Icma.az
close
up
RU
Trampın Qəzzanı almaqda məqsədi nədir? ƏSL SƏBƏBLƏR BUNLAR İMİŞ AÇIQLAMA

Trampın Qəzzanı almaqda məqsədi nədir? ƏSL SƏBƏBLƏR BUNLAR İMİŞ AÇIQLAMA

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

ABŞ-ın Çin mallarına qarşı yeni tarifləri ötən həftə qüvvəyə mindi. Bu tədbirlər bütün Çin mallarına 10% tarifin tətbiqini nəzərdə tutur. Prezident Tramp bu addımı Çindən ABŞ-a fentanil qaçaqmalçılığının qarşısını almaq üçün tədbirlər görməyə məcbur etmək məqsədilə elan etdiyini bildirdi.

Çin də öz növbəsində ABŞ idxalına qarşı tarifləri elan etdi. O, ABŞ-ın kömür və mayeləşdirilmiş təbii qazına 15%, xam neft, kənd təsərrüfatı texnikası və bəzi avtomobillərə isə 10% tarif tətbiq edəcəyini qeyd etdi.

Həmçinin ötən həftə Tramp ABŞ-ın Meksika və Kanadanın əksər ixracatına 25% tarif tətbiq etməyi bir aylıq dayandırdı. Meksika prezidenti Klaudia Şeynbaum və Kanadanın baş naziri Castin Trüdo bu barədə razılığa gəldilər.

Maraqlıdır görəsən, Tramp niyə bu ölkələrə tariflər tətbiq edir?Sualımızı politoloq Samir Hümbətova ünvanladıq. O, Turkustan.az-a açıqlamasında bildirdi ki, Tramp hakimiyyətə gəlmədən öncə tarif tətbiq etdiyi bu ölkələri qaralamışdı.

Donald Tramp əsasən 3 ölkəyə-Kanada, Meksika və Çinə qarşı tariflər tətbiq edir və bu ölkələr ABŞ-ın əsas ticarət etdiyi ölkələrdir. Tramp hesablayır ki, tariflər aşağı olduqda bu bir ildə ortalama götürəndə 1 trilyon dolların üzərində itki yaradır. Bu ölkələr həm Amerikadan qazanır, həm də Amerikanın iqtisadiyyatını zəiflədir. Faktiki olaraq Çin Amerikanı üstələməyə doğru gedir. Ona görə Tramp bu ölkələrlə ticarət müharibəsi aparmaq qərarına gəlib. Məqsəd bu ölkələrin Amerikadan asılığını artırmaq və Amerikanın iqtisadi imkanlarını möhkəmləndirməkdir. Bir də Kanadanın 51-ci ştat məsələsi var ki, Tramp bununla bu ölkələri özünə tabe etdirmək siyasətini tutur.

Digər məsələ Qəzza məsələsidir. Tramp Qəzzanı satın almağı hədəf alıb və dünya ölkələrinin etirazlarına baxmayaraq geri addım atmayacağını iddia edir. Qəzza Trampa nə üçün lazımdır?

Qəzza zolağının yerləşdiyi coğrafi ərazi Amerikaya böyük miqdarda gəlir gətirə biləcək bir ərazidir. Buranın yeraltı və yerüstü təbii sərvətləri, çox strateji əhəmiyyətləri var. Yeraltı sərvət deyərkən, mədən sənayesini nəzərdə tuturam. Lakin hazırda Qəzzada bunu heç kim həyata keçirə bilmir. Bundan əlavə həmin ərazi dəniz sahili olduğu üçün liman ərazisi sayılır və Amerikaya trilyonlarla dollar həcmində gəlir gətirə bilmək imkanına malikdir. Başqa bir məsələ isə həmin hissədə çox ciddi neft yataqlarının olmasıdır. Bu da Amerikanın hədəfidir. Əlavə olaraq onu da qeyd edim ki, o ərazinin əldə saxlanılması ilə bir növ həm Rusiyanın, həm Çinin, həm də digər güc mərkəzlərinin Amerikanın təsiri altına düşməsi deməkdir. Çünki o strateji nöqtə tam olaraq Yaxın Şərqə nəzarəti ələ keçirməyə fürsət yaradır.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Fevral 2025 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri