Icma.az
close
up
RU
Uşaqlar evdən niyə qaçır? Əsl səbəblər bunlar imiş

Uşaqlar evdən niyə qaçır? Əsl səbəblər bunlar imiş

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Əfsuslar olsun ki, son zamanlarda bir çox uşaq evdən qaçır. Bunun isə bir çox səbəbi mövcuddur”.

Bu sözləri psixoloq İlhamə Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında deyib.

Onun sözlərinə görə, uşaqların evdən qaçmasının psixoloji və sosial səbəbləri var:

“Bunun kökündə hansısa arzularını həyata keçirmək istəyir. Asan yolla və tez nəticə almaq istəyən uşaqlar yanlış addım ataraq evdən qaçırlar.Həmçinin, evdən qaçan yeniyetmə qızların əksəriyyəti özlərindən böyük oğlanlara aldanırlar. Həmin qız uşaqları daha çox sosial şəbəkələrdə tanış olduğu kiməsə qoşulub qaçır.Bundan başqa, bəzi yeniyetmələr sosial şəbəkələr üzərindən kiminsə həyatını görərək, onun kimi yaşamaq istəkləri yarandığı üçün evdən qaçırlar. Eyni zamanda, hansısa psixoloji pozuntuları olan uşaqlar daha çox bu addımı atırlar”.Ekspert qeyd edib ki, bəzi uşaqlarda isə maddi hərislik olduğu üçün evdən qaçırlar:

“Onlar, evdən qaçmaqla gözəl həyat yaşayacaqlarını, yaxşı yerlərə gedəcəklərini və bahalı geyimlər alacaqlarını zənn edirlər. Lakin daha sonra qaçmaqla bunların heç birinin olmayacağı reallığını anlayırlar.Bundan başqa, öz həyatlarını və ya valideynlərini bəyənməyən uşaqların da evdən qaçdığı müşahidə olunur. Bəzi uşaqlar isə evdən qaçmağı hansısa məsələyə görə valideynlərindən qisas almaq və ya onlara qarşı etiraz əlaməti kimi görürlər. Əlbəttə ki, bu da tamamilə yanlış yanaşmadır”.O bildirib ki, evdə valideynləri tərəfindən psixoloji təzyiqlərə məruz qalan uşaqlar da qaçmağa meyilli olurlar:

“Yəni psixoloji təzyiq və ya fiziki şiddət buna səbəb ola bilir. Eyni zamanda, diqqət və qayğı görməyən uşaqlar da bu addımı atmağa meyilli olurlar.Həmin uşaqlar itirəcəkləri heç nələri olmadığını düşünərək, özlərini həyatın axınına buraxırlar. Təbii ki, bu da yolverilməzdir. Sanki yel əsib, qoz tökülüb. Evdən qaçan uşaqlar guya nələrsə qazanacaqlarını düşünürlər.Lakin bu yanaşma yeniyetməlik psixologiyası ilə bağlı olur. Çünki yeniyetmələr daha çox özlərini reallaşdırmaq üçün psixoloji olaraq valideynləri ilə aralarına sərhəd qoymaq istəyirlər.

Onlarda özlərinə qapanma, öz otaqlarına çəkilmə kimi hallar müşahidə olunur. Yəni artıq böyüdüklərini, nə zaman istəsələr evdən çıxıb gedə biləcəklərini və heç kimin onlara qarışmayacağını fikirləşirlər”.Psixoloq onu da diqqətə çatdırıb ki, burada ailənin də mühüm rolu var:

“Əsasən, anlaşılmayan, dinlənilməyən və ya hansısa psixoloji problemləri olan uşaqalar evdən qaçırlar. Ümumiyyətlə, davranış pozuntusu olan uşaqlar bu addımı atırlar.Bu da ciddi psixoloji problemdir. Əgər valideynlər uşaqlarında bunu görsələr, mütləq şəkildə psixoloqa müraciət etməlidirlər.Nəzərə almaq lazımdır ki, evdən qaçan uşaqların başlarına min cür oyun gəlmə ehtimalı yüksəkdir. Ona görə də uşaqlar nəyəsə susayaraq evdən qaçmasınlar.

Evdən qaçmaq onların həyatları, inkişafları və gələcəkləri üçün çox acı faciələrlə nəticələnə bilər. Hətta həyatları boyu psixologiyalarında silinməyən izlər yaratma ehtimalı var.Bu səbəbdən də uşaqlar çıxış yolunu qaçmaqda yox, təhsildə və özlərini inkişaf etdirməkdə görsünlər. Evdən qaçıb nəyisə əldə etmək onların çiyinlərinə ömür boyu daşıyacaqları ağır yük qoyacaq”.

Elmir 
“Cebheinfo.az”

Açar sözlər: Uşaqlar qaçmaq səbəb İlhamə Mustafayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Aprel 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri