Icma.az
close
up
RU
Trampın Qəzza ilə bağlı əsl məqsədi nədir? AÇIQLAMA

Trampın Qəzza ilə bağlı əsl məqsədi nədir? AÇIQLAMA

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər Donald Trampın Qəzza zolağına tam nəzarət, o cümlədən milyonlarla fələstinlinin qonşu ölkələrə məcburi köçürülməsi istiqamətində açıqlamaları dünya mediasında səs-küy yaradıb. Ötən gün isə “Pravda” qəzeti bu barədə maraqlı iddia irəli sürüb. Belə ki, Ağ Ev sahibinin Qəzza ilə bağlı planının olduğu bəlli olub. Qeyd edilib ki, “Fövqəladə rekonstruksiya planı” adlandırılan layihəyə əsasən, sözügedən ərazinin elit kurort bölgəsinə – “Yaxın Şərq Rivierası”na çevrilməsi nəzərdə tutulur. 

Trampın ümumiyyətlə, Qəzza ilə bağlı əsl məqsədi nədir?  

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq İlyas Hüseynov deyib ki, Trampın əvvəlki dövrdə prezidentliyini nəzərə alsaq, hazırkı səlahiyyət müddətində də israilmeyilli siyasət yürüdəcəyi ehtimal edilirdi:

“Tramp bunu  gizlətmir də, əksinə, İsrailə müttəfiq kimi dəstək verəcəyini dəfələrlə dilə gətirmişdi. Hazırda da İsrail-Fələstin arasında olan çox illik müharibəyə son qoymaq üçün müxtəlif planlar haqqında düşünülür. Misir, İordaniya ərazisinə fələstinlilərin köçürülməsi və bunun müqabilində həmən dövlətlərə maddi vəsaitlərin verilməsi haqqında iddialar onu deməyə əsas verir ki, sanki bu torpaqlar fələstinlilərdən hansısa bir mexanizmlə təmizlənəcək. Bunu demək nə qədər təəccüblü olsa da, bu ərazilərin sanki ərəblərdən azad edilməsi siyasi məqsədləri güdülməkdədir. Adının hansı formada qoyulmasının heç bir əhəmiyyəti yoxdur”.

Müsahibimiz bildirdi ki, “kurort zonası”, “turizm bölgəsi” və turistlərin marağını cəlb edən “Riviera”ya çevrilsə belə, bu, geopolitik gedişatdır və sanki yəhudilər qarşısında öhdəliklərin yerinə yetirilməsidir:

“Tramp ötən dövrkü kodensiyasından önəmli nəticələr çıxarıb. Onun yenidən prezident seçilməmə səbəbləri ciddi araşdırılmışdı və Tramp bunu təkbaşına etməyib, ətrafında olan komanda, siyasi məsləhətçiləri, kolsultativ qruplar, düşüncə fabrikləri bunun üzərində ciddi işləyiblər. Sanki gəlinən nəticə bu gün yerinə yetirilir. Bütün bu planların yeni dünya nizamı, yeni təhlükəsizlik arxitekturasının cızılmasında hansı nəticələri doğuracağını da gözləmək lazımdır. Bölgəni silahlardan təmizləmək, müharibəyə son qoymaq üçün yalnız bu bölgədə yəhudilərin hökmranlığını formalaşdırmaq nə qədər doğrudur və dünya bunu nə cür həzm edəcək, bu da ciddi suallar yaradır”.

Günay Rəsulqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://sfera.az
archiveBu xəbər 06 Fevral 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri