimanlı

Publika.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Oktyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see858

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see289

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see281

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see279

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see277

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see253

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see240

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see207

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see204

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see196

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see196

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see193

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see192

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see192

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see178

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see170

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see165

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri