Icma.az
close
up
RU
Trampın qudası ABŞ la Fransa arasında gərginliyə səbəb oldu DİPLOMATİK QALMAQAL

Trampın qudası ABŞ la Fransa arasında gərginliyə səbəb oldu DİPLOMATİK QALMAQAL

Bizim media saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın Fransadakı səfiri Çarlz Kuşnerin məktubu qalmaqala səbəb olub.
Bizim.Media “Le Monde”yə istinadən xəbər verir ki, Kuşner Fransa prezidenti Emmanuel Makrona ünvanladığı məktubda ölkədə antisemitizmin artdığını bildirib və Parisin bu sahədə kifayət qədər tədbir görmədiyini vurğulayıb.
 

Səfir qeyd edib ki, “İsrail əleyhinə açıqlamalar və Fələstin dövlətinin tanınmasına yönələn addımlar ekstremistləri ruhlandırır, zorakılığı alovlandırır və Fransadakı yəhudilərin həyatını təhlükə altına qoyur”. 


O, əlavə edib ki, hər gün yəhudilər küçələrdə hücumlara məruz qalır, sinaqoqlar və onlara məxsus müəssisələr vandallıq hədəfinə çevrilir.
Kuşner hökuməti nifrət zəminində törədilən cinayətlərə qarşı qanunları sərtləşdirməyə, yəhudi məktəblərinin, sinaqoqların və bizneslərin təhlükəsizliyini təmin etməyə çağırıb. Həmçinin Makrondan HƏMAS və onun müttəfiqlərinə “legitimlik qazandıran” addımlardan çəkinməyi xahiş edib.
Fransa XİN isə səfirin açıqlamalarına sərt reaksiya verib. 
Rəsmi Parisin yaydığı bəyanatda bildirilir: 
“Fransa ABŞ səfiri Çarlz Kuşnerin prezidentə ünvanladığı məktubla tanış olub. Bu məktubda ölkəmizdə antisemitizm hallarının artması ilə bağlı narahatlıq ifadə edilir və guya hökumətimizin kifayət qədər tədbir görmədiyi iddia olunur. Fransa bu ittihamları qətiyyətlə rədd edir”.
Nazirlik Kuşnerin bəyanatlarını “qəbuledilməz” adlandıraraq onların beynəlxalq hüquqa, xüsusilə də 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasında nəzərdə tutulan dövlətlərin daxili işlərinə qarışmamaq öhdəliyinə zidd olduğunu vurğulayıb. Bildirilib ki, səfir Kuşner avqustun 25-də Fransa Xarici İşlər Nazirliyinə dəvət olunacaq.
Qeyd edək ki, Çarlz Kuşner ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampın qayınatasıdır.
Xatırladaq ki, iyul ayında Makron sentyabrda BMT Baş Assambleyasında Fransa tərəfindən Fələstinin dövlət kimi tanınacağını bəyan etmişdi. İsrailin baş naziri Benyamin Netanyahu bu qərarı “terrora verilmiş mükafat” adlandırmış və İsrailin məhv edilməsi üçün “plasdarm yaradacağı” ilə bağlı xəbərdarlıq etmişdi.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Avqust 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see247

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see245

Sahibkar obyekti qanunsuz şəkildə genişləndirib dövlətdən gizlətməyə çalışdı; vətəndaşlar İFŞA ETDİ FOTO

24 Noyabr 2025 20:56see206

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see200

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see168

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see155

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see149

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see148

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see146

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see140

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see136

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see133

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see133

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24 Noyabr 2025 21:12see129

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see128

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see127

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see127

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see123

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see123

Orban: “Aİ Ukrayna müharibəsinin davamını istəyir, amma Kiyevə verəcək pulu yoxdur”

25 Noyabr 2025 02:52see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri