Icma.az
close
up
RU
ABŞ ilə Fransa arasında diplomatik qalmaqal böyüyür

ABŞ ilə Fransa arasında diplomatik qalmaqal böyüyür

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin BMT yanında Daimi Nümayəndəliyinin diplomatları bazar ertəsi Fransa nümayəndəsinin çıxışı zamanı etiraz əlaməti olaraq BMT Təhlükəsizlik Şurasının iclas zalını tərk ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu addım ötən həftə Fransa diplomatlarının Vaşinqtonla bağlı verdiyi bəyanata etiraz olaraq atılıb.

Fransa nümayəndəsinin çıxışı zamanı BMT Təhlükəsizlik Şurasında ABŞ nümayəndələrinin masası boş qalıb. Bundan sonra amerikalı diplomatlar yenidən iclas zalına qayıdıblar.

ABŞ-ın BMT yanında daimi nümayəndəsinin müavini Den Neqrea sonrakı çıxışında bu addımın səbəbini belə izah edib:

"Qeyd etmək istərdim ki, Şurada elə bir üzv var ki, daim özünü haqlı kimi göstərir və istənilən mövzuda başqalarına dərs keçməyə çalışır. İstər bu gün müzakirə etdiyimiz (Ukrayna) münaqişəsi, istərsə də sülh və təhlükəsizliklə əlaqəsi olmayan insan hüquqları kimi məsələlər olsun. Məhz buna görə Fransa nümayəndəsinin çıxışı zamanı zalı tərk etdik".

Qeyd edək ki, iki dövlət arasında narazılığa səbəb Fransanın Cenevrədəki BMT yanında daimi nümayəndəliyinin "X" sosial şəbəkəsində BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Folker Türkün səlahiyyət müddətinin uzadılması ilə bağlı paylaşımı olub.

BMT-nin Nyu-Yorkdakı baş qərargahında keçirilən səsvermədə ABŞ Rusiya ilə birlikdə Türkün daha dörd il vəzifəsində qalmasının əleyhinə çıxıb. Fransa isə ali komissarın səlahiyyət müddətinin uzadılmasını dəstəkləyib.

Səsvermədən sonra Fransa diplomatları bildiriblər ki, "ABŞ bir vaxtlar insan hüquqları məsələsində mayak rolunu oynayırdı, lakin indi bu belə deyil"./report.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 İyul 2026 08:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri